Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə31/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   27   28   29   30   31   32   33   34   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

187



 

GÖZƏLDİR 

 

Hindistan torpağına 

 

Mehman kimi Hindistana gəlmişik, 



Var bu yurdun öz cəlalı, gözəldir! 

Görən kimi doğma, əziz bilmişik, 

Əzəmətli Tac-Mahalı, gözəldir! 

 

Yeni Dehli Bakımızın qardaşı, 



Qanqa bəlkə xan Arazın göz yaşı?! 

Varanəsi Gəncəmizin sirdaşı, 

Bəyənmişik bu mahalı, gözəldir! 

 

Çobanoğlu, qürbət hara, sən hara?! 



Vurulmusan Vətən adlı bahara. 

Himalaydan əl elədim Qoşqara, 

Salamladım doğma eli, gözəldir! 

 

 



 

 

 



Dehli, 1988-ci il 

 

 

 

“Abşeron” qəzeti, 04.01.1989 

 



Aydın Çobanoğlu 

 

 



188

 

GÖZÜM QALIBDI 

   


 

 

Dostum Fərhada 



 

Gəl, bir də qayıdaq ötən günlərə, 

O ötən çağlarda gözüm qalıbdı. 

Ərənlər sirdaşı, mərdlər oylağı, 

Möhtəşəm dağlarda gözüm qalıbdı. 

 

Yarpız saçlarını darayıb hörən 



Məni də yadına salırmı, görən?! 

Odlu qəlbimizə sərinlik verən, 

Qaynar bulaqlarda gözüm qalıbdı. 

 

Gahdan qaşqabaqlı, gahdan güləyən, 



Gahdan dolu tökən, yağış çiləyən, 

Aydını hər səhər şehə bələyən 

Güllü yaylaqlarda gözüm qalıbdı. 

 

   



 

Bakı şəhəri, 

23.03.1990 

 

 



 

 

 



 

 

 



 

 

 




Ömrün etməyəcək vəfa dedilər 

 

189



 

DEYƏYDİLƏR 

 

Dostum şair Ələmdara 

 

Qəfil külək tərsə əssə, tərsinə, 



Olmazmı gözündə aləm dar indi? 

Baxtın yeyin olsa, işin düz gedər

Dedilər adına, Ələmdar, indi. 

 

Deyirdi, gövhərdi, ləldi, incidi, 



Hünərin var, belə yardan inci di! 

Nə oldu ki, vəfadardan incidi?! 

Ah çəkdi, of dedi Ələmdar indi. 

 

Aşıq Aydın cəfa çəkər, tər salar, 



Tərs adamın tutduğu da tərs olar. 

İmana gələydi bütün tərsalar, 

Deyəydilər, bu baxt Ələmdarındı. 

 



Aydın Çobanoğlu 

 

 



190

 

GÖRMÜŞƏM 

 

Yetər Yıldız xanıma 

 

Sənətimə məhəbbəti, hörməti 

Bir gözəlin gözlərində görmüşəm. 

Bal süzülüb dəhanından, ləbindən, 

Şəhdi-şəkər sözlərində görmüşəm. 

 

Qaşlarıdı doğmuş ayın haləsi, 



Əzəmətli duruşu Qız qalası. 

Yanaqları uca dağın laləsi, 

Ayna kimi üzlərində görmüşəm. 

 

Çobanoğlu bu dilbərin heyranı, 



Daha yetər, görməsə də dünyanı. 

Allah, Allah, bu bənzərsiz ceyranı, 

Anadolu düzlərində görmüşəm. 

 

   



 

Konya şəhəri, 

28.10.1990 


Ömrün etməyəcək vəfa dedilər 

 

191



 

DAĞLARDA 

 

Şair Sücaətə 

   

Ay Sücaət, dağlar oğlu, insaf et, 



Nə olar, gəl iman-dinə dağlarda?! 

Gündə neçə kərə şükür demişik, 

Sənlə keçən hər xoş günə dağlarda. 

 

Yanaqlardan axıb gedən yaş olub, 



Məğrurluğun nişanəsi daş olub. 

Sağlığına günlərimiz xoş olub, 

Çox batmışıq şehə, çənə dağlarda. 

 

Bu Aydının qəlbində çox iz qalıb, 



Sinəsində alov qalıb, köz qalıb. 

Neçə şirin söhbət qalıb, söz qalıb, 

Yadigardı səndən mənə dağlarda. 



Aydın Çobanoğlu 

 

 



192

    


DİVANİ 

 

Şair Məmməd İsmayıla 



 

Əziz dostlar, söyləməyin, yalan İsmayıldı bu! 

Dürlü-dürlü xəyallara dalan İsmayıldı bu. 

Sözü keçən bir aşiqdir, ölkənin hər yerində 

Bir kəlməylə qırx əlbisə alan İsmayıldı bu. 

 

Şirin-şəkər söhbəti var, doymaq olmaz il ilə, 



Bülbül kimi çox armaqdı qönçə ilə, gül ilə. 

Şeytanı da tez azdırar öz yolundan dil ilə, 

Telli sazı dadlı, duzlu çalan İsmayıldı bu. 

 

Yoldaşları; gahdan Murad, gahdan Şərəf, gah Yaşar  



Qabağında söz deyəmməz, çaşar dili dolaşar. 

Gah sakitdi ümman kimi, gahdan kükrəyib coşar, 

Bulud kimi gah boşalıb, dolan İsmayıldı bu.  

 

Yar-yoldaşı namaz qılır ətəyində hər sabah,  



Könül mülkü gözəllərin göz yeridi, ay Allah! 

Yerdə insan həsrət çəkir kamalına, göydə Mah, 

Hər kəsin payını verən, talan İsmayıldı bu. 

 

Ömrünün 60 ilində yenə bahardı, yazdı, 



Uymaz özgə kimsələrə, həmdəmi telli sazdı. 

Çobanoğlu heç bilmədi, nə danışdı, nə yazdı,  

Varlığıyla yaddaşlarda qalan İsmayıldı bu. 

 

   



 

 

Türkiyə, Konya şəhəri, 



1990-cı il 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə