Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə70/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   66   67   68   69   70   71   72   73   ...   92

Aydın Çobanoğlu 

 

 



360

 

TELLİ SAZ ÇAĞLAYANDA 

 

Bu günlərdə bir neçə incəsənət ustası “Dostluq” cəmiy-

yətinin xətti ilə  İsveçin Falun şəhərində keçirilmiş Beynəl-

xalq Folklor musiqisi festivalında iştirak etmişdir. Müxbiri-

miz festivalın iştirakçısı Azərbaycan Aşıqlar Birliyinin sədr 

müavini Aydın Çobanoğlu ilə görüşüb müsahibə almışdır. 

–  Mən dünyanın bir çox ölkəsində olmuşam, ancaq etiraf 

edim ki, İsveçdə keçirdiyim hisslər heç birinə bənzəmir. İsveçlilə-

rin musiqisevər olduğunu eşitmişdim, amma belə təsəvvür etmir-

dim. Fikrimi izah etmək üçün bir hadisəni danışım. Stokholmdan 

Falun şəhərinə elektrik qatarı ilə getməli olduq. Yol uzundu, deyə, 

sazı köynəkdən çıxarıb köklədim. “Ruhani” maraq dolu gözlərə 

qayğılı, düşüncəli bir sakitlik gətirdi. Bir qədər keçmişdi ki, qatar 

radiosu ilə elan etdilər ki, beşinci vaqonda Azərbaycan musiqiçilə-

ri var. Dinləmək istəyənlər bu vaqona keçə bilərlər. Bir azdan bu-

rada tərpənməyə yer qalmadı. Bu, bizim İsveç torpağında ilk uğur-

lu addımımız idi. 

– Festivaldakı çıxışlarınız necə qarşılandı? 

– Beş minlik tamaşaçı auditoriyası qarşısında dörd dəfə çı-

xış etdik. İlk çıxışlarımızdan sonra şəhər Bələdiyyə rəisinin də-

vəti ilə  mərkəzi meydanda Azərbaycan təranələrinə qol-qanad 

verdik. Əməkdar artist Canəli Əkbərovun Elman Bədəlov, Va-

miq Məmmədəliyev və Vaqif Əsədovun müşayiəti ilə oxuduğu 

muğamlar, xalq mahnıları neçə-neçə isveçli qəlbinə yol tapdı, 

bir çox soyuq baxışların buzunu əritdi. Aşıq havalarına, saza 

münasibəti xüsusi qeyd etmək istəyirəm. (Ona görə yox ki, aşı-

ğam). Festivala gəlmiş dünya musiqişünaslarından bir çoxunun 

fikrincə, simli alətlər arasında saz kimi güclü, eyni zamanda zə-



Ömrün etməyəcək vəfa dedilər 

 

361



rif, harmonik və ahəngdar səsə malik ikinci bir musiqi aləti 

yoxdur. 


– Bəs, Stokholmda çıxışınız olmadımı? 

–  İki dəfə. Bütün çıxışlarımızı “Heyratı” ilə başlayıb, 

“Azərbaycan”

 

və “Qarabağ”la qurtarırdıq.



 

Yüksək tamaşaçı zöv-

qünə, mədəniyyətinə malik isveçlilərin bir cəhəti diqqətimi cəlb 

etdi. Müğənninin vəcdə gətirən zənguləsini də, musiqiçinin qəlb 

titrədən çalğısını da, hətta mübaliğəsiz olaraq deyərdim ki, son 

mizrabdan sonrakı dalğanı da diqqətlə dinləyib, yalnız bundan 

sonra alqışlayırlar. Özü də necə... 

– İsveçin “Falu Kuriren” və digər qəzetləri sizin haqqı-

nızda oxucularına geniş məlumat vermişlər. Radio və televi-

ziya ilə də çıxışınız oldumu? 

– Yekun konserti televiziya ilə translyasiya edilirdi. Hər 

bir dəstənin çıxışı üçün on dəqiqə vaxt ayrılmışdı. Ancaq bizi 

yenidən səhnəyə qaytardılar. “Qarabağ şikəstəsi”ni oxuduq. Al-

qışların gurultusu hələ də qulaqlarımdadır. İki konsertimiz radio 

və televiziya əməkdaşları  tərəfindən lentə köçürülüb. Həm də 

onların vasitəsi ilə  mən aşıq musiqisi, C.Əkbərov isə muğam 

haqda danışıb, tamaşaçı və dinləyici auditoriyasına Azərbaycan 

incəsənəti, mədəniyyəti haqda müəyyən qədər məlumat vermə-

yə çalışmışıq. 



– Ölkəmizdən gedən bütün nəğməkarlar yad ellərdə 

musiqimizi təbliğ etməklə  bərabər, Vətən həsrətli, nisgilli 

qəlblərə  də gülab səpir. Yəqin ki, siz də orada yaşayan 

azərbaycanlılarla görüşmüsünüz... 

– Bizi Stokholm təyyarə limanında birinci qarşılayan bur-

dakı

 

Azərbaycan



 

Kultur


 

Əncüməninin

 

sədri


 

Möhsün


 

Kərimi,


 

onun 


həyat

 

yoldaşı, bir də əncümənin üzvləri,



 

 



Xosrov

 



 

İsmayıl qar-

daşları

 

oldu.



 

Harda olduqsa onların qayğısını duyduq. Stokholm-

dan Faluna gəldik. Mehmanxanaya yaxınlaşanda bizi ilk qarşı-



Aydın Çobanoğlu 

 

 



362

layan


 

hardansa


 

qanadlanıb

 

uçan


 

“Azərbaycan”

 

mahnısı oldu. Şən 



təranəyə tütək dili ilə qatılmış nisgilin göydənmi, yerdənmi gəl-

diyini kəsdirə bilmədik. Səhəri öyrəndik ki, bizə musiqi dili ilə 

“gün aydın” deyən türk musiqiçisi Ziya Aytəkin imiş. Qeyd et-

mək yerinə düşərdi: – Ziya festival günlərində bir həftəlik kurs 

təşkil etmişdi. Müxtəlif ölkələrdən gəlmiş musiqiçilərə öz ar-

zularına uyğun müxtəlif zərb alətlərində çalmağı öyrədirdi. Biz 

də bu təcrübədən bəhrələnib yeri gəldikcə istifadə edə bilərik. 

– Adətən həmişə  gələcək planlardan söhbət gedir. 

Ancaq sizdən bu barədə heç nə soruşmuruq. Çünki hamı 

bilir ki, musiqinin bir məramı, məqsədi var: qəlb oxşamaq, 

sevinc bəxş etmək!.. Sizə bu yolda uğurlar diləyirik! 

 

Sabir İSMAYILOV 

“Kommunist” qəzeti, 

24.08.1989 

  

 



Ömrün etməyəcək vəfa dedilər 

 

363



 

AŞIQLAR DAŞKƏNDDƏ GÖRÜŞÜRLƏR 

 

Bu günlərdə Daşkənddə keçirilən III Ümumittifaq baxışı– 

şairlərin və xalq dastançılarının festivalının iştirakçıları  və qo-

naqları əsl Azərbaycan aşıq sənəti ilə tanış ola biləcəklər. 

Bu folklor bayramında Orta Asiyanın, Qazaxıstanın, Azər-

baycanın və Dağıstanın xalq kollektivləri iştirak edirlər. 

Respublikamızdan festivala ənənəvi xalq yaradıcılığı nö-

vünün müxtəlif məktəblərini təmsil edən doqquz aşıq yola düş-

müşdür. Qədim saz-söz sənəti bəhsləşməsində  aşıq Murad Ni-

yazlı, başda Aşıq Abbas olmaqla Gülalıyev qardaşlarının ailə 

ansamblı, dəstənin yeganə qız aşığı – aşıq Zülfiyyə İbadova öz 

məharətlərini göstərəcəklər. 

Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, aşıqlar dəstə-

sinə başçılıq edən Aydın Çobanoğlu Azərinformun müxbiri ilə 

söhbətdə demişdir: 

– Biz öz çıxışlarımızın proqramlarını  tərtib edərkən aşıq 

yaradıcılığını sinkretik sənət kimi daha çox göstərməyə çalışmı-

şıq. Aşıqlarımız tamaşaçılar və münsiflər heyəti qarşısında öz 

mahnıları ilə yanaşı sazda solo çıxışlar edəcək, epos və dastan-

lardan parçalar söyləyəcəklər. 

III Ümumittifaq baxışı – şairlər və dastançılar festivalının 

münsiflər heyəti üzvləri arasında həmyerlimiz sənətşünaslıq 

doktoru, Azərbaycan SSR Mədəniyyət Nazirliyi İncəsənət 

İdarəsinin baş inspektoru Tariyel Məmmədov da vardır. 



 

“Azərbaycan gəncləri” qəzeti, 

   

 

 

 

 

 

(Azərinform). 

21.09.1989 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə