Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə10/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   6   7   8   9   10   11   12   13   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

41



Ərşə qalxsın şadlıq səsi, 

Aşıq Aydının nəğməsi. 

Balaların gül çöhrəsi, 

Qoy, solmasın bir an, Vətən! 

Sülh istərəm hər an, Vətən! 

 

   



 

 

Bakı şəhəril.. 



1982-ci il 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Aydın Çobanoğlu 

 

 



42

 

İNCƏGÜLÜ 

 

İlk baharın qönçəsidir 



İncəgülü, incəgülü. 

Xalqımın şadlıq səsidir 

“İncəgülü”, “İncəgülü”. 

 

Demə ötəri həvəsdi, 



Keçmişimdən gələn səsdi. 

Təzə avaz, tər nəfəsdi 

“İncəgülü”, “İncəgülü”. 

 

Dağ başında bəyaz qardı, 



Namus, qeyrət, ismət, ardı. 

Aydın deyər, şirin bardı 

“İncəgülü”, “İncəgülü”. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Ömrün etməyəcək vəfa dedilər 

 

43



 

GETDİ 

 

Qəfil göründü gözümə, 



Məni dərdə saldı, getdi. 

Şux baxışı ürəyimi 

Şahmar kimi çaldı, getdi. 

 

Al geyinib, bax donuna, 



Əğyarı qoymaz yanına. 

Yaxınlaşıb qurbanına, 

Kəsdi, canım aldı, getdi. 

 

Deyəmmədim ürək sözüm, 



Ey Hicrani, necə dözüm?! 

İntizarla baxan gözüm 

Arxasınca qaldı, getdi. 

 

“Abşeron” qəzeti, 



01.08.1986 

 

 



 


Aydın Çobanoğlu 

 

 



44

 

SƏNİ 

 

Məlul-müşkül görünürsən, 



Aparanda xəyal səni. 

Elə qəmli dayanma, gəl, 

Üzər bu dərd, məlal səni. 

 

Ocaq oddan, közdən düşər



Ürək sazdan, sözdən düşər. 

Gözəlliyin gözdən düşər, 

Aldatsa cah-cəlal səni. 

 

Sinəsi olsa da dağlı, 



Cəmdi zehni, huşu, ağlı. 

Unudarmı Çobanoğlu, 

Ay qaşları hilal, səni?! 

 

01.12.1986 



Ömrün etməyəcək vəfa dedilər 

 

45



   

OLMAZ 

 

Göz oxşasa gözəl işlər, 



Heç pərişan olan olmaz. 

Toxunmasa namərd əli

Könlüm evi talan olmaz. 

 

Gözləsək namusu, arı, 



Unutmasaq etibarı. 

Bərk olsa qeyrət damarı, 

Bizi-bizdən alan olmaz. 

 

Aşıqdı el yaraşığı, 



Yapalaq sevməz işığı. 

Mən Aydınam, – Haqq aşığı, 

Aşıq sözü yalan olmaz. 

 



Abşeron” qəzeti, 

01.08.1986 

“Üfüq” qəzeti, 

14.07.1987 

 

 




Aydın Çobanoğlu 

 

 



46

 

OLSA 

 

Zirvələrdən yol salaram, 



Bir sözümü deyən olsa. 

Dağlar qədər ucalaram, 

Əməlimi öyən olsa. 

 

Gözü, könlü toxam, gülüm, 



Şər tanımaz yaxam, gülüm, 

Bil ki, o gün yoxam, gülüm, 

Haqq işimi əyən olsa! 

 

Çobanoğlu odlu kürə, 



Sığışarmı göyə, yerə?! 

Qocalaram birdən-birə, 

Xatirimə dəyən olsa. 

 

 



 

 

 



 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

47



 

UZAQ GEDƏR 

 

Gözü ayağının altını görməyən 



bəzi bürokrat idarə müdirlərinə 

 

İnsaf elə, bəsdi, dayan, 



Ömür keçir, çoxalır yaş! 

Bir səmtə bax, bir yana bax, 

Yol cütləşər, qalarsan çaş. 

 

Yaşasan da səksən, doxsan, 



Gözləri ac, qarnı toxsan. 

Vəzifədən düşdün, yoxsan, 

Yas da tutmaz qohum, qardaş. 

 

Ucuz tutma, gəl, sənəti, 



İxtiyardı müvəqqəti. 

Yadda saxla bu hikməti:  

– “Uzaq gedər el atan daş”. 

 

Sonu heçdi bu çal-çapın, 



Haqqı tanı, haqqa tapın. 

Yoxsa bağlı qalar qapın, 

Çıran



 keçər yavaş-yavaş. 



 

Baxtın geri dönər bir gün, 

Odun, közün sönər bir gün. 

Çobanoğlu dinər bir gün, 

Selə dönər gözündə yaş. 

“Abşeron”qəzeti, 

29.05.1988 

 

                                                 



 Çıraq mənasında. 




Aydın Çobanoğlu 

 

 



48

 

“ZAVMAQ”IN ETİRAFI 

 

Yıxılası dağ deyildim, 



Yıxdı hoydu-hoydu məni. 

Elədiyim bəd əməllər 

Öz içimdən oydu məni. 

 

“Böyüyə” quyruq buladım, 



“Kiçiyə” güldüm, doladım. 

Mən eli çapıb, taladım, 

“OBXS” soydu məni. 

 

Bir günə düşdüm, – güləsi, 



Belimdə lənət şələsi. 

Bu elin ahı, naləsi 

Qapılarda qoydu məni. 

 

   



 

 

 



 

Tovuz-Gəncə, 15.04.1990 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə