Aydın Çobanoğlu
182
Hamının da öz yerində
Dərdinə qalandı Yunis!
Süfrə açın, çörək verin,
Başı uca gəzin, deyib.
Əziz dostun cəfasına
Axıracan dözün, deyib.
Qonaq gələn yola, izə
Güldən xalı düzün, deyib.
Ədhəminə, Rövşəninə,
Qoy, ağ olsun üzün, deyib.
Bu ruhda tərbiyə edib
Xalisi, Mehmanı Yunis!
Neçəsinə dayaq olub,
Neçəsinə edib kömək.
Neçə yola kölgə salıb,
Neçəsinə çəkib əmək.
Neçəsinə əl də tutub,
Neçəsinə verib çörək,
Tək gəlibdi, tək gedəcək,
Bunu hamı bilsin gərək.
Müxtəsəri, Çobanoğlu,
Əvəzsiz insandı, Yunis!
Yesentuki şəhəri,
15.05.1987
Ömrün etməyəcək vəfa dedilər
183
FƏRZALI
Qazax rayonu, Səməd Vurğun adına sovxozun üzümçülük briqadiri,
SSRİ Ali Sovetinin deputatı,
Sosialist Əməyi Qəhrəmanı
Fərzalı Abbasova
Yurdumun ən igid oğulu, qızı
Rəşadət göstərib, qəhrəman olub.
Onların birindən söhbət açıram,
Mənim də ürəyim söz ilə dolub.
Zəhməti, əməyi dönüb dastana,
Adına nə qədər mahnı qoşulub.
Xalq üçün çalışıb, yaratdığından
Özü də bu xalqın elçisi olub.
Gəzdikcə bağları o qarış-qarış,
Qızıl gilələrə dönüb zəhməti.
Ellərin yanında ucaldıb onu,
Torpağa hörməti, elə hörməti.
Gecədən keçəndə dönər evinə,
Səhərlər şəfəqdən erkən oyanar.
Ayağı torpaqdan güc alanların,
Başı zirvələrlə qoşa dayanar.
Hələ harasıdır, bu igid oğlun
Adına çox mahnı yazılacaqdır.
Zəhmətdən, əməkdən güc alan səsi
Ali məclislərdə gurlayacaqdır.
Aydın Çobanoğlu
184
* * *
Aşıq, nə durmusan, götür sazını,
Bu igid eşqinə mahnı de sən də!
Bir “Qəhrəmanı” çal, xoş müjdələrin
Yayılsın sədası şəhərə, kəndə!
Halal zəhmətinlə, alın tərinlə
Dillərdə dastandı adın, Fərzalı!
Bu uca rütbənlə, uca adınla
Fəxr edir qohumun, yadın, Fərzalı!
Hünər meydanında yarış bəhsi var,
Gəncliyin bağlarda qəhqəhəsi var.
Səndən öyrənməyə çox həvəsi var,
İsitsin qəlbləri odun, Fərzalı!
Yandığınçün el-obanın oduna,
Aşıq Aydın dastan dedi adına.
Yoldaş olsun hər “Qəhrəman” adına
Xalq elçisi olan adın, Fərzalı!
* * *
Ötüşsün fəsillər, dolansın illər,
Böyüsün, boy atsın, qoy yaşa dolsun.
Doğrultsun adını igid babanın,
O ad el yanında bir igid olsun!
* * *
İndi o vaxtlardan çox illər keçib,
O “baba” Fərzalı ata olubdur.
Doğruldub babanın etimadını,
Bir qəhrəman kimi yaşa dolubdur.
Tovuz-Bakı,
18.08 – 24.09...
Ömrün etməyəcək vəfa dedilər
185
KAMİLƏ
Azərbaycan SSR Ali Sovetinin deputatı,
Bakı quşçuluq fabrikinin briqadiri Kamilə Həsənəliyevaya
Xalq elçisi, xalqın ürək telidi,
Ürək gərək elə yana, Kamilə!
Zəhmətinlə, zəfərinlə, adınla
Şan-şöhrətsən Abşerona, Kamilə!
Enişi, yoxuşu səndən öyrənir,
Şimşəktək çaxışı səndən öyrənir,
Həyata baxışı səndən öyrənir,
Neçə gözəl, neçə sona, Kamilə!
Qəlbi təmiz, saf suların aynası,
Əllərində gəlinliyin hənası.
İgid yarı, qızıl əsgər anası
Vəfalı dost, əziz ana, Kamilə!
Bir arzum var ürəyimdə mənim də:
– Qızıl Ulduz şölə saça sinəndə.
Çobanoğlu hər məclisdə dinəndə,
Səndən deyə, səni ana, Kamilə!
“Abşeron” qəzeti,
18.12.1987
Aydın Çobanoğlu
186
NİGAR
Dostum Mehmanın şirin payı
Nigar balama
Nə xoş gündə göz açmısan dünyaya,
Xoş gəlmisən dünyamıza, ay Nigar!
Ay xoşqədəm, bir-birinin dalınca
Xoş günləri, xoş ayları say, Nigar!
Gəlişinlə yurdumuza yaz gəlib,
Gözəllərə işvə gəlib, naz gəlib.
Məclisinə tar-kamanla saz gəlib,
Mat qalıbdı göydə ulduz, Ay, Nigar!
Bir tərəfdən nəvələrdən birinci,
Mehmanın da, Sevincin də sevinci.
Az tapılan, gec tapılan bir inci,
Çox şükür ki, düşdü bizə pay Nigar!
Bir istək də baş qaldırır buradan,
Bəd nəfəslər, qoy, yox olsun aradan!
Hər arzunu tez eşidən Yaradan
Bir qardaş da versin sənə tay, Nigar!
Aydın saz götürsün, Sabir qavalı,
Getsin könüllərin dərdi, məlalı.
Əmili, dayılı, nənə-babalı
Bir gün də etsinlər sənə toy, Nigar!
07.03.1988
Dostları ilə paylaş: |