Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə29/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   25   26   27   28   29   30   31   32   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

175



 

DEYƏRSİZ 

 

S.Vurğunun 80 illiyinə 

 

Vurğun şeirindən cəsarət alıb, 



Çağlayan bir dəli seldi, deyərsiz. 

Onun qələmiylə təravətlənən 

Çəməndi, çiçəkdi, güldü, deyərsiz. 

 

Ağızlarda daddı sözü, söhbəti, 



Nağıldı, dastandı mehri, ülfəti. 

Nəğməyə döndərib bu məhəbbəti, 

Danışan dodaqdı, dildi, deyərsiz. 

 

Dolandım başına səcdəgahımın, 



Quluna çevrildim sənət şahımın. 

Əziz bayramına qibləgahımın 

Aydın Çobanoğlu gəldi, deyərsiz. 

   


  

 

 



 Naxçıvan-Kürdəmir, 

 23.06.1986 

 “Həqiqət” qəzeti, 

23.10.1986 


Aydın Çobanoğlu 

 

 



176

 

ŞAİR 

 

Xalq şairi Hüseyn Arifə 

 

Sazımın, sözümün gen səmasında 



Ulduz-ulduz yanıb, alışan şair. 

Ürəkdən keçəni gözdən oxuyan, 

El ilə qaynayıb, qarışan şair. 

 

Çoxunun yoluna nur, işıq saçıb, 



Gecənin yuxusu gözündən qaçıb. 

Səhəri çəməndə çiçəklə açıb 

Qarlı zirvələrlə yarışan şair. 

 

Sevmədi böhtanı, şəri, kələyi, 



Ruhuna doğmadı bahar küləyi. 

Novruzla oyanıb yatan taleyi, 

Alın yazısıyla barışan şair. 



Ömrün etməyəcək vəfa dedilər 

 

177



   

 

BİLMİRƏM 

 

Dostum Teymur müəllimə 

 

Qardaş, kim dəyibdi xətrinə sənin, 

Sığışmırsan yerə, göyə, bilmirəm. 

Elə bağlayıbsan bəndi, bərəni, 

Dillənib, bir kəlmə deyə bilmirəm. 

 

Amansız kimsədən umursan aman, 



İmansız işlərə bağlayıb güman. 

Belə görməmişdim səni heç zaman, 

Niyə kövrəlmisən, niyə, bilmirəm?! 

 

Heç kəsin baxtına düşməsin dolu, 



Boş qalmasın, qoy, nə sağı, nə solu! 

Anladım dərdini mən Çobanoğlu

Nə fayda, kimsəyə deyə bilmirəm?! 

 

 



 

 

 

Bakı şəhəri, 

07.12.1986 

 


Aydın Çobanoğlu 

 

 



178

 

ELMİRA 

 

Dostum şair Zəlimxan Yaqubun qızına 

 

Elə şirin bir balasan, 



Yoxdu tayın, ay Elmira! 

Keşiyini gündüz Günəş, 

Gecə çəkir Ay, Elmira! 

 

Ötdü qışın sərt ayazı, 



Güldü Zəlimxanın yazı. 

El-obanın göyçək qızı, 

Haqdan gəlib pay Elmira. 

 

Dəryalarda üzsün gəmin, 



Yoxa çıxsın dərdin, qəmin. 

Aşıb-daşsın Aydın əmin, 

Necə coşqun çay, Elmira! 

 

   



 

 

 

26.12.1986 

    

 


Ömrün etməyəcək vəfa dedilər 

 

179



 

YUNİS 

 

Dostluq etalonu, Azərbaycan xalq musiqisinin yaxın dostu 



Yunis Novruz oğluna 43 yaşı münasibətilə 

 

Əziz dostlar, deyim, bilin, 



Özgə bir insandır Yunis! 

Qohum, qardaş, dost yolunda

Odlara yanandı Yunis! 

Ürəklərin istəyini, 

Gözdən oxuyandı Yunis! 

Eşidərsə bir bəd xəbər, 

Heyrətdən donandı Yunis! 

Dostluğunda ər kişidi, 

Nankora yamandı Yunis! 

 

Elə bilin, peyğəmbərdi, 



Çox da ki, cavandı yaşı. 

Ədəblə yolun saxlayır, 

El-oba, qohum-qardaşı. 

Övladının cəfakeşi, 

Anasının can sirdaşı. 

Hər kəsin öz yerin bilir

Mərifətdə deyil naşı. 

Ağsaqqaldan ağsaqqaldı, 

Cavandan cavandı Yunis! 

 

Hər insana qismət deyil, 



Adı hər yanda söylənə. 


Aydın Çobanoğlu 

 

 



180

Samurda dünyaya gələ, 

Gəncəbasarda söylənə. 

Qeyrətdən bir ocaq çata, 

Atəşi canda söylənə. 

Qutqaşendə, Balakəndə, 

Qazax-Şirvanda söylənə. 

Sağlığında heykəl qoyub 

Özünə cahanda Yunis! 

 



 

Musiqiyə çox vurğundu, 

Sazla keçir günü, ayı. 

Çörəyinin düşmənidi, 

Tükənməzdi haqqı-sayı. 

Yaxşılıqla xeyirxahlıq, 

Hörmətdi xudadan payı. 

Anası təkcə doğubdu, 

Səxavətdə yoxdu tayı. 

Mən Hatəmi görməmişəm, 

Hatəmi-dövrandı Yunis! 

 

Dostu çoxdu, sayı yoxdu, 



Söyləyim hansı birini?! 

Anası da “çox istəyir” 

Bəzisinin xatirini. 

Ölçüb-biçir, yada salır 

İrəlini, həm gerini. 

Şübhəsiz çox gözəl bilir 

Hər birinin öz yerini. 

Boyuna görə don biçir, 

Ədalət-divandı Yunis! 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

181



Çıraqla tapa bilməzsən, 

Axtarsan belə insanı. 

Sadəlikdi həyat eşqi, 

Sevən deyil şöhrət-şanı. 

Sədaqətli dostu üçün 

Qurban eləyəndi canı. 

Sevdiyinə yoxdu zaval, 

Kimdən küssə, batdı qanı. 

İnsanlığın zirvəsində 

Yurd salıb dayandı Yunis! 

 



 



Çıxıbdı çox sınaqlardan, 

İstərsən, imtahan elə. 

Ya da ki, dön Allahından, 

Ver adını, yüz qan elə! 

Namusuna, qeyrətinə 

İnam gətir, iman elə. 

Adını yaz ürəyinə, 

Bir əbədi mehman elə. 

Neçə əsr qabaqlayıb 

Tarixi, zamanı Yunis! 

 

Əl tutub, həm kömək edər, 



Hər kimə gümanı gələr. 

Dara düşsən, darda qalsan, 

Eləyər amanı, gələr. 

Köməksizlər köməyinə 

Yarar çən-dumanı, gələr. 

Görüşünə gah Ədalət, 

Habilin kamanı gələr. 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə