Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə68/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   64   65   66   67   68   69   70   71   ...   92

Aydın Çobanoğlu 

 

 



352

ram Manafov), solistlərdən Qaryağdı  Qəhrəmanov, Firdovsi 

Rəhimov

 

və mən komandanlığın fəxri fərmanına layiq



 

görüldük. 

Sonuncu gündə Berlindəki Mərkəzi Mədəniyyət Sarayının 

foyesində vida görüşü oldu. 

Xoş niyyətlə təşkil olunmuş səfər nikbin əhval-ruhiyyə ilə 

başa çatdı. 

 

   


 

 

 



 

 

S.BAYRAMOV 



   

 

 

 

 

“Abşeron” qəzeti, 

01.04.1988 


Ömrün etməyəcək vəfa dedilər 

 

353



   

KƏRƏM YANĞISI 

 

  

 



Saz havası, yaz havası, 

   


 

Hər bir telin öz havası... 

  

 

Laylalarım tar olsa da, 



   

 

İlkin mayam saz havası. 



 

Ustadların yadigarları – əziz xələfləri, saz tutub, söz söylə-

yənlər, el-obanı dastan-nağıl, şeir-musiqi məclisləriylə bəzəyən-

lər ulu sənətkarların ad-sanını daim uca tutur, onların layiqli da-

vamçıları,

 



 

layiqli


 

şagirdləri

 

olduqlarını



 

sənət


 

deyimləri,

 

sənət


 

du-


yumları

 

ilə



 

təsdiqləyirlər.

 

Ustadların yolunu uca tutan, hər yerdə,



 

hər zaman

 

onların


 

şöhrət


 

çələngini

 

təzətər


 

güllərlə


 

daha


 

da

 



zinət-

ləndirən


 

cavan


 

aşıqlarımızdan

 

biri


 

 



Aşıq

 

Aydın



 

Çobanoğludur... 

Tovuz ata-babadan aşıq sənətinin, saz-söz qaynağının be-

şiyidir. Zaman-zaman özünün ozanları ilə  şöhrətlənən Tovuzu 

bu gün də aşıq-ozansız təsəvvür etmək çətindir. Aşıq Aydın Ço-

banoğlu 1951-ci ildə Tovuz rayonunun Əlimərdanlı  kəndində 

dünyaya göz açıb. Həyatı hələ dərk etməmişdən, – ağı qaradan 

seçməmişdən telli sazın sehrindən ovsunlanıb. Aydının atası 

Çoban Musa oğlu ömrünün 60 ildən çoxunu saz-sözə həsr edib. 

Dülgərliyi, xarratlığı gün-güzaran üçün özünə peşə seçən Çoban 

kişi sədəfli sazı,  şirin avazı ilə el şənliklərinin, toy-düyünlərin 

bəzəyi olub. Bax, belə bir mühitdə  pərvaz edən balaca Aydın 

saz-sözün “biləyindən” nə vaxt yapışdığını heç özü də hiss et-

məyib. Həmin ilk addım, ilk sınaq Aydının yadında qalmayıb. 

Bir də baxıb görüb ki, atasının telli sazı sinəsində Respublika-

nın Əməkdar mədəniyyət işçisi, Dədə Qorqud yadigarının bili-

cilərindən və fəal təbliğatçılarından biri olan Aşıq Əkbər Cəfə-



Aydın Çobanoğlu 

 

 



354

rovu özünə ustad seçib, böyük-böyük məclislərdə ustadıyla bir-

gə saz çalıb, söz söyləyir. 

Aşıq Aydın 1966-cı ildən Bakıda yaşayır. 1976-cı ildən 

Abşeron rayon Mədəniyyət şöbəsində çalışır. Rayon Mədəniy-

yət Evindəki “Abşeron” və “Günay” ailə ansambllarının, “Ay-

gün” aşıq qızlar, eləcə də Respublikada Aşıqlar Birliyinin nəz-

dindəki qızlardan ibarət “İncəgülü” aşıqlar ansamblının təşkilat-

çısı və rəhbəridir. Göründüyü kimi, gənc aşığın işi çoxdur. Eyni 

zamanda üç ansambla rəhbərlik etmək, hər bir görüşə – baxış-

müsabiqələrə, konsertlərə, tədbirlərə vaxt ayırmaq, ciddi hazır-

laşmaq üçün dəqiq iş  cədvəli – vaxt bölgüsü olmalıdır. Aşıq 

Aydının əgər Abşeron rayonunun və Respublika Aşıqlar Birli-

yinin bütün ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində fəal işti-

rakını da bura əlavə etsək, bütün bunlara onun necə vaxt çatdır-

ması, həm də özünün bilavasitə təzə proqramla yüksək səviyyə-

də çıxışları adamı heyrətə gətirir. 

Aydın Çobanoğlunun uğurlu çıxışlarını, təltiflərini bir-bir 

xatırlayıb təhlil etmək mümkün deyil. Ona görə də onların yal-

nız bəzilərini qeyd etməklə kifayətlənirik. 1972-ci ildən M.Ma-

qomayev adına Filarmoniyada çıxışları  təşkil edilir. Təkcə 

1982-ci ildə iki dəfə solo konserti – dastan axşamı olub. Gecə-

dən xeyli keçənədək tamaşaçılar “Alı xan və Pəri xanım” dasta-

nını sürəkli alqışlarla qarşılayıblar.  İlk uğuru isə  hələ 1975-

1977-ci illərə  təsadüf edir. Gənc aşıq I Ümumittifaq Festivalı-

nın laureatı adını məhz onda qazanıb. Sonra... sonra isə uğurlar, 

müvəffəqiyyətlər belə sıralanıb: 1977-79-cu illər – Gənc Aşıq-

ların Respublika Baxış Müsabiqələrinin qalibi, 1984-cü il – Pol-

şa Xalq Respublikasında keçirilən XI Beynəlxalq Folklor Festi-

valının


 

laureatı,

 

1985-ci


 

il

 



 

qələbənin



 

40

 



illiyinə

 

həsr



 

edilən 


Ümumittifaq Festivalının laureatı, 1987-ci il – Böyük Oktyabr 


Ömrün etməyəcək vəfa dedilər 

 

355



Sosialist İnqilabının 70 illiyinə həsr edilən II Ümumittifaq Xalq 

Yaradıcılığı festivalının laureatı, 1988-ci il – ADR-dəki çıxışla-

rına (fevral-mart) görə fəxri fərmanlar, təltiflər. Apreldə isə Le-

ninqradda keçirilən XVI “Folklor və gənclik” Ümumittifaq el-

mi-təcrübi konfransda “Aşıq sənətinin öyrədilməsi yolları” 

mövzusunda məruzə ilə çıxışı... Gənc aşıq dərin məzmunlu bu 

çıxışı ilə müxtəlif millətlərin nümayəndələrinin və sənətşünasla-

rının hafizəsində xalqımızın əvəzsiz incisi olan aşıq sənəti, aşıq 

musiqisi barədə aydın təsəvvür yaratmışdır. 

Aşıq sənəti, onun bu günkü vəziyyəti, mövqeyi və prob-

lemləri barədə Aşıq Aydın Çobanoğlunun fikirləri maraqlıdır: 

–  Əvvəlcə  təhsil barədə. Yaradıcılığın digər sahələrində 

olduğu kimi, aşıqlıqda da ali təhsil almaq vacibdən vacibdir. İlk 

növbədə ona görə ki, aşıq sənətinə, onun təbliğinə  və öyrədil-

məsinə elmi cəhətdən yanaşır, deyəcəyin mətləbləri elmi surət-

də şərh edə bilirsən. Ulu sənətin ulu köklərini dəlillərlə araşdıra 

bilirsən. Bununla əlaqədar bir istəyimi bildirim – sazın tədrisi 

problemi yaxın vaxtlarda həll olunmalıdır, heç olmasa musiqi 

məktəblərində hələlik saz sinifləri açılmalıdır. 

Sazın təbliğində  ən yaxşı  nəticələrə nail olmalıyıq; necə 

gəldi yox, klassik ənənəyə xələl gətirmədən müasir tələblər ba-

xımından bu sənəti təbliğ etməliyik. Həm də aşıq sənəti deyən-

də saz, söz, hərəkət üçlüyü birlikdə təsəvvürə gəlməlidir. Bu üç-

bucağın əgər bir ayağı olmasa, o, ayaq üstə dayana bilməz. Ona 

görə  də onların hər birinin rolunu artırıb azaltmadan düzgün 

qiymətləndirməliyik; çalğı, şeir və hərəkət aşığın timsalında bir-

birini tamamlamalıdır. Bunlar üçü birləşib bir zirvə yaradırlar. 

Əgər onlardan biri zəif olsa həmin tərəf uçub-tökülər, zirvənin 

həmin tərəfi yavaş-yavaş əriyib çökər. Nəticədə zirvənin yerin-

də təpə qalar. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə