Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə46/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   42   43   44   45   46   47   48   49   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

265



 

 

 



 

 

 



 

 

SAZLI-SÞZLÖ DÖNYAMIZ  



Vß SßNßTKARLAR 

HAQQINDA 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Aydın Çobanoğlu 

 

 



266


Ömrün etməyəcək vəfa dedilər 

 

267



 

MARAQLI KONSERT 

 

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası-

nın konsert salonunda Ümumdünya festivalının laureatı saz us-

tası Ədalət Nəsibovun rəhbərlik etdiyi Qazax aşıqlarının böyük 

konserti olmuşdur. Aşıqlardan Nadir Orucov, Kərəm Nəsibov, 

Ayaz Zülfüqarov, Hüseyn Piriyev, Bayram Həsənov və başqa-

ları  çıxış etmişlər. Balabançılardan Cümşüd Zülfüqarovun və 

Kərəm  Əliyevin çıxışları tamaşaçılara xoş  təsir bağışlamışdır. 

Ədalət Nəsibovun ifa etdiyi “Dilqəmi” havası tamaşaçıları hey-

ran etmişdir. 

Əlbəttə, bunlar yaxşıdır. Lakin qeyd etmək istəyirəm ki, 

aşıqlarımız havaların adlarını və qoşmaların müəlliflərini

 

nədən-


sə tamaşaçıların nəzərinə çatdırmırdılar. Ustad aşıqların qoşma-

larına da geniş yer verilsəydi yaxşı olardı. Doğrudur, konsertdə 

Aşıq Ələsgərdən bir neçə qoşma oxundu. Amma bu, az idi. 

 

   



 

 

 



 

 

“Sovet kəndi” 



qəzeti, 05.08.1974  

   

 

 

 

 


Aydın Çobanoğlu 

 

 



268

 

DÖYÜŞÇÜ AŞIĞIN MAHNILARI 

 

Aşıq Nəcəf kiçik yaşlarından sazla, sözlə ciddi maraqlan-



mışdır. Yaradıcılığa da erkən başlamışdır. Onun istedadı, baca-

rığı, məlahətli səsi kənd camaatının, eləcə də Əlimərdanlı toyla-

rında tez-tez iştirak edən ustad sənətkar aşıq Hüseyn Bozalqan-

lının diqqətindən yayınmamış, Nəcəfi özünə  şagird götürmüş-

dür. 1926-cı ildən Hüseyn Bozalqanlıya  şagird olan Nəcəf Alı 

oğlu aşıqlığın sirlərini,  şeir və  sənət yollarını  məhz bu ustad 

aşıqdan öyrənmişdir. 

Gənc aşıq bir sıra görkəmli aşıqlarla 1928-ci ildə Bakıda 

keçirilən Azərbaycan aşıqlarının I qurultayında iştirak etmişdir. 

Qəlbi xalqa bağlı olan sənətkar,

 

xalqdan öyrənə-öyrənə ustad 



aşıq səviyyəsinə qalxmış, bir neçə şagird yetişdirmişdir.

 

Onlar-



dan biri, – Qaraxanlı Aşıq Vəli hazırda Tovuzda yaşayır. 

Az vaxt içərisində böyük hörmət qazanan aşıq Nəcəf Hü-

seyn Bozalqanlı, Aşıq Zülfüqar, Aşıq Əsəd, Aşıq Mirzə və bir 

sıra başqa aşıqlarla bərabər Tovuz, Qazax, Şamxor (indiki Şəm-

kir – red.), Gədəbəy rayonlarında, Ermənistan və Gürcüstanın 

bir çox kəndlərində toy məclislərində olmuş, tələbkar camaatın 

ruhunu oxşamışdır. 

Şair-aşığın yaradıcılığı  ədəbi ictimaiyyətimiz tərəfindən 

yüksək qiymətləndirilmiş, 1937-ci ildə Azərbaycan Sovet Yazı-

çılar İttifaqına üzv qəbul olunmuşdur. Nəcəf aşıq şeirinin qoş-

ma, gəraylı, təcnis, nəfəsçəkmə təcnis, divani, müxəmməs kimi 

bir çox növlərindən istifadə edərək, təsirli, qüvvətli sənət əsərlə-

ri yaratmışdır. Əfsus ki, bunların bir qismi baxımsızlıq üzündən 

itib-batmışdır. 




Ömrün etməyəcək vəfa dedilər 

 

269



1938-ci ildə  Nəcəf Hüseynov Azərbaycan aşıqlarının II 

qurultayında iştirak edir. Burada xalq şairi Səməd Vurğun, Os-

man Sarıvəlli, Mir Cəlal, Mirzə  İbrahimov, istedadlı  bəstəkar 

Üzeyir


 

Hacıbəyov,

 

SSRİ Xalq



 

artisti


 

Bülbüllə


 

yaxından


 

tanış olur. 

Bu

 

görüşlər



 

səmərəsiz

 

qalmır,


 

şair-aşığın

 

yaradıcılığına



 

qüvvətli 

təsir

 

göstərir



 

 



bundan

 

sonra



 

o,

 



yeni ruh

 

yüksəkliyi



 

ilə


 

yazıb-


yaradır. 

Nəcəfin yaradıcılığında məhəbbət mövzusu ilə yanaşı, ic-

timai-siyasi lirika da xüsusi yer tutur. Öz dövrünün heç bir əla-

mətdar ictimai-siyasi hadisəsi aşığın gözündən yayınmamışdır. 

Hələ cavan yaşlarında Azərbaycanda Sovet hakimiyyətinin qu-

rulması Nəcəfi hədsiz sevindirmişdir. 

 

Şükür, gəldi fəhlə-kəndli zamanı, 



İndən belə xoş sürərik dövranı. 

Nəcəf, mərifətlə dolan dünyanı, 

Sən ol xalqın mehribanı həmişə, 

 

– deyən şair aprel günəşini hərarətlə alqışlamışdır. 



O, sosializm quruculuğunun ilk illərində gənc Sovet ölkə-

sinin yüksəlişinə hər vasitə ilə mane olmağa çalışan qolçomaq-

ları, mövhumat nümayəndələrini kəskin şeirləri ilə qamçılamış, 

onlara qarşı əzmlə vuruşan, mətanətlə mübarizə aparan doğma 

xalqımızı, Kommunist Partiyamızı, Qızıl Ordunu ilhamla tə-

rənnüm edib, yeni qələbələrə ruhlandırmışdır: 

 

– Nəcəf partiyadan alıb nicatı, 



Gərək tərk eləyək biz mövhumatı. 

Xaindən, xəbisdən bu şən həyatı 

Saxlayaq, yaşasın dinc Qızıl Ordu. 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə