Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə65/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   61   62   63   64   65   66   67   68   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

339



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



MÖSAHÈBßLßR 


Aydın Çobanoğlu 

 

 



340

 

 



 


Ömrün etməyəcək vəfa dedilər 

 

341



 

 

 



 

 

 



 

 

Xalq istedadları 



AŞIQ AYDIN 

 

İş

 



günü

 

təzəcə



 

başlanmışdı.

 

Qarabuğdayı bir



 

oğlan


 

icazə


 

alıb 


içəri

 

gəldi.



 

Əlindəki


 

sazdan,


 

başındakı

 

buxara


 

papaqdan


 

aşıq


 

oldu-


ğu bilinirdi.

 

Tanış olduq.



 

Aydın Musayev idi.

 

O,

 



rayon

 

Mədəniy-



yət Şöbəsində çalışır,

 

həm



 

 



qiyabi

 

yolla



 

S.M.Kirov

 

adına ADU-



nun filologiya fakültəsində təhsil alır. 

Aydın Tovuz rayonunda, – saz-söz sənətinin geniş yayıldı-

ğı bir eldə, Dədə Qorqud soraqlı, Qurbaninin nişanəsi, Ələsgə-

rin yadigarı, Şəmşirin yaxın sirdaşı sehirli sazı dinləyə-dinləyə 

boya-başa çatmışdır. Aydın dedi: 

– Atam Çoban ömrünün yarıdan çoxunu saza bağlamışdır. 

Onun çaldığı “Qəhramani”, “Qaraçı”, “Keşişoğlu” və “Misri”yə 

qulaq asanda doymaq bilmirəm. 



– Uşaqlıqdan evdə saz görmüsən. Yəqin ki, saza vur-

ğunluğun da ondan yaranıb. 

– Bizim tərəflərdə hansı evə getsən, saz görərsən. Yeddi il 

bundan əvvəl sazla ünsiyyət bağladım. “Cəlili” və “Misri”ni bi-

rinci dəfə özüm çalanda uçmağa qanadım yox idi. 



– Havaların hansı sənə əzizdir? 

– Hamısı doğmadır. Əgər “Dilqəmi”də,

 

“Yanıq Kərəmi”də 



həsrət güclüdürsə, “Misri”də Koroğlu qüdrəti vardır. “Cəlili”də 

heyrətamiz insan gözəlliyi cəmləşmişdir. “Baş dübeyti”, “Baş 

sarıtel” havalarında təbiət gözəlliyi, həyat sevgisi tərənnüm edi-

lir. “Baş müxəmməs”də iki həsrətli qovuşur. 



– El sənətkarlarından kimi özünə ustad hesab edirsən? 

– Bir şəyird kimi ustada qulluq etməsəm də görkəmli sə-

nətkarlarımız aşıq Mikayıl Azaflı, VI Ümumdünya Festivalının 



Aydın Çobanoğlu 

 

 



342

Laureatı aşıq Əkbər Cəfərov və Ümumittifaq Festivalı Laureatı 

Müseyib Abbasovun faydalı məsləhətlərini unutmuram. 

– Klassik poeziyada kimləri sevirsən? 

– Abbas Tufarqanlının, Xəstə Qasımın qıfılbəndləri,

 

bağla-


maları, Sarı Aşığın bayatıları, Ələsgərin gözəlləmələri, Hüseyn 

Bozalqanlının məğrur deyişmələri mənim üçün həmişə əzizdir. 

Aydın dörd ildir ki, Azərbaycan Dövlət Filarmoniyasının 

səhnəsində peşəkar aşıqlarla bərabər çıxış edir. Dəfələrlə radio-

da, televiziya ekranında və rayonumuzun əməkçiləri qarşısında 

konsert verir. Zəhmətkeşlərin Ümumittifaq Bədii Özfəaliyyət 

Yaradıcılığı Festivalının ikinci mərhələsində (zona baxışında) 

laureat adına, Respublika müsabiqəsinin üçüncü mərhələsində 

isə ikinci dərəcəli diploma layiq görülmüşdür. 

Aydın ara-sıra bədii yaradıcılıqla da məşğul olur. Aşağıda 

onun bir qoşa yarpaq qoşmasını dərc edirik. 

 

Bir Leyli misaldı, Tərlan xəyaldı, 



Bülbüllü bağlarda güldü bəxtəvər. 

Dağlarda maraldı, ağ üzdə xaldı, 

Bahar vaxtı coşan seldi bəxtəvər. 

 

Qaşını oynatdı, oxunu atdı, 



Nazla qəmzə satdı, qanlara batdı. 

Görüşü yubatdı, xalqı oyatdı, 

Özü öz günahın bildi bəxtəvər. 

 

Telə şana taxdı, həm həna yaxdı, 



Pünhan-pünhan baxdı, odlara yaxdı. 

Mən dedim – “Nahaqdı”. O dedi – “Haqdı”. 

Dönüb çiyni üstdən güldü bəxtəvər. 



Ömrün etməyəcək vəfa dedilər 

 

343



 

Naz ilə sallandı, yanaq allandı, 

Mehriban dilləndi, dodaq ballandı. 

Örpəyi yelləndi, evə yollandı, 

Aydını dərdlərə saldı bəxtəvər. 

 

“Abşeron” qəzeti, 



 15.03.1977 


Aydın Çobanoğlu 

 

 



344

 

İNCƏGÜLÜ” 



II RESPUBLİKA XALQ YARADICILIĞI FESTİVALI 

 

Məşhur


 

Aşıq


 

Avdının xəyalına

 

da

 



gəlməzdi

 

ki,



 

Respublika 

Aşıqlar

 

Birliyinin



 

nəzdində


 

təşkil


 

olunmuş yeni

 

ansambl


 

onun 


“İncəgülü” rədifli qoşmasının adını daşıyacaq. 

Yarandığı vaxtdan az müddət keçməsinə baxmayaraq, “İncə-

gülü” öz çıxışları ilə rəğbət qazanmış, könülləri oxşamışdır. 

II Respublika Xalq Yaradıcılığı Festivalının açılışında an-

samblın üzvlərindən Solmaz Kosayeva, Kifayət Mahmudova və 

Nəcibə Hüseynova müvəffəqiyyətlə çıxış ediblər. 

Ansamblın üzvləri qızlardan ibarətdir. Onların bəziləri ilk 

addımlarını atırlar. Bakıdakı Bülbül adına orta ixtisas musiqi mək-

təbinin şagirdi Pəri Həsənova belələrindəndir. Pəri deyir ki, atası 

aşıq Məhəbbətin yolunu davam etdirəcək və “İncəgülü” ansamblı 

onun üçün bir növ məktəb olacaq. 

11 yaşlı Aygün Musayeva da ansamblın istedadlı üzv-lərin-

dəndir. Onun oxuduğu mahnılar xoşa gəlir. 

Ansamblın rəhbəri aşıq Aydın Musayevdir. O, Polşada keçi-

rilən XI Ümumdünya Folklor Festivalının iştirakçısıdır. Aydın 

deyir: 


– Hazırda biz yeni repertuar – “Alı xan və Pəri xanım” das-

tanı üzərində çalışırıq. Aşıqlar ansamblının ifa etdiyi bu dastanda 

Azərbaycan qadınlarının sədaqət, etibar, gözəllik, vüqarlılıq, ye-

nilməzlik kimi keyfiyyətləri tərənnüm olunur. 

Biz məşhur qadın aşıqlarından Pəri, Nabat və Bəstinin şeirlə-

rindən ibarət proqram da hazırlayırıq. 

Gələcəkdə bir sıra dastanları öz repertuarımıza daxil edəcə-

yik. Bu, təsadüfi deyil. Biz “İncəgülü” aşıqlar ansamblını gələcək-




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə