Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə64/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   60   61   62   63   64   65   66   67   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

335



Yubiley təntənəsində

 

Azərbaycan



 

KP

 



Tovuz rayon

 

Komitə-



sinin birinci katibi Tahir Abbasov və büro üzvləri iştirak etdilər. 

T.Abbasov Həsən Mülkülünü, onun ailə üzvlərini və qo-

humlarını təbrik etdi, şairə can sağlığı, yeni yaradıcılıq uğurları 

arzuladı. 

Yubilyara çiçək dəstələri və qiymətli hədiyyələr verildi. 

Təntənəli yubiley gecəsinin sonunda H.Mülkülü yüksək 

səviyyəli yubiley gecəsi üçün təşkilatçılara və iştirakçılara dərin 

minnətdarlığını bildirdi, yeni şeirlərindən oxudu. 

 

  Tovuz rayonu, 



1989-cu il. 


Aydın Çobanoğlu 

 

 



336

 

BƏŞİR SƏMƏDBƏYLİNİN KİTABINA ÖN SÖZ 

 

Al-əlvan çiçəkləri ilə xalıdan seçilməyən bir çəməndə boy 

göstərmək hər çiçəyin nəsibi olmadığı kimi, sazlı-sözlü aləmdə 

özünəməxsus yeri olan Tovuz elində də şair kimi tanınmaq, hər 

məclisdə adı anılmaq, ustad Hüseyn Bozalqanlı demişkən, şair 

cərgəsində sana düşmək,  əlbəttə, hər oğulun işi deyil. Bunun 

üçün ən əvvəl ilahi vergi, gərgin zəhmət, el içində ədəb-ərkan, 

hörmət sahibi olmaq gərəkdi. 

Mən kəndimizdən çıxanda cəmi on beş yaşım var idi. Hələ 

kiçik yaşlarımdan radioda səsini dinlədiyim, üzünü görəcəyimi 

yuxu sandığım aşıqların çoxu sən demə bir addımlığımızda 

yaşayırmış. Ağlıma gəlməzdi ki, onlarla Bakıda – Filarmo-

niyada və digər konsert salonlarında görüşüb tanış olacağam, bu 

görüşlər, sənətin sehri, sazın-sözün beşiyində böyüsəm də məni 

elə  şəhər mühitindəcə yenidən  əfsanəvi saz dünyasına qay-

taracaq və bir gün gözümü açıb görəcəyəm ki, artıq məni, Aşıq 

Aydın, deyə çağırırlar. 

İllər ötdükcə bu adın böyüklüyü qədər ağırlığını, şirinliyi 

qədər çətinliyini duymuşam. Haqlı, haqsız sınaqlara, qınaqlara 

çəkilmişəm. Ən çox da Tovuzda, Əlimərdanlıda yaxınlarım, qo-

humlarım, eloğlularım tərəfindən. 

– Oğul, rəhmətlik Nəcəfdən oxu! 

– ...  

– Bəşir dayıdan bir şey bilirsənmi? 



– ... 

– Fətəlidən nə oxuya bilərsən? 

– ... 



Ömrün etməyəcək vəfa dedilər 

 

337



– Onda ya Sadıx dayıdan, ya Alaydan bir yarpaq de. 

– Vallah!.. 

– A bala, yadında saxla! Bu torpağın ad-sanını, adət-ən-

ənəsini şeirlərində yaşadan, nəsildən nəsilə yadigar verən bu ki-

şilərdən və onlarca onlar kimi sənətkarlardan əzbərində olmasa, 

səndən aşıq deyirsən, heç bir şey olmaz, – dedi rəhmətlik atam.  

Bu həmin vaxtlar idi ki, Universitetin filologiya fakültəsi-

nə qəbul olunmuşdum. O zamandan Aşıq Nəcəfin şeirlərini top-

ladım, diplom işimi onun həyat və yaradıcılığına həsr etdim. 

Getdikcə maraq məni götürürdü. Rəflərdə toz basan kitablarda 

tapmadığımı bu müdrik insanların bir bəndində və ya misrasın-

da tapırdım. 

Yaşadığımız ağ-qaralı, acı-şirinli, qan-qadalı  əsrimizdə 

“bəxti üzünə gülən” belə müdriklərdən biri də el şairi Bəşir Sə-

mədbəylidir. 

Bəşir Məmməd Hüseyn oğlu Məmmədov 1913-cü ildə 

Tovuz bölgəsinin Səmədbəyli kəndində yoxsul kəndli ailəsində 

anadan olmuşdu. Uşaqlıqdan zəhmətə alışan, zəhmətdə

 

bərkiyən 



bu adam ömrünün sonunadək el-oba ilə, torpaqla bağlı olmuş, 

ilhamını məhz ondan almışdı. Kolxozda fəhlə, briqadir, kadrlar 

şöbəsinin müdiri, kolxoz sədri vəzifələrində işləmişdi. 

El şairini xalqa sevdirən, məclislər bəzəyinə çevirən şeir-

lərindəki həyatilik, haqq-ədalət, həqiqət çağırışı, gözələ, gözəl-

liyə ülvi münasibət, məhəbbətə ali baxış olmuşdu. 

Bəşir deyəndə ki: 

 

– Bu amansız fələyin də 



Ələnmişəm ələyində. 


Aydın Çobanoğlu 

 

 



338

Baxtım ana bələyində 

Toxunubdur daşa, dostum! 

 

İstər-istəməz başıbəlalı xalqımız və torpağımız zaman-za-



man göz önünə gəlir.  

Yaşının və həyat təcrübəsinin imkanları ilə ilhamının bir-

gə məhsulu olan ustadnamələri, təcnis və divaniləri, eləcə də bir 

çox el şairləri ilə deyişmələri oxunaqlı və yaddaqalandır: 

 

– Bəşirəm, hər zaman yazıram dastan, 



Namərdin tağında yetişməz bostan. 

Özgələr sözündən incimə dostdan, 

Eşidib dilindən bilənə kimi. 

 

Elə bu yerdə qeyd etmək vacibdir ki, bu şeir və onunla ya-



naşı “Mən” rədifli başqa bir qoşma “Ələsgər ocağı” kitabında 

Aşıq  Ələsgərin oğlu Bəşirin adına verilmişdir.  Əlbəttə xeyli 

araşdırmalar, ustad aşıqlarla söhbətlər deyir ki, həmin  şeirlər 

Səmədbəyli Bəşirindi. Birinci şeir Rus-Alman müharibəsi illə-

rində kolxoz sədri işləyərkən Tovuzun həmin illərdə raykom 

katibi olmuş Məmmədova yazılıb. İkinci şeir isə həmin illərdə 

Cantəpə yaylağında yer üstündə mübahisə zamanı deyilib.  

Nə isə, əziz oxucular, vaxtınızı çox almayıb Sizi Bəşir Sə-

mədbəylinin sənət dünyası ilə baş-başa buraxırıq! 

Bəşirin şeirlərinin toplanılmasında köməyini əsirgəməyən 

Rövşən Bəşir oğluna və  Aşıq  Əliyə minnətdarlığımızı bildirir, 

çap olunmasına maddi yardım göstərən  İman Bəşir oğluna tə-

şəkkür edirik.

 

Bakı şəhəri, 



1992-ci il 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə