Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə16/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   12   13   14   15   16   17   18   19   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

87



 

45-ci İLİN 9 MAYINDA 

 

O qanlı-qadalı ağır illərdə, 



Ləzzəti olmayıb yazın, yayın da. 

Səma da, torpaq da barıt qoxuyub, 

Qışın ayazında, payız ayında. 

 

41-dən 45-ə hər axşam-səhər 



Axıb anaların yaşı sərasər. 

Aylı gecələrdə vurğun könüllər 

Kədərlənib doğmasına Ayın da. 

 

İgidin gözündə çox dan sökülüb, 



Düşmənin önünə hasar çəkilib. 

Nə qədər faşistin qanı tökülüb 

Dnepr, Dnestr, Odər çayında. 

 

Vətən oğlu silah alıb dəstinə, 



Cəsarətlə durub düşmən qəsdinə. 

Al bayraq sancılıb Berlin üstünə 

Şəfəqli yaz günü, bahar ayında. 

 

Bir məşəl qalanıb, dan alovlanıb, 



Aydın, xainlərin yurdu talanıb! 

Həsrət qollar yar boynuna dolanıb 

45-ci ilin 9 mayında. 

 

Bakı şəhəri, 



05.05.1975 

 



Aydın Çobanoğlu 

 

 



88

 

TALISTAN 



 

Vurğunun müqəddəs misralarıyla  

Dastan olub, düşüb dilə Talıstan. 

Xalqın alın təri, zəhməti ilə  

Şöhrətin yayılıb elə, Talıstan! 

 

Camışın ağ yağı, beçənin balı,  



Dil açdırar, olsan yüz ilin lalı. 

Bilal dayı kimi el ağsaqqalı 

Cavanlaşır ildən-ilə, Talıstan! 

 

Bu dağlar başının örpəyi, tacı, 



Gözüm gözəlliyin xəstəsi, acı. 

Aşıq Aydın düz ilqarın möhtacı, 

Qismət ola, yenə gələ, Talıstan! 

 

 



 

İsmayıllı rayonu, 

Talıstan, 02.07.1976  

 

 



 

 

 



 


Ömrün etməyəcək vəfa dedilər 

 

89



 

QALMADI 

 

Məhəbbətin şan-şan olmuş sinəmə 



Dəyməmiş düyünü, dağı qalmadı. 

Yollarına boylanmaqdan gözümün 

Qarası yox oldu, ağı qalmadı. 

 



Aydın Çobanoğlu 

 

 



90

 

ŞAİR DOSTUM KNYAZA CAVAB 

 

  

 



 

 

Zarafatyana 



 

Əziz– mehribanım, ay Knyaz qağa, 

Bilirsənmi, mən nə hala qalmışam?! 

Dözməz ki, dərdimi söyləsəm dağa, 

Kəc qayıdıb, daldan-dala qalmışam. 

 

Deyəsən, xoşuna gəlmir gəlişim, 



Müdir “get-gəl” deyir, düzəlmir işim. 

Sızlayır, göynəyir ağzımda dişim, 

Tükənməyən qeylü-qala qalmışam. 

 

Kimə deyim, necə deyim dərdimi?! 



Qövr eləyən bu zəhrimar birdimi? 

Sinəm coşub, – Arazdımı, Kürdümü?! 

Sel içində bircə sala qalmışam. 

 

Biri əmr eləyir Rüstəm-Zal kimi, 



Dayanmışam qolubağlı qul kimi. 

İynəsi korşalmış köhnə val kimi 

Öz yerimi çala-çala qalmışam. 

 

Aşıq Aydın umar, küsər elindən, 



Zülüm çəkər, yaman çıxmaz dilindən. 

Xülasəsi, bircə kürdün əlindən 

Vurhavura, çalhaçala qalmışam. 

 

 



 

 

 



 

03.09.1977 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

91



 

GÖZLƏRİM 

 

Qərq olub qəzaya, dərdə, möhnətə, 



Qəm əlində dönüb külə gözlərim. 

Görmədim halıma alışan, yanan, 

Ağlayan zamanı silə gözlərim. 

 

Dosta tənə oldum, başlara qaxınc, 



Dondu dodağımda təbəssüm, sevinc. 

Könül rahatlanıb heç olarmı dinc, 

Gecə-gündüz çəkir nalə gözlərim?! 

 

Aydın, heç bir oxum dəymir hədəfə



Qəmin karvanını düzmüşəm səfə! 

Deyirəm, ömrümdə kaş bircə dəfə, 

Nə olar, sevincdən gülə gözlərim?! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Aydın Çobanoğlu 

 

 



92

 

AY GÜLƏ-GÜLƏ 

 

Xəyalım göylərin seyrinə dalıb, 



Baxır pəncərədən Ay gülə-gülə. 

Gündə yüz yol girib könlüm evinə, 

Yanırsan odlara, ay gülə-gülə. 

 

Elə danış, ürəklərdə qalasan, 



Elə sanma, topdağıtmaz qalasan. 

Yar canını eşq oduna qalasan

Dolanar başına, ay gülə-gülə. 

 

Nə zülmdü, verdin Aşıq Aydına, 



Ah-nalədən qoymur yazı, ay dinə. 

Camalın Günəşdi, yoxsa Aydı, nə? 

Müdam şölə saçır Ay gülə-gülə. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

93



 

BAX 

 

Ürək gülür, qəlb sevinir, dil deyir: 



– Xoş gəlibdir, gələnə bax, gələnə! 

Hər arzunu, hər diləyi, niyyəti 

Loğman kimi bilənə bax, bilənə, 

Ağrımızı bölənə bax, bölənə. 

 

Bürüyübdü hər tərəfi xoş avaz, 



Gözəllər də edir qəmzə, işvə, naz. 

Deyir aşıq, dillənir ney, ötür saz, 

Kef-damaqda olana bax, olana. 

Dirigözlü ölənə bax, ölənə! 

 

Qış köçübdü, Aşıq Aydın, yaz gedir! 



Verilibdi bizə ömür az, gedir. 

Qaytar geri, usta gedir, saz gedir

Məcnun kimi qalana bax, qalana. 

Qəm içində gülənə bax, gülənə. 

 

28.04.1981 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə