Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə27/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   23   24   25   26   27   28   29   30   ...   92

Aydın Çobanoğlu 

 

 



162

 

NİYƏ 

   

 

Nərgiz, sözlərinin dəyəri çoxdu



Əlimdə əlacım heyif ki, yoxdu! 

Razı olsa idin həyatda sən də, 

O gül çöhrən kimi gülərdim mən də. 

Qara qaş altından süzülür gözüm, 

İnsanam, ürəkdən gəlir hər sözüm. 

Ülvi məhəbbətlə sevirəm səni, 

Niyə bəyənmirsən, gülüm, sən məni?! 

Əzəldən sonsuzdu məndə məhəbbət, 

Əlimdən gələni edirəm, əlbət. 

Sözündə qələt yox Bayraməlinin, 

Gəlini ol, deyir Tovuz elinin. 

Yandırır, odlayır məni həqiqət, 

Nə üçün həyatda solsun məhəbbət?! 

Mənim arzularım açılıb gül tək, 

Əsir yaşasam da, solmasın gərək! 

Zülmətlə keçirmiş o sənsiz günlər, 

Ömrümə ələnən o aylar, illər. 

İstərəm, xoş keçsin gələn illərim, 

Ömrümdən bilmirəm keçən günləri. 

“Lənət yağdırırsan” sən yar elinə, 

Ağlına gələni alma dilinə. 

Razı ol, sən mənim dadıma yetiş, 

Qoy, nigahla bitsin bu sevgi, bu iş! 

 

   



 

 

 



Bakı şəhəri, 

1973-cü il


Ömrün etməyəcək vəfa dedilər 

 

163



 

 

NƏRGİZ 

 

Ömür-gün yoldaşım Nərgizə 

 

Sadə bir sözümdən incidin, küsdün, 



Döndərdin könlümü virana, Nərgiz! 

Dostun öz dostundan bica küsməyi, 

Bil, sığışmaz yola, ərkana, Nərgiz! 

 

Gəldim ki, barışam, baxmadın mənə, 



Dedim: – Peşimanam mən dönə-dönə. 

Unut keçən sözü, danışaq yenə, 

And verirəm səni Qurana, Nərgiz! 

 

Hicrani Aydınam, qəm çəkirəm mən, 



Qəmli gözlərindən nəm çəkirəm mən. 

Kədər yüklənmişəm, həm çəkirəm mən, 

Eləmə aşiqi divana, Nərgiz! 

 

   



 

Bakı şəhəri, 

1973-cü il 


Aydın Çobanoğlu 

 

 



164

  

NƏRGİZ 

 

Xəstə yatağında olan Nərgizimə 

 

Səni xəstə gördüm, qəlbim dağlandı, 



Oyan, aç gözünü, mənə bax, Nərgiz! 

Dərd canımı üzür, qəm ürəyimi, 

Oyan, aç gözünü, mənə bax, Nərgiz! 

 

Canım qurban nazlı yara, əzizim, 



Məhəbbətə, düz ilqara, əzizim! 

Etmə məni bəxtiqara, əzizim, 

Oyan, aç gözünü, mənə bax, Nərgiz! 

 

Aydın deyər, əhdi-peyman var olsun, 



Eşqimiz dillərdə bir şüar olsun. 

Qoyma, mən yazığa dünya dar olsun, 

Oyan, aç gözünü, mənə bax, Nərgiz! 

 

Bakı şəhəri, 



1973-cü il 


Ömrün etməyəcək vəfa dedilər 

 

165



 

AYGÜN QIZIM 

 

Qızım Aygünə 

 

Evimin çırağı, qəlbimin nuru, 



Dilimin ən şirin sözüsən, qızım! 

Atanın, ananın istəkli qızı, 

Şirin arzuların özüsən, qızım! 

 

* * * 



 

Günəş timsallısan, Ay tamaşalı, 

Ulduz baxışlısan sən, Aygün qızım! 

Evimin nur saçan şölə çırağı, 

Heyranam boyuna mən, Aygün qızım! 

 

Döyünür ürəyim xoş bir diləklə, 



Tez ol, bir ayaq aç, yeri, iməklə. 

Bir “ana” kəlməsi söylə ürəklə, 

Həsrətəm səsinə, din, Aygün qızım! 

 

Haray ver Aydının xoş avazına, 



Qaldır qollarını oyna sazına. 

Zinət ver ömrünün güllü yazına, 

Ömür-günün keçsin şən, Aygün qızım! 

 

 



 

Bakı şəhəri, 

1976-cı il  

 


Aydın Çobanoğlu 

 

 



166

 

İNANIRAM 



 

Şair Söhrab Tahirə 

 

Şair qardaş! Nə vaxtdandır, 



Gah efirdə, gah ekranda 

Dinləyirəm səsini mən. 

Gah da olur görüşlərdə, 

Kürsülərdə sinə gərib, 

Təlatümlü danışanda, 

İzləyirəm özünü mən. 

Bəzi vaxt da kitabını 

Min həvəslə mən alaraq, 

Oxuyuram sətir-sətir, 

Oxuyuram varaq-varaq. 

Oxuduqca düşünürəm

Düşünürəm: – Necə sığır, 

Yumruq boyda bir ürəyə, 

Neçə həsrət, neçə kədər 

Ağır-ağır?! 

Daha sonra, 

Daha sonra görürəm ki,  

Yumruq boyda olsa da o, 

Çox böyükdür, çox genişdir, 

Çox alidir ürək kimi. 

Elə böyük meydandır o, 

Orda min-min ordu belə 

Səfsəf durur, səngər qurur. 

Doğma yurdun, əziz xalqın, 

Azadlığa çıxmasıyçun, 

İgid kimi yorulmadan  

O döyüşür, o vuruşur. 



Ömrün etməyəcək vəfa dedilər 

 

167



 

Elə böyük dünyadır o, 



O dünyada xainlərə, alçaqlara 

Nifrət vardır bulud-bulud. 

Öz xalqını sevənlərə, 

Bu sevgiyçün öz canından keçənlərə, 

Hörmət vardır bulud-bulud. 

O elə bir dünyadır ki, 

Bu taylıdır, o taylıdır, 

Sevinc paylı, qəm haylıdır. 

O böyükdür, onunçün ki, 

Çuğlayanda qəmlər onu, 

Sevincini gizlətməyi bacarıbdır. 

O böyükdür onunçün ki,  

Şadlıq, sevinc üz verəndə, 

Kədərini inlətməyi bacarıbdır. 

 



 



Babalardan bir adət var, 

Hər bir kəsin dərd-sərində nə olarsa, 

Dosta deyər. 

Yaxud da ki, suya söylər. 

Bəzən olub ilk dərdinə, 

Həmdəm olub o xan Araz. 

Bəzən əlin çatmayanda, 

Yaxın dosta söyləmisən. 

Gen düşəndə səndən Araz, 

Sən əziyyət çəkməməkçün 

Dönüb özü Araz olub 

Yaxın dostun Məmməd Araz. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə