Aydın Çobanoğlu
374
Sensizlik deyirem, sensizlik niye?!
Ruhun ocağımın keşiyindedir.
Mene söylediğin her bir nesihet
Balamın laylalı beşiyindedir.
Deyirdin, od olma, özün yanarsan,
İşıq ol, nurlandır qaranlıqları.
Bir nişane qalsın her emelinden,
Qur, yarat, abad et viranlıqları.
Oğul, soyadını yaşat, deyerdin!
Onda babaların ruhu şad olar.
Adımı adlarda daşıt, deyerdin,
Ocaq bereketli, yurd abad olar.
Nefesin evimin her bucağında,
Dağımda, daşımda, bulağımdadır.
Köç günü son sözün, son vesiyyetin
Sırğa tek ömürlük qulağımdadır.
“Menim kimi köçsün hamı dünyadan,
Nə ağla, ay oğul, ne kes sebrini!
Atalar görməsin oğul dağını,
Kaş, neveler qazsın baba qebrini”!
Sözünden güc alıb, nuru zülmete,
Sevinci kedere daşıdacağam.
Çobanoğlu deyə bu günden bele
Adını adımda yaşadacağam.
İrfan ÜNVER
NASRATTINOĞLU
“Kocatepe”
qazetesi,
17-21.02.1990
Aydın Çobanoğlu
378
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti
Filologiya fakültəsinin VI kurs tələbəsi Aydın Çoban
oğlu Musayevin “Aşıq Nəcəfin həyat və yaradıcılığı”
mövzusunda diplom işinə
R Ə Y
Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmanlıqla döyü-
şən, ağır yaradan sonra bir gözünü itirən aşıq-şair Nəcəfin yaradı-
cılığı az öyrənilmişdir. Gözəl şeirləri, təcnis və gözəlləmələri dil-
lər əzəbəri olan bu sənətkarın həyat və yaradıcılığı ilə hələ II kurs
tələbəsi olarkən maraqlanan Aydın Musayev bizim göstərişimizlə
aşığın şeirlərini toplamağa başlamış, əsərləri haqında mətbuatda
çıxış etmişdir. Bu gün müdafiəyə təqdim olunan diplom işinin tə-
məli məhz həmin illərdə qoyulmuşdur. Diplom işi giriş, üç fəsil və
böyük bir əlavədən ibarətdir. Aydın Musayev Aşıq Nəcəfin həya-
tını öyrənmiş, gənclik illərində bir çox şeirlərin yaranma tarixini
müəyyənləşdirmişdir. Qeyd etdiyimiz dəlillər diplom işinin I fəs-
lində cəmlənmişdir.
Aşıq sənətinə yaxından bələd olan, bilavasitə saz çalmağı bi-
lən və aşıqlıq edən müəllif Aşıq Nəcəfin şeirlərinin təhlilində öz
məharətini göstərmişdir. Aşığın çap olunan şeirlərində ciddi qü-
surlar tapmış, böyük bir cədvəl tərtib etmiş, düzəlişlər vermişdir.
Diplomçunun qeydləri əsasən düzdür.
Diplom işinə əlavə olunmuş şeirlər diplomçu tərəfindən
müxtəlif illərdə aşığın döyüş yoldaşlarından, müasirlərindən, qo-
humlarından, ustad aşıqlardan toplanmışdır. Şeirlərin bəzisi 1929-
1945-ci illər arasında ayrı-ayrı almanaxlarda, kitablarda, qəzet və
jurnallarda dərc olunmuşdur. Həmin şeirlər 1979-cu ildə “Gənc-
lik” nəşriyyatının buraxdığı “Əlimərdanlı Aşıq Nəcəf” adlı kitaba
Ömrün etməyəcək vəfa dedilər
379
salınmadığına görə burada verilməsini lazım bilirik. Bəzi şeirlər
bir neçə yerdə çap olunsa da, onlardan ancaq biri göstərilmişdir.
Şeirlərin böyük əksəriyyəti hələ çap olunmamışdır.
Aydın Musayev aşıq poeziyasına mükəmməl bələddir, ustad
sənətkarların qoşma və gəraylılarını, ustadnamələrini əzbər bilir.
Xalq şeirinin şəkli xüsusiyyətləri, bir çox saz havaları və təcnis
növlərinin yaranma tarixini müəyyənləşdirməkdə axtarışlar aparır.
Bu haqda irəli sürdüyü fikir və mülahizələrin bəziləri diplom işin-
də öz əksini tapmışdır. Diplomçunun dili sadə, fikri aydın, gəldiyi
elmi nəticə doğrudur.
Diplom işi üzərində dörd ildən artıq əmək sərf edən Aydın
Musayevin zəhməti hədər getməmiş, yaxşı bir əsər yazmışdır.
Diplomçu Aşıq Nəcəfin yüzə yaxın şeirini toplamış, onları nəşriy-
yata təqdim etmişdir.
“Aşıq Nəcəfin həyat və yaradıcılığı” mövzusunda diplom
işini ən yaxşı tələbə tədqiqatı kimi müdafiə olunmağa layiq hesab
edirəm.
ELMİ RƏHBƏR
V.VƏLİYEV
Filologiya elmləri doktoru, professor