Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə15/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   11   12   13   14   15   16   17   18   ...   92

Aydın Çobanoğlu 

 

 



80

 

HƏKİM 

 

Vurğunam səndəki böyük cürətə



Amalın nə böyük ümmandır, həkim! 

Döyüş meydanındır xəstəxanalar, 

Silahın cürbəcür dərmandır, həkim! 

 

Əyninə geyərək dümağ xalatı, 



Sən satın almısan neçə həyatı. 

Rahat olmamısan bircə saatı, 

Ölümdür rəqibin, yamandır, həkim! 

 

İntizar gözlərin sənsən gümanı, 



Sağalmaz dərdlinin nicat dərmanı. 

Hicrani Aydının bu xəstə canı 

Şəfalı əlinə qurbandır, həkim! 

  

 



Neftçilər xəstəxanası, 

1 saylı cərrahiyyə şöbəsi.  

 10.09.1973 

 


Ömrün etməyəcək vəfa dedilər 

 

81



 

MƏNİ  İNCİTMƏ 

 

Bir kabus dolanır başının üstə 



Tərpətsən, daş qalmaz daşının üstə. 

Qurular od tutar yaşının üstə 

Gəl, məni incitmə, qurbanın olum! 

 

Mən sənin əlindən girinc olmuşam, 



Gəlməkdən, getməkdən gülünc olmuşam. 

Fağır aşıq idim, nadinc olmuşam

Gəl, məni incitmə, qurbanın olum! 

 

 



 

 

 



 

Bakı şəhəri, 

1973-cü il 

 

 

 



Aydın Çobanoğlu 

 

 



82

 

DÖNDÜ 

 

Axdı sinəm üstə isti göz yaşın, 



Köksümdə göllənib ümmana döndü. 

Bulaq suyu kimi şəffaf dənələr 

Qəlbimdə əbədi mehmana döndü. 

 

Eşqimin közünü tez söndürdüyün, 



Sözümdən inciyib, söz göndərdiyin. 

Bir dəfə ağlayıb, üz döndərdiyin 

Ürəyimdə aha, amana döndü. 

 

O vaxt da gözündə gilələndi yaş



O bir başqa yaşdı, bu bir başqa yaş. 

O yaş ürəyimdən asılan bir daş, 

Bu yaş Aydın üçün dərmana döndü. 

 

 



 

 

 



 

19.11.1973 


Ömrün etməyəcək vəfa dedilər 

 

83



 

MƏN AĞLASAM 

 

 



 

Anlamazın hər sözündən inciyib 

Sən göz yaşı tökmə, mən ağlasam da. 

Kövrək sözlərinlə məni dağlayıb, 

Ürəyimi sökmə, mən ağlasam da. 

Sən göz yaşı tökmə, mən ağlasam da. 

 

Küssəm də qardaşdan, obadan, eldən, 



Addımbaşı şər danışan pis dildən. 

Qoymaram, ağır söz deyilsin güldən

Şux qəddini bükmə, mən ağlasam da. 

Sən göz yaşı tökmə, mən ağlasam da. 

 

Bəxtim qara, iqbalım da nəhs gəlib, 



Nədəndir, taleyim belə pis gəlib?! 

Aydın sənə qurbanlığa, – kəs, – gəlib, 

Zərrə fikir çəkmə, mən ağlasam da. 

Sən göz yaşı tökmə, mən ağlasam da. 

 

Bakı şəhəri, 

1974-cü il 

 



Aydın Çobanoğlu 

 

 



84

 

VAR 

 

Pərvanələr kimi hər gün, hər axşam



Xoşbəxtəm, başıma dolananım var! 

Dözüb ayrılığın buz nəfəsinə, 

Alışıb, oduma qalananım var. 

 

Ömrüm bürünsə də dumana, çənə, 



Boyun əyməmişəm mən hər yetənə. 

Qoy, daha bəxtəvər desinlər mənə, 

Alnımın tərinə bulananım var. 

 

Bu dünyanın hər ləzzəti, hər dadı, 



Aşıq Aydın, bir dərd bilən yardadı! 

Bundan belə qoparmaram fəryadı, 

Ömrü bu ömrümə calananım var. 

 

25.11.1974 




Ömrün etməyəcək vəfa dedilər 

 

85



 

BƏXTƏVƏR 

 

Bir Leyli misaldı, tərlan xəyaldı, 



Bülbüllü bağlarda güldü bəxtəvər. 

Dağlarda maraldı, ağ üzdə xaldı, 

Bahar vaxtı coşan seldi bəxtəvər. 

 

Qaşını oynatdı, oxunu atdı, 



Nazla qəmzə satdı, qanlara batdı. 

Görüşü yubatdı, xalqı oyatdı, 

Özü öz günahın bildi bəxtəvər. 

 

Telə şana taxdı, həm həna yaxdı, 



Pünhan-pünhan baxdı, odlara yaxdı. 

Mən dedim – "Nahaqdı". O dedi – "Haqdı". 

Dönüb çiyni üstdən güldü bəxtəvər. 

 

Naz ilə sallandı, yanaq allandı, 



Mehriban dilləndi, dodaq ballandı. 

Örpəyi yelləndi, evə yollandı, 

Aydını dərdlərə saldı bəxtəvər. 



Aydın Çobanoğlu 

 

 



86

 

DÜNYA 

 

Dərd-möhnət əlindən ah çəkə-çəkə



Yüksəlir başımdan duman, a dünya! 

Gecəli, gündüzlü yaş tökə-tökə, 

Axıtdım gözümdən ümman, a dünya! 

 

Məcnun eşq ucundan oldu tüfeyli, 



Əsliydi Kərəmin marağı, meyli. 

Neçə aşiq getdi səndən gileyli, 

Dad-aman əlindən, aman, a dünya! 

 

Kimi yarı ala, yaşıla bəzər, 



Sərv qamətinə zər-ziba düzər. 

Kimi məlul-məyus, xəcalət gəzər, 

Nə yaman bəd gəlib zaman, a dünya?! 

 

Heç səndə görmədim eşqə ehtiram, 



Halallar əyildi, baş oldu haram. 

Bu minvalla çətin sağala yaram, 

Qol-qanad verirsən yamana, dünya! 

 

Mənim də sinəmdə az deyil dağın, 



Qəm-kədər vermisən sən yığın-yığın. 

Aydın, nə mənası oda yanmağın?! 

Əzəldən cəlladdır insana dünya. 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə