Aydın Çobanoğlu
380
G İ R İ Ş
Azərbaycan şifahi xalq ədəbiyyatının ən mühüm və aparıcı
qollarından biri aşıq yaradıcılığı, aşıq poeziyasıdır. Çox qədim və
zəngin tarixə malik olan bu poeziya xalqın tarixi keçmişi ilə sıx
surətdə bağlı olmaqla yanaşı, demək olar ki, bütün adət-ənənələri,
ən başlıcası, milli keyfiyyətləri özündə əks etdirmişdir. Aşıq po-
eziyasının hərəkətverici qüvvəsi aşıqlar, aşıq üslubunda yazıb-ya-
radan el şairləri olmuşlar. Onlar öz dövrlərində yaşamış insanların
psixologiyasını, maddi həyatını, mənəvi dünyagörüşlərini tərən-
nüm etmişlər. Bəziləri bir qədər keçmişə meyl etmiş, digər istedad
sahibləri isə uzaqgörənliklə gələcək günlərdən soraq vermişlər.
Böyük rəhbərimiz V.İ.Leninin dediyi kimi, bu xalq yaradıcı-
ların təfəkkür məhsulları “... bizim dövrümüzdə xalqın psixologi-
yasını öyrənmək üçün vacib və lazım olan əsil folklor nümunə-
ləridir”.
∗
Xalq şairi O.Sarıvəlli yazır: – “Alimlərimiz “Dədə Qorqud”
boylarında olan şeirləri aşıq şeirlərinin qədimi, qopuzu indiki sa-
zın ibtidai forması, ozanı isə müasir aşıqlarımızın ulu babası və sə-
ləfi hesab edirlər”.
**
Bu həqiqətən də belədir. Əlimizdə olan yazılı
məlumatlar, yaddaşlardan yaddaşlara köçürülərək bizə gəlib çıx-
mış materiallar, xalq sənəti nümunələri alimlərimizə bu fikrə, bu
qənaətə gəlməyə əsas verir. Ola bilsin ki, aşıq sənətinin kökləri da-
ha qədimdir.
X-XI əsrlərdən başlayaraq müxtəlif yaradıcılar tərəfindən in-
kişaf etdirilən aşıq poeziyası inkişaf edə-edə çoxlu ustad aşıqların,
sinədəftər el şairlərinin püxtələşib meydana çıxmasına zəmin ya-
∗
V.İ.Lenin. O literature i iskustve, M., 1967, səh.610
**
O.Sarıvəlli. Qüdrətli şair, ustad sənətkar, Bakı, Gənclik, 1971, səh.6.
Ömrün etməyəcək vəfa dedilər
381
ratmışdır. O.Sarıvəlli bu xüsusda yazır: “ – Güman etmək olarmı
ki, günlərin bir günündə dünyaya bir Aşıq Qurbani, yaxud bir
Aşıq Ələsgər gəlmiş və birdən-birə belə gözəl şeirlər demiş, belə
klassik şeir formaları yaratmışdır?! – Əlbəttə, yox! Belə bədii tə-
fəkkürə, aydın və obrazlı dilə, vəznə, qafiyəyə hakim belə kamil
sənətkar olmaq üçün, şübhəsiz ki, bunların hər birinə zəngin ədəbi
irs, ədəbi-bədii zəmin lazım idi. Məhz belə bir ədəbi-bədii zəmin
olmuşdur ki, böyük qurbanilər, abbas tufarqanlılar, daha sonra bö-
yük saz-söz ustası Ələsgər kimi sənətkarlar yetişə bilmişlər.
∗
Böyük bir ədəbi-bədii zəmin əsasında püxtələşib şifahi ədə-
biyyatımız tarixində özünə layiqli yer tutan sənətkarlarımız çox-
dur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Molla
Cümə, Aşıq Valeh, Dilqəm, Aşıq Alı, Aşıq Musa, Aşıq Hüseyn
Saraclı, Aşıq Nəcəf və başqa onlarca saz-söz ustaları aşıq poeziya-
mızın, aşıq musiqimizin inkişafına qüvvətli təkan vermişlər.
Aşıqlar və aşıq yaradıcılığı təkcə Azərbaycan alim və mütə-
fəkkirlərinin deyil, eyni zamanda sovet və dünya ədiblərinin diq-
qətini cəlb etmişdir. Aşıq şeirləri, aşıq dastanları haqda müxtəlif
fikir söyləyənlər içərisində M.Qorkinin mülahizələri maraqlıdır.
Xalq sənətkarlarına böyük hörmət və məhəbbətlə yanaşan Sovet
yazıçılarının I Ümumittifaq qurultayında demişdir: “– Mən Qaf-
qaz və Orta Asiya millətləri nümayəndələrinə dostluq məsləhəti
ilə, – bunu bir rica kimi də anlamaq olar, müraciət edirəm. Mən
bilirəm ki, təkcə mənə deyil, hamıya aşıq Süleyman Stalski sarsı-
dıcı təsir bağışladı... XX əsrin Homeri olan bu qoca Süleyman ki-
mi şeir inciləri yaradan bacarıqlı adamları qoruyun!”.
**
∗
O.Sarıvəlli. Qüdrətli şair, ustad sənətkar, Bakı, Gənclik, 1971, səh 5.
**
M.Qorki. Şura ədəbiyyatının vəzifələri, Bakı, 1935, səh.81.
Aydın Çobanoğlu
382
Aşıq poeziyası nə qədər qədim tarixə malik olsa da onun
yaddaşlardan, hafizələrdən kağıza köçürülməsi, ömrünün uzadıl-
ması işinə bir o qədər gec başlanmışdır. Xalq incilərinin yazıya
alınması ancaq Sovet hakimiyyəti illərində mümkün olmuş, geniş
vüsət almışdır. Şura hökumətinin ilk illərində yaradılmış “Azər-
baycanı tədqiq və tətəbbö” cəmiyyəti və onun folklor şöbəsində
çalışan prof. A.Baqri, H.Zeynallı, V.Xuluflu, A.Sübhanverdixa-
nov, yazıçı-dramaturq C.Məmmədquluzadə bu sahədə xeyli iş
görmüşlər.
Aşıq ədəbiyyatının toplanılıb nəşr edilməsində S.Müm-
taz, Ə.Axundov, H.Əlizadə, M.Təhmasib və digər folklorşünasla-
rın əməyini xüsusilə qeyd etmək lazımdır. Bu yoldaşlar böyük bir
igidlik və qəhrəmanlıqla, səbr və təmkinlə çoxlu aşıq şeirlərinə və
xalq dastanlarına, bayatılara ömürlük həyat vermişlər.
Ötən illər ərzində aşıq yaradıcılığı bir ədəbi proses kimi qis-
mən də olsa izlənilmiş, müxtəlif cəhətlərdən tədqiq edilmişdir. İn-
diyə qədər üç dəfə – 1928, 1938 və 1961-ci illərdə Azərbaycan
aşıqlarının qurultayları çağrılmışdır. Göründüyü kimi qurultaylar
arasında olan vaxt çox və sistemsiz olsa da, bu tədbirlər aşıqların
ictimai-siyasi həyatına qüvvətli təsir etmiş, onların dünyagörüşlə-
rinin formalaşmasında böyük rol oynamışdır. Belə ki, burada aşıq-
lar bir çox musiqi xadimləri ilə, şair və yazıçılarla, aşıq sənətini
toplayan, tədqiq edən və araşdıran alimlərlə, həm də, aşıqlarla ta-
nış olurlar. Bu tanışlıq, bu söhbətlər, şübhəsiz, onların yaradıcılığı-
na müsbət təsir göstərir. Sonuncu III qurultaydan 19 il keçməsinə
baxmayaraq, aşıqların yeni ali məclisi haqda əlaqədar təşkilatlar
nədənsə susurlar.
Prof. M.H.Təhamasib Azərbaycan xalq dastanlarını müxtə-
lif baxımdan tədqiq və təhlil edib. İndi də bu işi davam etdirmək-
dədir.
Dostları ilə paylaş: |