Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə24/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   20   21   22   23   24   25   26   27   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

139



 

İÇİNDƏ 

 

Uyma fitnəsinə, duyarmı eli 



Böyrək bəsləyənlər yağın içində?! 

Vurul təbiətin gözəlliyinə, 

Qaralar axtarma ağın içində. 

 

Ayrı ləzzəti var, qal intizarda 



Bir gözün almada, bir gözün yarda. 

Bir əlin xurmada, bir əlin narda 

Səhər şehə bələn bağın içində. 

 

Qışın ayazından bahara boylan, 



Düz anda, düz eşqə, ilqara boylan, 

Yarpıza əl uzat, lilpara boylan, 

Gör əksini buz bulağın içində. 

 

Çəmənlə salamlaş, çiçəklə görüş, 



Çən-dumana bürün, şəbnəmlə öpüş. 

Qıyqacı göz vurub, yanından ötüş, 

Küsdür şamamanı tağın içində. 

 

İnsan doğulmayıb hey yatmaq üçün, 



Çobanoğlu, tələs, oyatmaq üçün! 

Zirvələrə doğru boy atmaq üçün 

Dözüm tap düyünün, dağın içində. 

 

   



 

 

 



 20.10.1989 

 

 

 

 

 

 

 

“Bakı” qəzeti, 

10.01.1990 


Aydın Çobanoğlu 

 

 



140

 

DÜŞÜBDÜ 

 

Dolu döyüb, qar ələnən baxtıma, 



Deyən, fəsillərin qışı düşübdü. 

Ya azıb yolunu dumanda, çəndə, 

Ya da ki, qismətim naşı düşübdü. 

 

Quru, boş nağıldı şeirsiz dastan, 



Boy atmaz, bar verməz yiyəsiz bostan. 

Kim ki, gen dolanıb, gen gəzib dostdan, 

Başına zəlillik daşı düşübdü. 

 

Bir elin ədalət, divan oğlunun, 



Eşqi, məhəbbəti cavan oğlunun

Şaha baş əyməyən Çobanoğlunun 

“Şahın kənizi”nə işi düşübdü. 



Ömrün etməyəcək vəfa dedilər 

 

141



 

KÖNLÜNƏ KÖÇMƏSƏ VƏTƏN DUYULMAZ 

   


 

 

Məmməd İsmayılın “Vətən” şeirinə 

 

Vətən, millət deyib hay-haray salma, 



Canından keçməsən, Vətən duyulmaz. 

Bir məşələ dönüb vətən yolunda

Günəştək saçmasan Vətən duyulmaz. 

 

Mərdlik nişanı var hər qalasında, 



Axtarsan, taparsan hər bəlasın da. 

Qarış-qarış gəzib hər talasında 

Bir süfrə açmasan, Vətən duyulmaz. 

 

Yetər ki, şəhərdə uddun zəhəri, 



Yəhərlə, yüyənlə, nalla kəhəri. 

Xanbulaqda şam et, ancaq səhəri, 

Göy-göldə açmasan, Vətən duyulmaz. 

 

Nə vaxtdır, bizlərdən ülfət görməyib, 



Haqqı var, dağların xətrinə dəyib. 

Darıxıb, burnunun ucu göynəyib, 

Qoynuna qaçmasan, Vətən duyulmaz. 

 

Közü səngiməyib ocaqlarının, 



Yolunu gözləyir qonaqlarının. 

Önündə diz çöküb bulaqlarının, 

Doyunca içməsən, Vətən duyulmaz. 



Aydın Çobanoğlu 

 

 



142

Xalı tək düzlərdə gör çiçəyini

Şehli-şehli qoxla, dər çiçəyini. 

Min dərdin dərmanı tər çiçəyini 

Dəmləyib içməsən, Vətən duyulmaz. 

 

Şirvandan, Muğandan, Mildən tut soraq, 



Göycə, Borçalını aç varaq-varaq. 

Yadına düşəndə Qazax, Qarabağ, 

Ruhlanıb uçmasan, Vətən duyulmaz. 

 

Burda dəli Qoşqar, orda Şah dağı, 



Əvəzsiz İstisu, Narzan bulağı. 

Çobanoğlu, dədə-baba torpağı, 

Könlünə köçməsə, Vətən duyulmaz! 



Ömrün etməyəcək vəfa dedilər 

 

143



 

BƏS DEYİLMİ? 

 

Görmədiyi günə düşdü ellərim



Ağır oldu bu bəla da, talan da. 

Göz-göz oldu qaysaqlanmış yaralar, 

Zülüm çəkdi hər gedən də, qalan da. 

 

Oğuz eli zaman-zaman talandı, 



Varım, yoxum yanar oda qalandı. 

Ağ yalanlar bir-birinə calandı, 

Evlər yıxdı fitnə-fel də, yalan da. 

 

Cəfa çəkib əkdiyimiz bitmədi, 



Düz sözümüz haqq yerinə yetmədi. 

Bu qan-qada niyə kənar getmədi! 

Bizim oldu saralan da, solan da. 

 

Bu yazımız tərsə dönən yaz oldu, 



Zülmümüz bol, qazancımız az oldu. 

Taleyimiz iniltili saz oldu

Peşimandı çalmayan da, çalan da. 

 

Çobanoğlu, zil görünür bəm mənə, 



Bəs deyilmi sitəm mənə, qəm mənə?! 

Ayıl deyir gözümdəki nəm mənə, 

Qoy, bilinsin boşalan da, dolan da! 

 

“Sovet kəndi” qəzeti, 



01.03.1990 

 



Aydın Çobanoğlu 

 

 



144

 

ŞƏHİDLƏR KÖRPÜSÜ 

 

Az ha görməmişik fani dünyada 



Min oda, alova qalanan körpü. 

Namərd hiyləsiylə, top gülləsiylə 

Dağılan, uçulan, talanan körpü. 

 

Gəlin, körpü salaq, necə ki, cənnət, 



Təməli qardaşlıq, daşı məhəbbət, 

Bir ucu haqq yolu, qeyrət, sədaqət, 

Bir ucu dostluğa calanan körpü. 

 

Namərd hiyləsindən baş aça bilməz



Cobanoğlu dərddən gen qaça bilməz. 

Nə bağlana bilməz, nə uça bilməz 

Şəhidin qanıyla salınan körpü. 

 

Tbilisi şəhəri, 

09.04.1990 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə