Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə19/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   15   16   17   18   19   20   21   22   ...   92

Aydın Çobanoğlu 

 

 



106

 

DEYİL 

 

Həmdəm olmaq sənin kimi gözələ 



Hər yetən oğulun baxdı ha deyil. 

Sevən odur, qəlb odunu söndürə, 

İş elə yandırdı, yaxdı ha deyil. 

 

Dərdimi torpağa desəm, yağışlar 



Bu müqəddəs günahımı bağışlar?! 

Od ələsin, qoy, üstümə baxışlar, 

Gözlərin süzülən vaxtı ha deyil! 

 

Aydın, bu dünyanın tərsi nə üstə?! 



Avandı nə üstə, tərsi nə üstə?! 

Qoysan, üzüm qoyam tər sinən üstə, 

“Şahın toxunulmaz taxtı” ha deyil! 



Ömrün etməyəcək vəfa dedilər 

 

107



 

BU TORPAQ 

 

Əzəl gündən bolluq düşüb baxtına, 



Əzəl gündən pirhünərdi bu torpaq. 

Çıxa bilsən qayğısının taxtına, 

Bərəkətdi, nurdu, zərdi bu torpaq. 

 

Əksik olmaz düzlərindən ceyranı, 



Hər addımda heyran qoyur insanı. 

Hər qarışı min bir dərdin dərmanı, 

Hər addımda ləl-gövhərdi bu torpaq. 

 

Gəl, seyr elə payızını, yazını, 



Müdam çəkər qonağının nazını. 

Çobanoğlu, dilə gətir sazını, 

Car çək, söylə nə təhərdi bu torpaq! 

 

 



 

 

 



 Tovuz rayonu, 

02.07.1986 

 “Sovet kəndi” qəzeti, 

01.12.1987

 


Aydın Çobanoğlu 

 

 



108

 

VAR 

 

Qul olmuşam saza, sözə, söhbətə, 



Elin sərvətinə məhəbbətim var. 

Ölənəcən üzüm dönməz bu yoldan, 

Möhkəm dəyanətim, sədaqətim var. 

 

Baş əyirəm ululardan uluya, –  



Dədə Ələsgərə, Aşıq Alıya. 

Nəcəfə, Mirzəyə, Bozalqanlıya... 

Ustadlar önündə ibadətim var. 

 

Çobanoğlu sözün deyər bir kərə, 



Bir dinə, mənsəbə bağlıdı hərə. 

Sazda Ədalətə, səsdə Əkbərə, 

Şeirdə Bəhmənə itaətim var. 

  

Mehdiabad qəsəbəsi. 



 

 

 

 

 

“Zəhmətkeş” 

qəzeti, 26.07.1986 


Ömrün etməyəcək vəfa dedilər 

 

109



 

KİMİ 

 

Yerlə yeksan olsun, yüz tikan kolu, 



Bir çiçək saralıb, solana kimi. 

Leysan kimi axsın sevinc yaşları 

Gözlər qəm-qəhərdən dolana kimi. 

 

Nə dövlət, nə şöhrət istəyirəm mən, 



Nə kədər, nə nifrət istəyirəm mən, 

Ömürdən bir möhlət istəyirəm mən 

Yar qolu boynuma salana kimi. 

 

Çoxu bu dünyadan var dedi, getdi, 



Bağ-bağat görmədi, bar dedi, getdi. 

Deyin, Aşıq Aydın yar dedi, getdi, 

Səsi qulaqlarda qalana kimi. 

 

 



 

 

 



 

 

 



“Abşeron” qəzeti, 

01.08.1986 

 



Aydın Çobanoğlu 

 

 



110

 

GETDİ 

 

Dedi, nişanlıyam, özgə malıyam, 

Sındı qol-qanadım yanıma düşdü. 

Aşıq Ələsgər. 

 

Qəfil qasırğaya tuş oldum bu gün, 

Köçümü yolundan əylədi, getdi. 

Gülüşüylə, ədasıyla, nazıyla 

Bağrımın başını teylədi, getdi. 

 

Aralıyam gülşənimdən, gülümdən, 



Çarəsizəm, heç nə gəlməz əlimdən. 

Özümü özümdən, sözü dilimdən

Ağlımı başımdan eylədi getdi. 

 

Tufan qopdu, şimşək vurdu qolunu, 



Məlul, müşkül qoydu Çobanoğlunu. 

Bağladı bərəni, kəsdi yolunu, 

“Şahın kənizi”yəm, söylədi getdi. 

 

 



 

 

 



Abşeron” qəzeti, 

01.08.1986 

 


Ömrün etməyəcək vəfa dedilər 

 

111



 

DEYİBLƏR 

 

Bu dünyanın çox üzünü görmüşəm, 



Alma da deyiblər, al da deyiblər. 

Bülbül kimi cəh-cəh vurub ötmüşəm

Dilli də deyiblər, lal da deyiblər. 

 

Hər qapıda bir tam, bir duz dadana, 



Addımını səksəkəli atana, 

Qorxusundan sarısını udana, 

Rüstəm də deyiblər, Zal da deyiblər. 

 

Məcnuna dönmüşəm Leyli dağında, 



Nəğmə oxumuşam gül budağında. 

Gözəllər dolanıb solu-sağımda, 

Cavan da deyiblər, çal da deyiblər. 

 

Ana yurdu qarış-qarış gəzmişəm, 



Laləsini, nərgizini üzmüşəm. 

Bir baxışda min bir məna sezmişəm

Qanan da deyiblər, kal da deyiblər. 

 

Səs alıb dağların budaqlarından, 



Ləl-gövhər süzülüb dodaqlarımdan. 

Özüm eşitmişəm qulaqlarımla, 

Zəhər də deyiblər, bal da deyiblər. 

 



Aydın Çobanoğlu 

 

 



112

Vurğunuyam şirin-şirin dillərin, 

Bir körpəyəm qucağında ellərin. 

Qonağı olsam da hey könüllərin

Qalma da deyiblər, qal da deyiblər. 

 

Meydan verin elin cavan oğluna, 



Amalı düz, yolu rəvan oğluna. 

Aydın, bir məclisdə Çobanoğluna, 

Çalma da deyiblər, çal da deyiblər. 

 

 

 

 

 

“Abşeron” qəzeti, 

01.08.1986 

 

    “Üfüq” 

qəzeti, 

14.07.1987 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə