Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə26/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   22   23   24   25   26   27   28   29   ...   92

Aydın Çobanoğlu 

 

 



152

Günəş batdı, qaş qaraldı, 

Qaldım yaman qeylü-qalda. 

Aşıq Aydın vəsf eləsin

Xoş olsun halı qonağın. 



Ömrün etməyəcək vəfa dedilər 

 

153



 

BƏDO 

 

Mən seyrinə dalıb sənin, 



Olmuşam pərvana, Bədo! 

Kükürdlü sərin suyunla 

Rövnəq ver insana, Bədo! 

Şəfa verən dərman kimi 

Məşhursan cahana, Bədo! 

Ədəb ilə baş əyirəm 

Möhtəşəm dühana, Bədo! 

İnsaf elə dərdliləri 

Sən yetir dərmana, Bədo! 

 

Dörd tərəfin yaşıl meşə, 



Həm çəmənzara bürünür. 

Səndən öpüş almaq üçün, 

Gör, neçə canan sürünür. 

Nəzər yetir sağa, sola, 

Bax, aləm gülşən görünür! 

Çox şeylər aşikar deyil, 

İnan ki, pünhan görünür. 

Gözəllik nümunəsi tək 

Xalsan Zərgərana, Bədo! 

 

Yanında, gör, neçə cavan 



Əhd ilə peyman eləyib. 

İntizarla baxan gözlər 

Hicrana dərman eləyib. 



Aydın Çobanoğlu 

 

 



154

Dağlardan süzülən sular 

Çoxunu eşqə bələyib. 

Üstünə, gör, neçə mehman 

Səni ziyarətə gəlib?! 

Hicrani dastan söyləyir 

Hər gələn mehmana, Bədo! 

 

Bədo bulağı, 



09.08.1973 


Ömrün etməyəcək vəfa dedilər 

 

155



 

GÖZƏL 

 

Duruşun, şux baxışın 



Canımı aldı, gözəl! 

Sözlərin şəhdi-şəkər, 

Elə bil, baldı, gözəl! 

Sevda dolu canımı 

Dərdlərə saldı gözəl. 

İnsafsız, eylə kərəm

Göz yolda qaldı, gözəl! 

Eşidib sözlərimi, 

Xəyala daldı gözəl. 

 

Mən sənə pərvanəyəm, 



Sən mənə mehribansan. 

El görür, aləm görür, 

Nə sevməli insansan. 

Cansız, ruhsuz aşiqə 

Həm ruhsan, həm də cansan. 

Mən xəstənin dərdinə, 

Sən, yeganə dərmansan. 

Səni görəndən mənim 

Dərdim çoxaldı, gözəl! 

 

Ay mələk, sevdim səni



Yolunda and içərəm. 

Lazımsa səndən ötrü, 

Sıldırımdan keçərəm. 



Aydın Çobanoğlu 

 

 



156

Diqqətlə fəhm eləyib, 

Yaxşı, yaman seçərəm. 

Atsan məni qəlbindən, 

Ömrüm tağın biçərəm. 

İnsaf et, Hicranini 

Eşq dərdə saldı, gözəl! 

 

   



Kürdivan kəndi, 

13.08.1973 


Ömrün etməyəcək vəfa dedilər 

 

157



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ÈTHAFLAR 

 



Aydın Çobanoğlu 

 

 



158


Ömrün etməyəcək vəfa dedilər 

 

159



 

ÜZÜNÜ GÖRMƏSƏM DƏ 

 

Əlimərdanlı Aşıq Nəcəfə 

 

Ay ustad, üzünü görməsəm də heç, 



Mən səni özümə ustad sanmışam! 

Sinəmin üstünə saz alan gündən 

Mən sənin şeirinlə qidalanmışam. 

 

Bilirəm, obalar, ellər gəzmisən, 



Tərif də yazmısan ayrım qızına. 

Qəlbən bağlanmısan bu doğma yurdun 

Barlı payızına, güllü yazına. 

 

Buyur, tarixləri aç varaq-varaq 



Hər zaman xalqımın gərəyindəsən. 

Axtarıb özünü eləsən soraq 

Ellərin qəlbində, ürəyindəsən. 



Aydın Çobanoğlu 

 

 



160

 

VURĞUN 



 

Xalq şairi Səməd Vurğuna 

 

Səsi gəldi neçə eldən, 



Hay verdimi sizə Vurğun?! 

Kür üstə gəl Ceyrançöldən, 

Kəklik çıxıb dizə, Vurğun! 

 

Ocaqlara od-köz qoydum, 



Ovçularla bir söz qoydum. 

Hər tərəfə mən göz qoydum

Görünmədi gözə Vurğun. 

 

“Dağlar”ından gəldi xoşum, 



Dedim, dağa şeir qoşum. 

Ceyran mələr qoşun-qoşun, 

İndi burda gəzə Vurğun. 

 

Əmlik quzu, bulaq üstü, 



Burum-burum qalxa tüstü. 

Osman əmi – ürək dostu, 

Qonaq ola bizə Vurğun. 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

161



 

ZƏRNOVALI DOSTUM MÜSƏNNİFƏ 

 

Dostum, eşitmişəm sizin Zərnova 



Dağlar yanağında bir inci xaldı! 

Böyüyü, kiçiyi başdan ayağa 

Duruşu zarafat, sözləri baldır. 

 

Bir dəfə görmüşəm səni dünən, bil, 



Bacarsan, qəlbimdən özünü at, sil! 

Yeganə arzumdur, ömür sür yüz il, 

Dostlar sağlığına min badə qaldır. 

 

Şuxsan, məzəlisən, amma üzlüsən, 



Şikarın axtaran şahin gözlüsən. 

Yemək vaxtı təklifsiz də bizləsən, 

Hayıf ki, ağarıb, saçların çaldır. 

 

Hicraniyəm, səni gördüm, coşdum mən, 



Bahar seli kimi aşıb, daşdım mən. 

Hüsnünə ilhamla nəğmə qoşdum mən, 

Buyur, dost könlünü gülüşlə doldur! 

   


 

 

 



   

 

Kürdivan kəndi, 



04.08.1973 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə