Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə23/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   19   20   21   22   23   24   25   26   ...   92

Aydın Çobanoğlu 

 

 



132

Borcdan bəxşiş olmaz, borcdan pay olmaz, 

Çox işləmə sağa, sola, ay Əli! 

 

Vurmusan özünə ilmə, a nökər! 



Arsız-arsız demə, gülmə, a nökər! 

Ağanın malıdı, ölmə, a nökər! 

Girmə, başın girməz kola, ay Əli! 

 

Bir xalat biçərəm boyuna sənin, 



El-aləm yığılar toyuna sənin. 

Heç kim yetişəmməz hoyuna sənin

Döyəcləmə mıxa, nala, ay Əli! 

 

Ev də tikiləcək, bağ da, baxça da, 



Gələcək, gedəcək pul da, axça da. 

Açılsa nə varsa taxça-boxçada, 

Qalacaqsan yaman hala, ay Əli! 

 

Mən bəmdən danışdım, sən çıxdın zilə, 



Dedim, ayıbımız çıxmasın çölə. 

Aləmə bəllisən, a “tülkü lələ”! 

Deyilsən alınmaz qala, ay Əli! 

 

Tapmayıbsa səni qada, min hayıf! 



Hələ düşməyibsən oda, min hayıf! 

Adına qoyulan ada min hayıf! 

Səndən hörmətlidi tula, ay Əli! 



Ömrün etməyəcək vəfa dedilər 

 

133



 

Demə, daş altdadı əli Aydının. 

Təzə qönçələnib gülü Aydının. 

Dolaşsa sizlərə dili Aydının, 

Düşəcəksən çalhaçala, ay Əli! 

 



Aydın Çobanoğlu 

 

 



134

 

   



DÜNYA 

 

Elə-belə baxma qoca dünyaya, 



Çox da ki, zəkadı, ağıldı dünya. 

Bilmək olmaz əzəlini, sonunu, 

Bir sirli-sehirli nağıldı dünya. 

 

Şimşək kmi çaxanların əlində, 



Xalqa əyri baxanların əlində, 

Elə qara yaxanların əlində 

Sağmal inək kimi sağıldı dünya. 

 

Çobanoğlu, gör, nə yer-yurd etdilər, 



Bunu da bizlərə bir dərd etdilər. 

Mərdi qova-qova namərd etdilər, 

Siz Allah, qoymayın, dağıldı dünya! 

 

    



 

 

 



 

05.07.1989 

 

 



 

  



Ömrün etməyəcək vəfa dedilər 

 

135



 

BAŞ DURA-DURA 

 

Dost başa fəhm edər, düşmən ayağa, 



Ayağa boylanma, baş dura-dura. 

Dünya elədi ki, böhtan palçığı, 

Quruya yapışır, yaş dura-dura. 

 

Vurhavuru, çalhaçalı görəli, 



Heyrətdən gözlərim qalıb bərəli. 

Təriflənə-təriflənə irəli 

Çəkilir kəsəklər, daş dura-dura. 

 

Nə şübhədi ürəyimə hər daman, 



Nahaqq haqqı üstələdi nə zaman?! 

Gözəllikdə, can almaqda, ay aman, 

Kiprik sığallanır, qaş dura-dura! 

 

Hara gedir bu işlərin özəyi? 



Tərsə düşüb ilməmizin gözəyi. 

Aman, allah, süfrəmizin bəzəyi, 

Gör, nələr olubdur, aş dura-dura?! 

 

Sərvaxt dayan, işlərində sayıq ol! 



Qarşımızda haçalanır neçə yol. 

Çobanoğlu, barı sənsə ayıq ol, 

Gözəllər qəm çəkir, çaş dura-dura! 

 

 



 

 

 



14.08.1989 

 



Aydın Çobanoğlu 

 

 



136

 

XƏBƏR VAR 

 

Xəbər var, eşitsən, qəhər gətirər, 



Xəbər var, ellərə yaymaq üçündür. 

Dodaq var, açılsa zəhər tökülər

Dodaq var, bal üçün, qaymaq üçündür. 

 

“Dost “ var, üzdə mələk, əməldə şeytan, 



Bir əli fitnədir, bir əli böhtan. 

Dost var, dar günündə qolundan tutan, 

Dost da var, canını qıymaq üçündür. 

 

Əl var ki, uzanar şana, şöhrətə, 



Əl var ki, qadirdi ali hörmətə. 

Əl var ki, insanı salar zülmətə, 

Əl var ki, cibləri soymaq üçündür. 

 

Ömür var, düçardı dərdə, möhnətə, 



Ömür var, elə bil, düşüb cənnətə. 

Həyat var ki, mərdi salıb zülmətə, 

Həyat var ki, nadan, maymaq üçündür. 

 

Gün var, unutmazsan bircə kəlməsin



Gün var, gözləyirsən, günün ölməsin. 

Gün var ki, deyirsən, getsin, gəlməsin, 

Gün var, ləzzətindən doymaq üçündür. 

 

 



 


Ömrün etməyəcək vəfa dedilər 

 

137



Oğul var, öyrənib isti qucağa, 

Oğul var, odundu yanar ocağa. 

Oğul var, çəkilər küncə, bucağa, 

Oğul var, el üçün, oba üçündür. 

 

Göz var, gözəlliyin qeydinə qalıb, 



Göz var, haqq deyənin gözündən alıb. 

Göz var, Cobanoğlu gözündən salıb, 

Göz var, barmaq salıb, oymaq üçündür. 

 

   



 

 

 



Bakı şəhəri, 

03.10.1989 

 

 

 

 

 

“Bakı” qəzeti, 

10.01.1990 

 

 



 

 

 




Aydın Çobanoğlu 

 

 



138

 

BORCLUYAM 

 

Eldə qazandığım bu hörmət üçün 



Babamdan ömürlü saza borcluyam. 

Qəlbimdə yurd salan məhəbbət üçün 

Gözəl yaraşığı naza borcluyam. 

 

Vüqar üçün dağa, qanadçün quşa, 



Yaş üçün bu ömrə, ağılçün başa. 

Bar üçün payıza, qar üçün qışa, 

Gül üçün ətirli yaza borcluyam. 

 

Haqqın qismətinə qail olmuşam, 



Sənətin sehrinə mail olmuşam. 

Aydınam, hər nəyə nail olmuşam, 

Bununçün, a dostlar, sizə borcluyam! 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə