Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə66/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   62   63   64   65   66   67   68   69   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

345



də dastan teatrına çevirmək fikrindəyik. Bu, çətin olduğu qədər də 

şərəfli bir işdir. 

“İncəgülü” ansamblının ilk qədəmləri uğurludur. Bu ansam-

blı yeni çıxışlar, yeni baxışlar, yeni uğurlar gözləyir. Bu yolda 

“İncəgülü”nə uğurlar arzulayırıq. 

 

Kamilə AXUNDOVA 



   

 

 

 

“Azərbaycan gəncləri” qəzeti, 

   

 

 

 

 

 

13.05.1986 


Aydın Çobanoğlu 

 

 



346

 

SEVGİ GƏLİR QƏLBİMİZƏ 



 

 El sənətini yaşadanlar 

 

Saz səsi. Ulu sənətimizin müqəddəs xatirəsi. Məhəbbətin 



hicranlı günlərinin təsəllisi. Sevgi dolu bir ürəyin həzin nəğ-

məsi, həyat adlı bir hikməti dərk edənin hafizəsi. 

Saz səsi eşidəndə sevgi gəlir qəlbimizə. Anaya sevgi, Və-

tənə sevgi, ürəyimizdə yaşayanlara sevgi. Saz səsində böyüyü-

rük, ülviyyətə qayıdırıq. 

Hər dəfə Aşıq Aydın bu ecazkar səsi qəlbimizə axıdanda 

vüsətli, mənalı duyğular aləminə qovuşur, kamil, parlaq, ülvi 

anları yaşayır, onların şeiriyyətinə qayıdırıq. Qüvvə zəifliyi, ira-

də tərəddüdü, fədakarlıq qorxunu əvəz edir. Möhtəşəm saz səsi 

bizi hikmət, məna bulaqlarına gətirib çıxarır. 

Aşıq Aydın saz çalır. Dinləyicilərin nəzəri səhnəyə dikilir. 

Aşığın gözlərində bir məna, duruşunda əzəmət və təmkin oxu-

nur. Kədərin, nakam məhəbbətin fəryadı “Yanıq Kərəmi” onun 

sazında təzədən doğulur.  İnam məcrasına sığmayan bir çılğın-

lıq, atəşin etiraz ifadə edir. Qəm, iztirab sədaları ətrafa yayılır. 

Kərəmin kədəri dözülməz bir ağrıya çevrilir, şiddətlənir və 

məcrasına sığmır. Saz havasının heyrətindən insan xəyalı səma-

nın  əlçatmaz yüksəkliyinə can atır. Aşıq elə ustalıqla çalır ki, 

cavanın da, qocanın da qəlbindən gəncliyin, coşğunluğun, mə-

həbbətə vurğunluğun munis sədaları səslənir. 

Sazı dilləndirmək asan deyil. Qəlbin atəşi, ürəyin odudur 

sazı dilləndirmək. Elə buna görə  də  Aşıq Aydın saz çalanda 

adamda yalnız hisslər axını yox, eyni zamanda dərin düşüncələr 

aləmi yaradır. Musiqinin böyüklüyündən hissimizlə düşüncəmiz 

birləşir. Çünki Aydının çaldığı saz havaları emosional hadisə 



Ömrün etməyəcək vəfa dedilər 

 

347



kimi yox, etirazların güclü zəka vasitəsilə nizama salınması 

kimi meydana çıxır. Bir-birini əvəz edən, tamamlayan, qızğın 

ahənglər silsiləsi narahatlığın coşğun, etirazın məcraya sığma-

yan qüdrətini ifadə edir. Saz havalarından hiss, qadir qüdrət qı-

ğılcımları qopur. 

Məhəbbət, sevinc, vəcd, heyrət, qəm kimi hissləri ifadə 

edən saz havaları olduqca çoxcəhətli assosiasiyalar axını yara-

dır. Axı, Aydın sənətinin vurğunu kimi bu axını məcrasına yö-

nəltməyi bacarır. O, saz çalarkən adamın gözü qarşısından müx-

təlif hadisələr gəlib-keçir. Lakin aşığın sənət yanğısı nəticəsində 

bu hadisələr bir ahəng vasitəsilə qəlbimizdə vahidləşir. Musiqi 

nidaları qəribə bir çılğınlıqla pərdə-pərdə yüksəlir, enir, yüksəl-

dikcə, endikcə şiddətlənir, yenidən daha möhtəşəm bir ehtirasla 

səslənir. Musiqinin ritmi, sürəti, istiqaməti və məzmunu dəyişir. 

Aşığın ustalığıdır bu, aşığın bacarığıdır bu. 

Aşıq Aydın Çobanoğlu hansı  məclisdə  çıxış etmişsə, hə-

mişə müvəffəqiyyət qazanıb. Saz-söz sənətini qiymətləndirən 

dinləyici məhəbbətin nəsibi olub. Bu yaxınlarda SSRİ Xalq Tə-

sərrüfatı Nailiyyətləri Sərgisində Böyük Oktyabr Sosialist İnqi-

labının 70 illiyinə həsr edilmiş II Ümumittifaq Xalq Yaradıcılı-

ğı Festivalında iştirak edib. Xalq yaradıcılığı və mədəni-maarif 

işləri üzrə Respublika Elmi Metodiki Mərkəzinin “Gülüstan” 

folklor teatrının tərkibində Aydın Çobanoğlu paytaxt zəhmət-

keşləri qarşısında aşıq sənətimizi təmsil edib. 

Sentyabrın 13-dən 22-dək Aydın Çobanoğlu M.V.Lomo-

nosov adına Moskva Dövlət Universiteti, Moskva Dövlət Səna-

ye Tikinti Layihəsi İnstitutu tələbələri, Moskva Kauçuk İstehsa-

lat Birliyi əməkçiləri qarşısında öz sazının ecazkar səsi ilə neçə-

neçə qəlbi oxşayıb. Ən çox Vətən, partiya və Azərbaycan haq-

qında mahnılar oxuyub. 




Aydın Çobanoğlu 

 

 



348

Ümumittifaq Lenin Komsomolu adına Moskva Avtomobil 

Zavodunun Mədəniyyət Sarayında festivalda fərqlənən bir qrup 

incəsənət işçisinə mükafatlar təqdim olundu. Aşıq Aydın festi-

valın laureat medalına layiq görüldü. 

O, daim arayıb-axtaran sənətkardır. Özünün çoxlu şeirləri, 

qoşmaları var. “Səyyadı”, “Çobanoğlu”, “Ana laylası”, “Niya-

zi” və “Aygün” kimi saz havalarını bəstələyib. 

Aşıq Aydın folklorumuzun tədqiqi ilə də məşğul olur, ye-

ni-yeni axtarışlar aparır. “Artan tələbat qanunu və xalq yaradıcı-

lığı” mövzusunda elmi iş yazır. Qədim el sənətimizin inkişafı 

üçün daim düşünür, yeni yollar axtarır. 

O, Respublika Aşıqlar Birliyində fəaliyyət göstərən “İncə-

gülü” aşıqlar ansamblının rəhbəri və yaradıcısıdır. Ansamblın 

iki nəfər üzvü – Ulduz Quliyeva və Zülfiyyə İbadova Moskvada 

II Ümumittifaq festivalında laureat adına layiq görülüb. 

Abşeron rayonunda, eləcə də respublikamızın digər rayon-

larında “Günay” ailə ansamblının adı hamıya yaxşı tanışdır. 

Aşıq Aydın Çobanoğlunun qızları – Aygün, Aytəkin, Aytən, 

Günay, oğlu Səyyad Musayevlərdən ibarət ansambl ötən il Sülh 

fonduna 200 manat pul köçürüb. 

Elimizin, obamızın söz sənətini yaşadan aşıqla redaksiya-

da görüşdük. Aşıq sənətinin bu günü və sabahı haqqında maraq-

lı söhbət açdı. Saz havalarında biz yalnız zirvə səviyyəsinə qal-

xan duyğu və düşüncələrlə rastlaşırıq, – deyə  Aşıq Aydın Ço-

banoğlu aramla danışmağa başladı. – “Misri”də, “Qəmərca-

nı”da hiss, fikir sadə təhlil, təsdiq edilmir, daha yüksək səviyyə-

yə qaldırılaraq yenidən yaradılır. Saz havaları vasitəsilə demək 

istəyirəm ki, həyat tək sevinc, tək qəm, tək fərəh deyil, onların 

vəhdətidir. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə