Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə57/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   53   54   55   56   57   58   59   60   ...   92

Aydın Çobanoğlu 

 

 



308

 

AZƏRBAYCAN AŞIQLARI ÜMUMİTTİFAQ 

KONFRANSINDA 

 

Ana yurdumuza gənclik təravətli yaz gəlir. Torpaq da oya-



nır, təbiət də. Ruhumuza qida verən baharın ilk anlarının bir ne-

çə gününü ustadım, aşıq sənətimizin ulduzlarından biri, respub-

likanın  Əməkdar mədəniyyət işçisi, aşıq  Əkbər Cəfərovla bir-

likdə inqilab beşiyi – qəhrəman Leninqrad şəhərində keçirdik. 

Biz ora Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafi-

ya

 



İnstitutunun

 

folklor bölməsi və Xalq yaradıcılığı üzrə Ümum-



ittifaq Elmi Metodiki Mərkəzin dəvəti ilə görkəmli Sovet folk-

lorçusu


 

və musiqişünası A.Qorkovenkonun xatirəsinə həsr olun-

muş “Folklor və  gənclik” Ümumittifaq elmi-təcrübi konfran-

sında iştirak etmək üçün getmişdik. 

Yeri gəlmişkən, qeyd edək ki, institutun folklor bölməsi-

nin təşkil etdiyi bu konfrans (ilk təşəbbüsçü və təşkilatçısı mər-

hum A.Qorkovenko olmuşdur)

 

artıq



 

16-cı ildir ki,

 

 

keçirilir. Məq-



səd gənc musiqi folklorçularını üzə çıxarmaqdır. Buna görə Le-

ninqrada ölkəmizin hər yerindən gənc folklorçular dəvət olun-

muşdular. Konfransın  əsas xüsusiyyətlərindən biri də xalq ifa-

çılarının bu işə cəlb olunmasıdır. 

İnamla deyə bilərik ki, Azərbaycan folklorçuları bu kon-

franslarda öz yerlərini çoxdan tutmuş və möhkəmlətmişlər. Özü 

də bu Ümumittifaq tədbirində  çıxış etmək Leninqrad folklor 

məktəbinə daxil olmaq üçün bir növ vizit vərəqəsinə çevrilmiş-

dir, desək, fikrimizdə yanılmarıq. Həqiqətən, vaxtilə konfransın 

işində iştirak edənlərin bir çoxu sonralar LDTM və Kİ-nun as-

pirantları olmuşlar. Onların arasında T.Kərimovanın, A.Ziyatlı-



Ömrün etməyəcək vəfa dedilər 

 

309



nın, F.Çələbiyevin, C.Mahmudovanın və başqalarının adlarını 

inamla çəkmək olar. Elə bu ilki tədbirə  aşıqlarımızın dəvət 

olunmasının təşəbbüskarı da məhz F.Çələbiyev və T.Kərimova 

olmuşdur. 

Azərbaycan xalq musiqisi həmişə tamaşaçılarda böyük 

maraq doğurmuşdur. Məhz buna görədir ki, “Yaşıl zalda gecə-

lər” adlı silsilə konsertlərdə LDTM və Kİ folklor bölməsinin as-

pirantı, həmyerlimiz, istedadlı tarzən Faiq Çələbiyevin ifasında 

Azərbaycan muğamları dəfələrlə tamaşaçıları heyrətdə qoymuş-

dur. Bu, özlüyündə tədqiqatçıların Azərbaycan musiqi mədəniy-

yətinə marağının artması, Leninqrad və Bakı musiqi əlaqələri-

nin möhkəmlənməsi deməkdir. 

1987-ci ildə  sənətşünaslıq doktoru İ.İ.Zemtsovskinin mu-

siqi folklorundan mühazirə oxumaq üçün Azərbaycan Dövlət 

Konservatoriyasına dəvət olunması da bizim xalq musiqimiz sa-

həsində böyük

 

əhəmiyyət



 

kəsb


 

 

etmişdir.



 

Bu gəlişində

 

nəfəsli 


xalq

 

musiqi



 

alətləri


 

 



aşıq

 

musiqisi



 

ilə


 

yaxından


 

tanış


 

olan 


İ.İ.Zemtsovski Azərbaycan musiqisi haqda

 

təsəvvürlərini



 

daha 


da

 

dərinləşdirdi.



 

Mən


 

 



onunla

 

elə



 

həmin


 

vaxt şəxsən

 

tanış


 

oldum. 


Mənim sevincim sevincə qarışmışdı. Bir tərəfdən yazın 

gəlişi, doğma respublikamızın yaxınlaşmaqda olan ad günü və 

digər tərəfdən də ustadımla birgə belə bir mötəbər məclisdə qə-

dim xalq musiqimizi təmsil etmək. 

Bütün qardaş respublikaları, vilayətləri təmsil edən yüz-

dən çox folklorçu musiqişünas, musiqi tənqidçiləri regiondakı 

Bəstəkarların Yaradıcılıq Evinə toplaşmışdılar. Konfransı giriş 

sözü ilə Azərbaycan xalq musiqisinin yaxın dostu, LDTM və Kİ 

folklor bölməsinin professoru, sənətşünaslıq doktoru İ.İ.Zemt-

sovski açdı. Alim qeyd etdi ki, növbəti 16-cı konfransın diqqət 




Aydın Çobanoğlu 

 

 



310

mərkəzində “Folklor

 

üslubiyyətinin



 

təkmilləşməsində

 

musiqi ifa-



çısının rolu” problemi durur. 

İşgüzar şəraitdə keçən beş gün ərzində otuz məruzə dillə-

nildi, onlarca konsert-söhbətlər keçirildi, institutun tədris teat-

rında konsert verildi, müzakirə və diskusiyalar oldu. 

Mən konfransda “Aşıq sənətinin öyrənilməsi yolları haq-

qında” məruzə etdim. Bu xüsusda qədim sənəti kimdən və necə 

qəbul etdiyimdən və onu gənclərimizə necə öyrətməyimdən da-

nışdım. Aşıq  Əkbərin yaradıcılıq portretindən,  şəxsiyyətindən, 

ifaçılıq xüsusiyyətlərindən söhbət açdım. Yeri gəldikcə  aşığın 

özünə müraciət edirdim və o öz məlahətli səsi ilə, yüksək ifaçı-

lıq məharəti ilə dediklərimi təsdiq

 

edirdi.



 

Bizim


 

ustad-şagird mü-

nasibətlərimizdən riqqətə  gələn Sverdlovski Konservatoriyası-

nın müəllimi folklorşünas N.K.Velijevanın mənim məruzəmdən 

sonra söylədiyi sözləri bu məqamda xatırlatmaq yerinə düşərdi: 

“Arzu edirəm ki, Siz öz şagirdlərinizə musiqidə  və  həyatda 

Ustadınız kimi ustad olasınız!” 

Fasilədən sonra saat yarım konsert-söhbət keçirtdik. Mən 

burada sazın mənşəyi, quruluşu, kökləri və aşıq sənətimiz haqda 

müxtəsər məlumatlar verdim, onun imkanlarından danışdım. 

“Yanıq Kərəmi” havası ilə bağlı izahatdan sonra həmin havanı 

çaldım. Aşıq Əkbər “Qəhrəmanı” havasında özünün Odlar Yur-

du Azərbaycana həsr etdiyi “Gözəldir” qoşmasını  və bir neçə 

oynaq hava oxuduqdan sonra “Koroğlunun durna teli” səfərin-

dən bir parça söylədi. “Misri” və “Cəngi”, Koroğlunun hayı, ha-

rayı hamını heyran qoydu. Əlbəttə, mən ustadın deyib danışdı-

ğını tamaşaçılara tərcümə edirdim.

 

Konsert-söhbəti aşıqlığın əsil 



qayda-qanununa uyğun şəkildə –

 

hər ikimizin ifasında



 

“Müxəm-


məs”lə yekunlaşdırdıq. Konfransın yekunları barədə danışarkən 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə