Ömrün etməyəcək vəfa dedilər
367
bayram
şənliklərində
aşıq
musiqisinə
yer
verilmir,
desək
yanı-
larıq.
Onu
da unutmayaq ki, biz özümüzü sazda tapmalıyıq. Mən
sazı Azərbaycan milliliyinin şəriksiz əlaməti hesab edirəm. Və
bununla
bərabər muğamlarımız, xalq mahnılarımız var. Bunların
heç birini unutmaq olmaz.
– Saz sənətinin təbliğində televiziya və radio öz imkan-
larından kifayət qədər istifadə edirmi?
– Şəxsən mən televiziyada baş verən dəyişiklikləri müsbət
qiymətləndirirəm. Təklifim budur ki, xalqımıza ruh verən aşıq
sənətçilərinə vaxtaşırı efirə çıxmaq imkanı verilsin.
– Aşıqlarımızın bir qrupu keçən il Türkiyədə qastrolda
olmuşdu. Həmin səfərin iştirakçıları arasında siz də var idi-
niz. Qədim Türk torpağında Azərbaycan aşıqları necə qar-
şılandı?
– Türkiyədə aşıq sənətinin təbliği ilə məşğul olan alimlər
etiraf edirdilər ki, saz sənəti türk dünyasında ən çox Azərbay-
canda inkişaf etmişdir.
– Aşıq ifaçılarımızı həmişə müəyyən bölgələrə görə
ayırmışıq: Borçalı aşığı, Qazax aşığı, Salyan aşığı və s. Saz
sənətinin belə bölünməsi xalqımızın mənəvi parçalanması
deyilmi?
– Azərbaycan aşıqları bölgələrdə yox, məktəblərdə qrup-
laşmışlar.
Bizdə
üç
qrup
aşıq məktəbi var:
Göyçə-Borçalı,
Gəncə-
Tovuz, Şirvan-Quba. Hər məktəbin özünə xas gözəl xüsusiyyət-
ləri olmaqla bərabər vahid məna çalarları var. Bu məktəbləri
bir-birinə qarşı qoymaq böyük səhvdir.
– Gənc aşıqlara sözünüz...
– Səs Tanrı tərəfindən verilmiş xoşbəxtlikdir, xəzinədir.
Mənə
elə gəlir ki, səs müəyyən adamlara xidmət
üçün
deyil, xalq
Aydın Çobanoğlu
368
üçün
verilib.
O
səsi
korlamaq
xalq
qarşısında cinayət işlətmək de-
məkdir. Səsdən məqsədyönlü istifadə etmək lazımdır.
–
Ənənəvi
sual:
–
Övladlarınızdan
sizin
yolu
davam etdi-
rən varmı?
– Mənim dörd qızım, bir oğlum var. Onların saza olan
meylini görüb, ailə ansamblı yaratmışıq. Ansambl kiçik qızım
Günayın adını daşıyır.
–
Ansamblınıza və sizə yaradıcılıq uğurları arzulayırıq.
Akif AŞIRLI
“7 gün” qəzeti.
Ömrün etməyəcək vəfa dedilər
369
TELLİ SAZLA TƏKLİKDƏ
1987-ci ilin aprelində təqribən eyni vaxtda həyatdan köçmüş
iki görkəmli Borçalı aşığının, – məşhur saz-söz ustaları Əmrah Gül-
məmmədovun və Hüseyn Saraclının vətəni Gürcüstanda ənənəvi
xatirə gecəsi keçirilmişdir. Artıq üçüncü ildir ki, aprel ayında Mar-
neuli rayonunun Axlı Mahmudlu kəndində və Bolnisi rayonunun
Saraclı kəndində bu saz ustalarının xatirə günləri keçirilir. Borçalı
aşıq məktəbi onların sayəsində daha da inkişaf etmiş, yeni məz-
munla zənginləşmişdir.
Azərbaycanlıların Gürcüstanda yığcam halda yaşadığı Marne-
uli, Bolnisi, Dmanisi
və Qardabani rayonlarını əhatə edən Borçalı
aşıq məktəbi keçmişdə və elə indinin özündə də bu xalq sənətinə
çoxlu məşhur şəxsiyyətlər vermişdir. Onların arasında yaxın keçmi-
şin və indinin tanınmış ustadları şair Nəbi, aşıqlardan Ağacan, İbra-
him, Sadıq Sultanov, Xındı Məmməd və başqaları vardır. Bu mək-
təbin ən əlamətdar cəhəti odur ki, dastanlar və aşıq mahnıları yalnız
sazın müşayiəti ilə, nağara-balabansız icra olunur.
Bu günlərdə öz yaradıcılıqlarında əmin-amanlığa və xeyirxah-
lığa çağırmış xalq sənətkarlarının xatirəsini yad etməyə Azərbayca-
nın bütün guşələrindən, Gürcüstandan onların istedadının pərəstiş-
karları axışıb gəlmişlər. Onların arasında şairlər və aşıqlar, folklorçu
alimlər, aşıq yaradıcılığının tədqiqatçıları da vardır.
Azərbaycan Aşıqlar Birliyi sədrinin müavini Aydın Çobanoğ-
lu Azərinformun müxbiri ilə söhbətdə demişdir:
– Bu ilki xatirə günlərində görkəmli aşıqların qəbirləri yanın-
da keçirilmiş məclislərdən, çıxışlardan savayı saz-söz ustalarının
məktəblilərlə, kənd sakinləri ilə görüşləri də olmuşdur. Azərbaycan
Aşıqlar Birliyinin Gürcüstanda Borçalı bölməsini yaratmaq niyyə-
Aydın Çobanoğlu
370
tindəyik. Bu, hər şeydən əvvəl, Borçalı aşıqlarının zəngin irsini top-
layıb ayrıca kitab halında nəşr etdirmək arzusundan irəli gəlmişdir.
Bu xalq sənətkarlarının çıxışlarının radio və video lent yazıları, ha-
belə onların əlyazmaları qorunub saxlanılır. Gürcüstanda belə bir
bölmənin yaradılması Azərbaycan aşıq yaradıcılığının ənənələrinin
davam etdirilməsinə kömək göstərəcəkdir.
“Azərbaycan gəncləri” qəzeti,
(Azərinform).