Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə25/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   21   22   23   24   25   26   27   28   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

145



 

MƏNİM DƏRDİM ÇƏKİLƏSİ DƏRD DEYİL 

 

Nə danışım, nə söyləyim, nə deyim?! 



Mənim dərdim çəkiləsi dərd deyil. 

Düşmənimlə bacarmağa nə var ki, 

İçimdəki boğulası qurd deyil. 

Mənim dərdim çəkiləsi dərd deyil. 

 

Gizli deyil, göz önündə aynadı, 



Unutmuşuq, düyün nədi, toy nədi, 

Ağır ellər yuvasından oynadı. 

Axı bu yurd dağılası yurd deyil, 

Mənim dərdim çəkiləsi dərd deyil. 

 

Bu nə çiskin, bu nə çisək, nə duman



Aydınlıqmı doğdu, varmı bir güman?! 

Gündə neçə fərman çıxır, ay aman! 

Fərmanlar da ölüvaydı, sərt deyil, 

Mənim dərdim çəkiləsi dərd deyil. 

 

Çobanoğlu, özgə dərddi hallanan, 



Tez qudurar el malından pullanan. 

Məni tutur öz qapımda yallanan, 

Dost dönükdü, düşmənim də mərd deyil, 

Mənim dərdim çəkiləsi dərd deyil. 

 

 

 




Aydın Çobanoğlu 

 

 



146

 

BU GÖZƏL 

 

Əsil gözəl ilk baxışdan bilinər, 



Canlar alan bir afətdir bu gözəl. 

Gözlər baxar, qəm ürəkdən silinər

Düz ilqardı, sədaqətdi bu gözəl. 

 

Şehli yurda cığır salan izidi, 



Qol-qanadı şən qızların yüzüdü. 

Durna gözlü o qızların gözüdü, 

Təmiz, ülvi məhəbbətdi bu gözəl. 

 

Çətinliyə sinə gərər, dözər o, 



El içində başı uca gəzər o. 

Şad günümdə qol qaldırıb süzər o, 

Özü boyda qiyamətdi bu gözəl. 

 

Gecələrin səhəridir, ay Allah! 



Şəfəq saçan dan yeridir, ay Allah! 

Nigar, Həcər hünərlidir, ay Allah! 

Mətanətdi, dəyanətdi bu gözəl! 

 

Sönməzdi atəşin odu, alovu, 



Çobanoğlu tez tanıdı bu ovu. 

Ye, təriflə, dəmlədiyi plovu, 

Unudulmaz ziyafətdi bu, gözəl! 

 

Moskva şəhəri



 

 

 



 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

147



 

YARIMÇIQ 

 

Qananın quluyam, həm də qanmazın, 



Dad-hazar yarımçıq qanan əlindən. 

M. Azaflı 

 

Getdim qəbuluna, tanıdı məni, 



Əl verdim, əlimi sıxdı yarımçıq. 

Üzünə boylandım, buz nəfəsilə 

Yandırdı qəlbimi, yaxdı yarımçıq. 

 

Xoşuna gəlmədi, deyən, gəlişim, 



Güldüm, dodağımda dondu gülüşüm. 

Dedim yarımçıqdı əlimdə işim, 

Gözünə tünd eynək taxdı yarımçıq. 

 

Qovub başımdakı dumanı, çəni, 



Gördüm gözündəki qara kölgəni. 

Üzümə üz tutdum, duymadı məni, 

Nəhəng stoluna baxdı yarımçıq. 

 

Dedim, tarixləri aç varaq-varaq, 



Çox sirli aləmdən tutarsan soraq. 

Dünyaya hökm edən şahlara bir bax, 

Onların da qalıb taxtı yarımçıq. 

 

Söz götürüb, hər yetənə pis demə, 



Hər insandan mərifət də gözləmə. 

Çobanoğlu, toxta, sən də qəm yemə, 

Bir də görəcəksən, yoxdu yarımçıq! 

 



Aydın Çobanoğlu 

 

 



148

 

QALIBDI 

 

Bəxtindən gileylənən bir gözələ 

 

Baxışından duydum gizli dərdini, 



Xoş günün gəlməyə həsrət qalıbdı. 

Ürəyin sevincə şərik olmağa, 

Kədəri bölməyə həsrət qalıbdı. 

 

Çəmən qönçə gülə, gül nəyə həsrət?! 



Şana siyah telə, tel nəyə həsrət?! 

Qollar incə belə, bel nəyə həsrət?! 

Dodaqlar gülməyə həsrət qalıbdı. 

 

Tərsinəmi əsib tale küləyin, 



Nadanın xoşuna gəlməyib nəyin? 

Əriş-arğac olub baxtın, taleyin, 

Bir avand ilməyə həsrət qalıbdı. 

 

Özün də gözəlsən, sözün də gözəl, 



Yerişin, duruşun, üzün də gözəl. 

Baxışı od saçan gözün də gözəl, 

Gözəllik bəs nəyə həsrət qalıbdı? 

 

Gözəlin qisməti bir işvə, bir naz, 



Aydının əməli bir çiçəkli yaz. 

Qəlbində məhəbbət, sinəsində saz, 

Ömrünə gəlməyə həsrət qalıbdı. 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

149



 

 

 



 

 

   



 

 

 



 

 

 



 

MÖXßMMßSLßR 

 

 

 



 

 



Aydın Çobanoğlu 

 

 



150


Ömrün etməyəcək vəfa dedilər 

 

151



 

QONAĞIN 

 

Köç edəndə yurddan yurda, 



Dəyişir halı qonağın. 

Dolandıqca bu dağları, 

Kəsilmir çalı qonağın. 

Hər bir şeydən şübhələnir

Pozulur halı qonağın. 

Axtarır xoş güzaranı, 

Çalınır valı qonağın. 

 

Yada salır köhnə yurdu, 



Danışdıqca gəlir cana. 

Deyir ki, yorğan üç kilo, 

Pudluq döşək qoşa-qoşa. 

Yumşaq divan, yun adiyal, 

Həsəd apardım balınca. 

Sonra da tərslik eləyib, 

Qonaqda olmadı xata. 

İnnən belə başlanacaq 

Bu çalhaçalı qonağın. 

 

Təzə yurda köçən zaman 



Yağış tutdu yarı yolda. 

Direktor maşın vermədi 

Yaman uzaq idi yol da. 

Kömək eləmədi mənə 

Yağlı quymaq, təzə bal da. 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə