Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə63/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   59   60   61   62   63   64   65   66   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

331



fovdan dərs alıb. Kamandar Əfəndiyev Aşıq Sadıq dərsi keçib. 

Uzun illər saz havalarının bənzərsiz ifaçısı  mərhum ustadımız 

Əmrah Gülməmmədovla çiyin-çiyinə neçə-neçə toyları, el-oba 

şənliklərini birgə yola salıblar. Hər iki aşıq öz növbəsində bir 

sıra cavanlara layiqli ustad olub. İdris Alakollu, Hacı Abdıyev, 

Nizami Gədəbəyli Mikayıl Azaflının, Səməd Gürzəliyev, Aşıq 

Ziyəddin, Aşıq Sayad Kamandarın yetirmələridir.  Şagirdlərin 

siyahısını xeyli uzadaraq bu siyahıya hər ustadın neçə-neçə 

doğma övladlarını iftixar hissi ilə  əlavə etmək olar. Hər biri 

müxtəlif ixtisas və peşə üzrə ali və orta ixtisas təhsilli olan bu 

cavanlar həm də atalarının sənət yolunu həvəslə davam etdirir-

lər. Sənətsevərlərimizə Dilarə  və Gülarə Azaflıların, Cavanşir 

Kamandaroğlunun adları yaxşı tanışdır. 

Mikayıl Azaflı  və Kamandar Əfəndiyev 40 ildən artıqdır 

ki,

 

yorulmaq bilmədən çalıb-çağırır,



 

xalqımızın tükənməz mənə-

vi dünyasını daha da zənginləşdirir. Azərbaycanın və qonşu res-

publikaların saz-söz soraqlı rayonlarının uşaqdan böyüyə yaxşı 

tanıdığı bu sənətkarlar ölkəmizin hüdudlarından kənarda da bö-

yük şöhrət qazanmışlar. İndi biz onların səsini, şeirlərini

 

Türki-


yə,

 

Tehran və Təbriz radiolarından eşidirik.



 

Həm öz ifalarında, 

həm də yerli aşıqların ifasında. 

Fikrimizin əyani sübutu üçün təkcə onu demək kifayətdir 

ki, ötən il Türkiyədə Mikayıl Azaflının “Qoca Qartal” adlı kita-

bı nəfis şəkildə çap olunub. 

Dəfələrlə məclislərində, konsertlərində olduğum, görüşlə-

rində  iştirak etdiyim bu sənətkarlar qiymətli xəzinəmiz olan 

dastanlarımızın, qədim saz havalarımızın mahir biliciləri və ifa-

çıları olmaqla yanaşı, həm də yeni, müasir dastanlar və saz ha-

vaları yaratmışlar. Kamandarın “Fəxri” və Azaflının “Azaflı dü-



Aydın Çobanoğlu 

 

 



332

beytisi” (“Qoca Qartal”) havaları aşıqlar bir yana, xanəndələri-

mizin də dilindən düşmür. 

Hər iki aşıq şeir yaradıcılığına xüsusi fikir verir. Hərəsinin 

bir şeirlər kitabı “Yazıçı” nəşriyyatı tərəfindən çap

 

olunub: “Qo-



ca Qartal” (1987) və “Borçalı laylası” (1989). Aşıq şeirinin de-

mək olar ki, bütün növlərində özlərini sınayıb, atlarını çapıblar 

bu ustadlar. Professor V.Vəliyevin araşdırmasına görə təcnisin 

29 formasına Azaflı yaradıcılığında rast gəlmək mümkündür. 

Mayasını gözəllikdən, həqiqətdən və məhəbbətdən alan bu 

şeirləri oxumaq, dinləmək həmişə xoşdur. 

Mikayıl Azaflı: 

 

Səbrim tükənibdir səbr eləməkdən, 



Yorulub baxmaqdan yola gözlərim. 

Bir səni axtarır, bir də gəncliyi, 

Boylandıqca sağa, sola gözlərim. 

 

Kamandar Ceyhun: 



 

İstəyirəm, a tərlanım, 

Gündə yüz yol görəm səni! 

Sağ gözümdən sol gözümə, 

Müjdə alıb verəm səni. 

 

Göründüyü kimi hər iki aşıq həm də kamil şairdir. Lakin 



bircə

 

fərqi var: M.Azaflının



 

aşıqlığı


 

şairliyindən,

 

Kamandar Cey-



hunun şairliyi isə aşıqlığından doğmuşdur. Bu mənim şəxsi fik-

rimdir. 


Ömürlərinin daha müdrik, daha kamil, ixtiyar çağlarını ya-

şayan bu ustad aşıqlar haqqında çox deyilib, çox yazılıb. Nə qə-




Ömrün etməyəcək vəfa dedilər 

 

333



dər yazılsa da azdır. (Əslində yazılmasa da, deyilməsə də qor-

xusu yoxdur. Sağ olsun respublika televiziyası və radiosu! Us-

tadlar bu minbərdən hamıya özləri haqda çox deyilməmiş  və 

deyilməyəcəkləri

 

demişlər.



 

Lakin,


 

tarixin


 

silinməz


 

yaddaşını zən-

ginləşdirmək naminə, haqq-ədalət naminə  hələ çox sənətkarın 

həyat və yaradıcılıq səhifələri yazılmalıdır). 

Ustadlar sənətin gələcəyi – sazın tədrisi, milli aşıq geyim-

ləri haqda da narahatlıq hissi keçirirlər. Bu narahatlığın əsas ün-

vanlarından biri Azərbaycan Aşıqlar Birliyidir. Güman edirəm 

ki, yaxın gələcəkdə birlik bu sahələrdə inamlı addımlar atmağa 

müvəffəq olacaqdır. 

“Qoşa taleli iki dünya” haqqında fikirlərimizi tamamlayar-

kən şair Zəlimxan Yaqubun iki misrasını xatırlatmaq istəyirəm. 

 

Qiymət sənətkara düz veriləndə, 



Mükafat özü də mükafat aldı. 

 

Fürsətdən istifadə edib minlərlə  sənətsevərlərə qoşularaq 



hər iki ustadı layiq olduğu fəxri adı almaları münasibətilə təbrik 

edir, uzun ömür, can sağlığı, daha böyük yaradıcılıq uğurları di-

ləyir və deyirik: – “Sağ əliniz fəxri adlara layiq digər sənətkar-

ların başına, ustadlar!” 

   

 

 



 

 

 



 

 

 



 

 

 

 

 “Kommunist” 

qəzeti, 

04.10.1989 


Aydın Çobanoğlu 

 

 



334

 

TƏNTƏNƏLİ YUBİLEY GECƏSİ 



 

Bu günlərdə Tovuz rayon Mədəniyyət Evində el şairi Hə-

sən Mülkülünün anadan olmasının 85 illiyinə həsr olunmuş tən-

tənəli ədəbi-bədii gecə keçirildi. 

Azərbaycan

 

Aşıqlar Birliyinin,



 

Tovuz rayon Partiya Komi-

təsinin

 



 

rayon


 

gənclərinin

 

Yaradıcılıq Evinin birgə



 

keçirdiyi bu 

tədbirin iştirakçıları əvvəlcə məşhur ustad aşıqlarımız olan Hü-

seyn


 

Bozalqanlının,

 

Xəyyat


 

Mirzənin,

 

Şair


 

Vəlinin,


 

Mirzə Bay-

ramovun, Əsəd Rzayevin, Aşıq Nəcəfin məzarı üstünə tər

 

çiçək-



lər qoyub, onların əziz xatirəsini yad etdilər. Bu günlərdə vəfat 

etmiş  Şıxlı  Dərya

 

Məhəmmədin



 

 



aşıq

 

Paşa  Əsədovun



 

xatirəsi 

də bir dəqiqəlik sükutla yad olundu. 

Gecəni idarə edən gənclərin Yaradıcılıq Evinin direktoru, şair 

Telman Tovuzlu yubilyarın həyat və yaradıcılığından ətraflı söhbət 

açdı. 


Azərbaycan Aşıqlar

 

Birliyinin



 

sədri,


 

Xalq şairi

 

Hüseyn Arif 



istedadlı el şairi haqqında ürək sözlərini dedi,

 

uzun illər



 

səmərəli 

fəaliyyətinə

 



 

aşıq


 

poeziyasının

 

təbliğində



 

 



inkişafında

 

xidmət-



lərinə

 

görə



 

ona


 

Birliyin


 

Fəxri


 

Fərmanını

 



 



qiymətli

 

hədiyyə 



təqdim etdi. 

Daha sonra aşıqlardan Əkbər Cəfərov,

 

Mikayıl Azaflı, Ay-



dın Çobanoğlu (yəni mən), Əlixan Niftalıyev, Hüseyn Xaloğlu, 

İmran Həsənov,  şairlərdən  İbrahim  Əsrikli və Yaşar Göysulu 

yubilyara həsr etdikləri yeni şeirlərini söylədilər, eyni zamanda 

onun şeirlərindən oxudular. Sazla sözün vəhdəti gecənin iştirak-

çılarına yüksək əhval-ruhiyyə bəxş etdi. 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə