Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə67/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   63   64   65   66   67   68   69   70   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

349



– Saz havalarının dialektik mahiyyətini nədə görürsü-

nüz? – deyə aşıqdan soruşdum. 

– Şəxsən mən bir dinləyici kimi saz havasına qulaq asanda 

qarşımdakı  aşığın müdrik həyat görmüş bir insan kimi mənalı 

bir dastan danışdığını hiss edirəm.  Əllər simə  dəyən kimi çox 

ülvi, dramatik və zəngin hadisələr, duyğular, düşüncələr gözlə-

yirsən. Tədricən saz havası bizi adi əhval-ruhiyyədən ayıraraq 

sirli və qeyri-adi hisslər axınına qovuşdurur. Vüsal gəlir qəlbi-

mizə. Sazın səsində gərginlik yaranır, artır, şiddətlənir və sona 

çatarkən yenə əvvəlki ahəng eşidilir. Bax, burada biz saz hava-

sının dialektik mahiyyəti ilə rastlaşırıq.  



– Ömrünüzü, taleyinizi bağladığınız sazla indi nəyə ha-

zırlaşırsız? – deyə ənənəvi sual verdim. 

– Abşeron rayon Mədəniyyət Sarayında “Günay” ailə an-

samblı ilə birlikdə Böyük Oktyabr Sosialist İnqilabının 70 illiyi-

nə həsr olunmuş saz-söz məclisinə hazırlaşırıq. 

... Aydın Çobanoğlu saz çalır. Yenə  də “Yanıq Kərə-

mi”nin fəryadı eşidilir. Nakam məhəbbətin yeni boyaları, xalla-

rı və mənaları ilə rastlaşırıq. Musiqi bir-birini əvəz edir. Ahəng-

lər tündləşir, incələşir, gərginləşir. Məhəbbət dastanını biz səhi-

fə-səhifə  vərəqləyir, onun hər nöqtəsinin, hər vergülünün ülvi 

mənasını duyuruq. 

Aşıq hisslərin, duyğuların sözlə ifadə edilməsi mümkün 

olmayan nöqtələrini açıb göstərir. Sanki kiçik bir aləmdə böyük 

aləm kəşf edilir... 

 

Ədalət ABDİNOV 

 “Abşeron” qəzeti, 11.10.1987 

 

 

 



Aydın Çobanoğlu 

 

 



350

 

ANSAMBL SƏFƏRDƏN QAYIDIB 



 

Beynəlxalq Gənclik Turizm Cəmiyyəti (“Sputnik”) xət-

ti ilə təşkil edilmiş dostluq qatarı bu günlərdə ADR-dən qa-

yıtmışdır. Rayon Mədəniyyət Evinin “Xəzri” xalq çalğı alət-

ləri ansamblına böyük etimad göstərilmiş, o həmin səfərdə 

onları müşayiət etmişdir. Sözü ansamblın rəhbəri, XI bey-

nəlxalq folklor və II Ümumittifaq xalq yaradıcılığı festival-

ları laureatı aşıq Aydın Çobanoğluna veririk: 

– Bizi Moskvada, “Molodyojnaya”

 

mehmanxanasında yer-



ləşdirdilər.

 

Burada



 

iki


 

gün


 

qaldıq.


 

Bu

 



müddətdə

 

hamı



 

yığışdı.


 

Öz-


bəkistanın Fərqanə vilayətindən 4, Türkmənistanın Aşqabad və 

Marı


 

vilayətindən

 

2,

 



Tacikistandan

 

2



 

və Azərbaycandan da

 

2 qrup 


gəldi. Qrupların hər birində 41 nəfər

 

gənc



 

əmək


 

qabaqcılı

 

var idi. 



Bu səfərdə məqsəd ölkə gənclərinin həyatı ilə daha yaxın-

dan tanış olmaq, fikir mübadiləsi aparmaq, ADR-in tarixi abidə-

lərini görmək, şəhər və kəndlərini gəzmək idi. 

Respublikamızdan

 

gedən qrupa Azərbaycan LKGİ



 

MK-nın 


kəndli-gənclər

 

şöbəsinin



 

müdir


 

müavini


 

Rəhim


 

Mücteidzadə, 

ümumi

 

qrupa



 

isə


 

ÜİLKGİ MK-nın

 

kəndli-gənclər  şöbəsinin



 

təli-


matçısı Viktor Veretnikov başçılıq edirdi.  

Moskva-Berlin qatarı ilə fevralın 16-da gecə yola düşdük. 

Ayın

 

18-də



 

bizi


 

Berlin


 

gənclərinin

 

nümayəndələri



 

gül-çiçəklə

 

qar-


şıladılar.

 

Ümumi tanışlıqdan sonra iki qrupa bölündük.



 

Maqde-


burq və Karl Marks-Ştat istiqamətində olan şəhər və kəndlərin 

görməli yerləri, əmək adamları və gəncləri ilə tanışlıqdan sonra 

başqa yerlərdə olduq. 

Leypsiq, Berlin, Drezden, Ubelunqvits, Potsdam şəhərləri 

öz gözəlliyi, park və xiyabanları ilə bizi heyran etdi. 



Ömrün etməyəcək vəfa dedilər 

 

351



Kənd təsərrüfatı  məhsulları istehsalı ilə  məşğul olan ra-

yonlara


 

səfərimiz

 



 



maraqlı keçdi.

 

Zaltsvedel



 

rayonundakı Vyul-

merzen

 

kəndinin sakinləri buradakı



 

kolxozda işləyir

 



 



əsasən tə-

rəvəz


 

(kələm,


 

kartof,


 

noxud)


 

becərirlər.

 

Onlar


 

texnikadan

 

səmərəli 



istifadə

 

etmək və becərmə texnologiyasına düzgün əməl etməklə 



hektardan çox yüksək məhsul götürürlər. 

Berlin şəhərindəki Treptov parkında qalib sovet əsgərləri-

nin şərəfinə düzəldilmiş xatirə kompleksinə həyəcansız baxmaq 

mümkün deyil. Əsgər abidəsi önünə  tər çiçəklərdən  əklil qoy-

duq. Müharibə illərində faşist cəlladlarının yuva saldığı Reyx-

staqı 200-300 metrlikdən gördük. Potsdam konfransı keçirilmiş 

tarixi binada da olduq. 

Xoş xatirələrlə dolu olan səfərin hər günü başa çatan kimi 

axşamlar 25 mərtəbəli “Konqres” mehmanxanasına qayıdır və 

alman incəsənət ustaları, yaradıcı kollektivləri ilə birlikdə 

konsertlər təşkil edirdik. Ansamblımızın repertuarında Vətən və 

Partiya haqqında mahnılar, Azərbaycan xalq mahnı və rəqsləri, 

ritmik muğamlar, habelə müasir mahnılar xüsusi yer tuturdu. 

Mənim sazda çaldığım el havaları alman gənclərinin diqqətini 

daha çox cəlb edirdi. Fasilələr zamanı onlar mənə yaxınlaşır, bi-

zim milli musiqi alətimiz olan sazla maraqlanır, hətta onu sinə-

ləri üstə qoyub dınqıldadırdılar. Fürsət düşən vaxtlarda tərcü-

məçi vasitəsilə aşıq yaradıcılığı, ümumiyyətlə, Azərbaycan mil-

li musiqisi və folkloru barədə alman dostlara məlumat verirdim. 

Milli geyimlərimiz və rəqslərimiz də nikbin alman gənclə-

rinin

 

xoşuna



 

gəlir


 

və onlar məmnuniyyətlə bizimlə rəqs

 

edirdilər. 



Sovet Ordusunun 70 illik yubileyini biz alman torpağında 

qarşıladıq.

 

Bu münasibətlə sovet əsgər və zabitləri



 

qarşısında ge-

niş proqramla çıxış etdik. Çıxışımız komandanlığın və döyüşçü-

lərin xoşuna gəldi və dəfələrlə alqışlandı. Həmin konsertə görə 

ansamblımız (bədii rəhbər Ramiz Hüseynov, konsertmeyster İk-



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə