Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə17/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   13   14   15   16   17   18   19   20   ...   92

Aydın Çobanoğlu 

 

 



94

 

 



YADİGARDI 

 

Xanım Nüşabənin Xanım nəvəsi, 



Dumanlı dağlarda gəz, yadigardı! 

Həyalı dolanıb, ismətli gəzsə, 

Kimdən qalsa bir xoş iz, yadigardı. 

 

Hansı bir yamaca yayılsa səsin, 



Hansı gülün üstə dəysə nəfəsin. 

Hansı bir çiçəyə varsa həvəsin, 

Əyil, ehmallıca üz, yadigardı. 

 

Dağları yada sal söküləndə dan, 



Doymaq olmur qaymağından, balından. 

Gözəllik vurğunu aşıq Aydından, 

Qəbul etsən, şirin söz yadigardı. 

 

 



 

 

 



İstisu, 11.09.1981 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

95



 

GÖZƏLLƏMƏ 

 

Könlüm gül üzünün əsiri olub, 



Demə, ötərgidi, demə, keçəndi. 

Yanıb, həsrətindən gül rəngim solub

Eşqin badəsini versən, içəndi. 

 

Şəlalə tək çağlayırsan, çağla sən, 



Dağlayırsan, bu sinəmi, dağla sən. 

Birdəfəlik yaxşı yadda saxla sən: 

– El aşığı tükü-tükdən seçəndi. 

 

Dilini şəkərdən, baldan eləmə



Qəddini yaşıldan, aldan eləmə, 

Aydını ağ üzdə xaldan eləmə, 

Ömür azdı, yarananlar köçəndi. 

 

“Abşeron” qəzeti, 



30.01.1982 


Aydın Çobanoğlu 

 

 



96

 

MÜQƏDDƏS KİTAB 

 

Ən ülvi, ən əziz yolumdur mənim 



Müqəddəs kitabım, – əsas qanunum! 

Zəhmətdə bərkiyən qolumdur mənim 

Müqəddəs kitabım, – əsas qanunum! 

 

İlqarım, hörmətim, sədaqətimdir, 



Hissimdir, duyğumdur, məhəbbətimdir, 

Xoşbəxt gələcəyim, səadətimdir 

Müqəddəs kitabım, – əsas qanunum! 

 

İlimdə, günümdə, anımda yaşar, 



Qəlbimdə, adımda, sanımda yaşar, 

Qanımda dolanar, canımda yaşar, 

Müqəddəs kitabım, – əsas qanunum! 

 

Dostluq, bərabərlik bayrağıdır o, 



Qardaşlığın, sülhün dayağıdır o, 

Bu günün, sabahın mayağıdır o, –  

Müqəddəs kitabım, – əsas qanunum! 

 

Həyatım, vüqarım, yetkinliyimdir, 



Vicdanım, məsləkim, bütövlüyümdür, 

Aydınam, iradəm, mətinliyimdir 

Müqəddəs kitabım, – əsas qanunum! 

 

 



 

 

“Sovet kəndi” qəzeti, 07.10.1982 



 

 

 

“Abşeron” qəzeti, 

07.10.1982 


Ömrün etməyəcək vəfa dedilər 

 

97



 

VƏTƏN MƏHƏBBƏTİ 

 

Hər könüldə yuva qurub, iz salıb 



Vətən məhəbbəti, xalqlar dostluğu! 

Ocaq olub ürəklərdə köz salıb 

Vətən məhəbbəti, xalqlar dostluğu! 

 

İllər ötüb, elə sanma qocalıb, 



Qocaldıqca günə, Aya ucalıb. 

Marsdan, Veneradan bac-xərac alıb 

Vətən məhəbbəti, xalqlar dostluğu! 

 

Xoş sədası tutub bütün dünyanı, 



Çarəsiz dərdlərə tapıb dərmanı. 

Fəth eləyib yeri, həm asimanı, 

Vətən məhəbbəti, xalqlar dostluğu! 

 

Eldən, hər obadan qüvvət alıbdı, 



Zəfərlər üstündən zəfər çalıbdı. 

Dəryanın üzündə şəhər salıbdı 

Vətən məhəbbəti, xalqlar dostluğu! 

 

Aydın, yolumuza işıq saçacaq, 



Yoxdu ondan başqa möhtəşəm ocaq. 

Dünyamızda yeni dünya quracaq 

Vətən məhəbbəti, xalqlar dostluğu! 

 

 

 

 

 

 

Bakı şəhəri, 

21.11.1982 

 



Aydın Çobanoğlu 

 

 



98

 

ÇOBANLAR 

 

İgidliyin, comərdliyin nişanı, 



El-obanın qüdrətidir çobanlar. 

Ana yurdun iftixarı, vüqarı, 

Ucalığı, vüsətidir çobanlar. 

 

Dağların vəfalı dostu, qardaşı, 



Bulaqların sirr biləni, sirdaşı. 

Çəmənlərin, çiçəklərin yoldaşı, 

Süfrələrin nemətidir çobanlar. 

 

Dədə deyib zaman-zaman el ona, 



Qayalardan mətin dağlar oğluna. 

Bağlanıb Vətənə – Azərbaycana, 

Babaların hikmətidir çobanlar. 

 

Dönəndən tarixin yeni varağı, 



Xoşdu güzaranı, xoşdu novrağı. 

Ali məclislərdən gəlir sorağı, 

Məclislərin zinətidir çobanlar. 

 

Qiymətini bilir ötən hər anın, 



Ellər üçün yaradanın, quranın. 

Hər yerdə, hər zaman Aşıq Aydının 

Şirin sözü, söhbətidir çobanlar. 

 

 



 

 

 



 

“Abşeron” qəzeti, 

22.02.1984 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

99



 

AŞIĞI 

 

Başına döndüyüm Muqum müəllim, 



Nə salıbsız dağa-daşa aşığı?! 

Qurbanlıq qoç kimi Mina dağında, 

Nolar, dolandırın başa aşığı. 

 

Çoxdandı Allahın qəm bəndəsiyəm



Qəlbi sınıq, gözü nəm bəndəsiyəm. 

Taledən qisməti kəm bəndəsiyəm, 

Qoymayın dolaşa, çaşa aşığı. 

 

Aydınam, gözlərəm mən neçə vaxtdı, 



İşim od üstündə yanan kababdı. 

Səbəbsizə səbəb olmaq savabdı, 

Göndərin maşınla qoşa aşığı. 

   


 

 

 



 

Bakı şəhəri, 

20.08.1984 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə