Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə49/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   45   46   47   48   49   50   51   52   ...   92

Aydın Çobanoğlu 

 

 



278

redaktorluğu ilə 1957-ci ildə respublika Xalq Yaradıcılığı Evi-

nin buraxdığı “Aşıqlar” kitabının 52-ci səhifəsində  dərc olun-

muşdur. 


19-cu səhifədə verilmiş “Qalmaqdadı” qoşması isə Növrəs 

İmanındır. Bunu qocaman ustad aşıqlarımızdan Qədir  İsmayı-

lov, Mikayıl Azaflı, Yusif Yusifov və Növrəs İman yaradıcılığı-

na yaxşı bələd olan aşıq Əkbər Cəfərov təsdiq edir. 

İkinci bir tərəfdən, bu şeir R.Mehdiyevin dediyi kimi, “Bir 

zamanlar kapitalizm dünyasının qəm sapandında bulanan Usta 

Abdullanın” zəmanədən şikayəti deyil, məhz “sinəsini eşq odu” 

yandıran, buna görə  də öz taleyindən, “fələyin fitnə-felindən”, 

“müxənnətin andından” zara gəlmiş Növrəs  İmanın gileyidir. 

Doğrudur, Növrəs İmanın həyat və yaradıcılığı lazımınca tədqiq 

olunmayıb, lakin bu haqq vermir ki, el şairinin uğursuz taleyi 

ilə səsləşən və ona məxsusluğu şübhə doğurmayan bir şeiri təd-

qiqatçı başqasının adına çıxsın.  Əyanilik xatirinə Növrəs  İma-

nın şeirini oxuculara təqdim edirəm: 

 

Yenə qəm ləşkəri hücum gətirib, 



Sinəmi eşq odu qalamaqdadı. 

Hərə bir tərəfdən qılınc götürüb, 

Könlümün evini talamaqdadı. 

 

Anlamışam bu fələyin fəndini, 



Ömrümün arxının sökür bəndini. 

Çinləyib əlində qəm kəməndini, 

Atıb gərdənimə dolamaqdadı. 

 

Çalışır insanı sala fəndinə, 



İnanmıram müxənnətin andına. 


Ömrün etməyəcək vəfa dedilər 

 

279



Qoyubdu İmanı qəm sapandına, 

Atacaqdı bir gün, bulamaqdadı. 

 

“Gözəl” rədifli təcnis (səh. 67) də aşıqlar arasında Şeyda 



Əzizin adına oxunur və yuxarıda dediyimiz “Aşıqlar” kitabında 

196-cı səhifəsində də onun şeiri kimi çap olunub. 

İş o yerə çatıb ki, tərtibçi bizimlə bir dövrdə yazıb-yaradan 

müəlliflərin də şeirlərini Usta Abdullanın kitabına daxil etmiş-

dir. Kitabın 27-ci səhifəsindəki “Harda mən” başlıqlı  şeir To-

vuzda Öysüzlü təxəllüsü ilə şeirlər yazan müəllim Abbasəli Hə-

sənovun, 31-ci səhifəsindəki “Olmaz-olmaz” rədifli qoşma isə 

şair


 

Abbas


 

Abdullanındır.

 

Sonuncu müəllifin şeiri



 

ADU-nun “Le-

nin tərbiyəsi uğrunda” qəzetinin 4 yanvar 1959-cu il tarixli sa-

yında çap olunmuşdur.

 

Tərtibçi yuxarıda adını çəkdiyimiz müəl-



liflərin şeirlərində cüzi dəyişiklik eləməklə ünvanı dəyişdirmək 

istəmişdir.

 

Təbii olaraq bu



 

dəyişikliklər

 

şeirlərdə məntiq dolaşıq-



lığına, süniliyə gətirib çıxarmışdır. Bu vəziyyət Abbas Abdulla-

nın “Olmaz-olmaz” rədifli qoşmasında daha aydın nəzərə çar-

pır. Misallara müraciət edək. 

Abbas Abdullada: 

 

Tapdanıb alçalmış məhzun dağların, 



Başında yay vaxtı qar olmaz-olmaz. 

 

Usta Abdullada: 



 

Tapdanıb, alçalmış məhzun dağların, 

Yay vaxtı başında qar olmaz-olmaz.

 

 



Təbiidir ki, dağ əvvəlcə tapdanar, sonra alçalar. Üçüncü 

bəndin son beyti: 




Aydın Çobanoğlu 

 

 



280

 

Uca çinarlarda bar olmayantək, 



Namussuz sifətdə ar olmaz-olmaz. 

Kitabda: 

Uca ağaclarda bar olmayantək, 

Namussuz sifətdə ar olmaz-olmaz. 

 

Görəsən, nə vaxtdan uca ağaclarda bar olmur? Min illik 



uca ceviz ağacları var ki, barını yığıb-yığışdırmaqla qurtarmır. 

Naşirlər nəzərə almayıblar ki, bu şeir bütövlükdə ikinci 

şəxsə müraciətlə yazılıb, qeyri-müəyyən şəxsə yox. Bunun nəti-

cəsində də dördüncü bənddəki qafiyələr kitabda səhvən “gülmə-

sə”, “gəlməsə”, “bilməsə” şəklində işlənmişdir. Şeirin son, aşıq-

ların dili ilə desək, tapşırma bəndi belədir: 

 

Abbas, şeir yazıb könül fəth elə, 



Gəzib yaylaqlarda sən gülə-gülə! 

Fəqət bağlanmasan obaya, elə, 

Sözün ağızlarda car olmaz-olmaz. 

 

Usta Abdullanın kitabında şeir belə tamamlanır: 



 

– Sənətkar, sözün yaz, durma, fəth elə, 

Gəzib yaylaqları sən gülə-gülə! 

Fəqət bağlanmasan obaya, elə, 

Bil, sözün dillərdə car olmaz-olmaz. 

 

Sual olunur: nəyi fəth elə, kimi fəth elə, niyə fəth elə? 



El ədəbiyyatının xatirinə hal şəkilçilərini nadir hallarda ix-

tisara salarlar. Abdulla adı bu şeirin tapşırmasına düz gələ-gələ 




Ömrün etməyəcək vəfa dedilər 

 

281



el şairini nə məcbur edib ki, özünü belə çətinə salıb, “Sənətkar” 

təxəllüsünü işlədib? 

Təəssüf ki, kitabın tərtibçisi, eləcə də redaktorları bu sual-

lara cavab axtarmayıblar. Əgər axtarsaydılar, başqa ustad aşıq-

larımızın da neçə-neçə misrası Usta Abdullanın adına getməzdi. 

El sənətkarları  həmişə gözü, könlü tox olublar. Usta Ab-

dullanın başqasının sözünə, misrasına nə ehtiyacı?! 

   


 

 

 



 

   


 

 

 “Ədəbiyyat və incəsənət” qəzeti, 



18.08.1976 

   

 

 


Aydın Çobanoğlu 

 

 



282

 

“İŞIQLI TELLƏR” 

 

“Saz. Söz. İfaçılıq.  İlk baxışda adi görünən bu üç söz – 



xalqımızın əsrlər yara-yara zəmanəmizə gətirib çıxardığı zəngin 

mənəvi sərvətlər səlnaməsi, musiqi folklorumuzun təkamül yo-

lunun təcəssümüdür, nəticəsidir”. 

Bu sətirlər Respublikanın Əməkdar mədəniyyət işçisi aşıq 

Əkbər Cəfərovun “Gənclik” nəşriyyatı  tərəfindən çapdan çıx-

mış “İşıqlı tellər” kitabında Vilayət Rüstəmzadənin yazdığı “Ön 

söz”dən götürülmüşdür. 

Saz və söz həvəskarları  tələbələrin və  gənclərin VI 

Ümumdünya festivalının laureatı  Əkbər Cəfərovu “nadir, ya-

tımlı zil səsə malik” ifaçı, müasir aşıq sənətimizin zirvəsində 

dayanan istedadlı sənətkar kimi tanıyırlar. Bu, aşığın təvazökar-

lığından irəli gələn haldır. O həmişə el şənliklərində, konsert sa-

lonlarında, tarla əməkçiləri qarşısında görkəmli ustadlar – Qur-

bani, Tufarqanlı Abbas, Xəstə Qasım, Ələsgər, Hüseyn Bozal-

qanlı, Aşıq Nəcəf və onlarca digər böyük sənətkarlardan söz 

açır, qədim dastanlarımızı dilləndirir. Bir sözlə, bu günün tama-

şaçılarını, dinləyicilərini klassik aşıq poeziyası ilə tanış etmək-

dən doymur. Özünütəbliğ isə onun nəzərində həmişə arxa plan-

da olmuşdur. 

“İşıqlı tellər” kitabı isə “Şərəf nişanı” ordenli aşığı poezi-

ya həvəskarlarına bir saz şairi kimi, yaradıcı  aşıq kimi təqdim 

edir.  


Şair-aşığın səlis, rəvan dillə yazdığı  gəraylılar, qoşmalar, 

təcnislər, deyişmə və müxəmməslər kitabda dörd başlıq altında 

verilmişdir. 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə