Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə20/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   16   17   18   19   20   21   22   23   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

113



 

DEYİL 

 

Yüz hörmət eləsən qədirbilməzə, 



Bircə yol adını anası deyil. 

Yüz dəfə yolunda yansan odlara, 

Bircə yol yolunda yanası deyil. 

 

Oda atsan, alışmazdı, yanmazdı. 



Buza qoysan, soyumazdı, donmazdı. 

Qanmaz elə qanmazdı ki, qanmazdı, 

Ha çığır, ha danla, qanası deyil. 

 

Sel olub Aydının gözünün yaşı, 



Acıyar halına dağların daşı. 

Elə perikibdi könlünün quşu, 

Bir də o budağa qonası deyil. 

 

Tovuz rayonu, 

 

 



 

Şeyx Heybət kəndi

10.08.1986 

 

 




Aydın Çobanoğlu 

 

 



114

 

DÜNYA QAYIDAN DEYİL 



 

 

 



 

Dünya, qayıt dünyamıza! 

 

 

 

 

 

Zakir Fəxri 

 

Arxasınca ha su çilə, ha yalvar, 



Qayıdan döy dünyamıza bu dünya. 

Nə Koroğlu, nə Babək var, nə Zal var

Qayıdan döy dünyamıza bu dünya. 

 

Göz oxşayan gözəlliyi gözə xoş, 



Axıracan baxmasa da bizə xoş. 

Qoy, qayıtsın, qayıtmağı bizə xoş! 

Qayıdan döy dünyamıza bu dünya. 

 

Yoxa çıxıb gözəllərin vəfası, 



Tükənbdi hatəmlərin səxası. 

Dəyişibdi odu, suyu, havası, 

Qayıdan döy dünyamıza bu dünya. 

 

Qərq olduğum atəşdimi, seldimi?! 



Haya çatan obadımı, eldimi?! 

Çobanoğlu əzəl-axır bildimi?! 

Qayıdan döy dünyamıza bu dünya.  

 

 



 

 

Naxçıvan şəhəri, 



22.09.1986 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

115



 

 

 



GEDƏR 

 

Çalış, əl tut, yaxşılıq et, ad qazan, 



Savabın sədası ellərə gedər. 

Mayası haramla olan qazancın 

Olmaz bərəkəti, yellərə gedər. 

 

Çox şeyi öyrədir həyat insana



Nanəcib əlindən gəlmişik cana. 

Lotunun qazancı ənlik-kirşana, 

Oğrunun yığdığı ellərə gedər. 

 

Qovğa-qalı əskik olmaz başının, 



Elə bilmə, günahı var yaşının. 

Ağlı azalanda axmaq kişinin 

Soyuyar evindən, çöllərə gedər. 



Aydın Çobanoğlu 

 

 



116

 

 



VERİBDİ 

 

Qınayırsan məni, qınama, neynim?! 



Tale baharıma ayaz veribdi. 

Hərdənbir rastıma çıxan sevincə 

Min işvə, min qəmzə, min naz veribdi. 

 

Qansızın hayına hay verən Fələk



Oğluna, qızına tay verən Fələk, 

Çoxuna bol əlli pay verən Fələk 

Mənim qismətimi az-az veribdi. 

 

Bəxt məni keçirib alovdan, oddan, 



Könlüm deyir, Aydın, nə yan, nə odlan! 

Deyirəm, çox şükür, çıxmayıb yaddan, 

Bir azca səs, bol söz, bir saz veribdi! 

 

 

 

 

 

 

“Üfüq” qəzeti, 

14.07.1987 



Ömrün etməyəcək vəfa dedilər 

 

117



 

 

 



MƏNİ 

 

Gecəli, gündüzlü xəyalımdadır, 



Görən, heç anırmı zalım yar məni?! 

Yüz illik vüsalı cavan saxlayar, 

Bir günlük hicranı qocaldar məni. 

 

Mən alışsam, o isitməz, o yanmaz



Nərə çəksəm, bəxtim kimi oyanmaz. 

Ürəyimi, oy, anlamaz, oy, anmaz, 

Həsrətdən üşüdər boran, qar məni! 

 

Dağlar çiçək açmaz, qalsa qarından, 



Bağçalar saralar, olsa barından. 

Çobanoğlu dönsə öz ilqarından, 

Ellər töhmət edər, qınayar məni. 

 

 

 

 

 

 

24-25.11.1987 

 



Aydın Çobanoğlu 

 

 



118

 

 



 

İSTƏMİRƏM 

 

İstəyirəm dağlar qardan don geyə



Yağıb, tez əriyən qar istəmirəm. 

Sallana budaqdan nar yerə dəyə, 

Dərmanım olmayan nar istəmirəm. 

 

Ölüm harda gözəl, harda yaxşıdır, 



Dostları sınamaq darda yaxşıdır. 

Dövlət də yaxşıdır, var da yaxşıdır, 

Mənə düşmən olan var istəmirəm. 

 

Vətən, millət dərdi çəkə bilmirsə, 



Yolunda qanını tökə bilimirsə, 

Yaxşılıq toxumu əkə bilmirsə, 

Elə namus, qeyrət, ar istəmirəm. 

 

Qoy, gülsün göy üzü, açılsın hava, 



Nağıllar söyləsin nəvəyə baba! 

Olmasın qan-qada, olmasın dava, 

Bu geniş dünyanı dar istəmirəm. 

 

Çobanoğlu, ömür keçir bilmədən, 



Həyat nədi, danışmadan, gülmədən?! 

Yar yarı anlayar yarı kəlmədən, 

Dilbilməz, sözanmaz yar istəmirəm. 

 

 



 

 

 



Ağasıbəyli, 

24,25.11.1987 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə