Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə62/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   58   59   60   61   62   63   64   65   ...   92

Aydın Çobanoğlu 

 

 



328

daxili dünyasını öz sənətiylə yaşadır. Odur ki, bu axşam biz ha-

mımız sazın Ədalət dünyasının qonağı idik. 

Telli saz dilə gəlir. Dədə-baba “El havası”, (ona “Qaraçı” 

da deyirlər) əsrarəngiz səslər düzümü ilə, Ədalət sığalı ilə ruhu-

muza hakim kəsilir, gözümüzün önündə ötüb keçənlər dağ-aran 

köçləri, ellərin harayı, qaynar həyat ahəngi canlanır. Ədalət çal-

dıqca başımdan bir fikir keçir: – “Ədalət olan məclisdə ondan 

əvvəl saz çalmaq günah, ondan sonra saz çalmaq fəlakətdir”. 

Ədalət sənətinin sirri nədədir? Bu ayrıca tədqiq olunmalı 

mövzudur. O, aşıq havalarının hamısına yeni çalar, yeni nəfəs 

gətirmişdir. Havaların bu cür səslənməsindən, mizrabın tutul-

masından, barmaqların pərdələrə qoyulmasınadək, hətta sazın 

ustad sinəsinə yatmasının da müstəsna əhəmiyyəti vardır. Əda-

lətlə saz əsil mənada qovuşur, ikisi bir olur. Məhz ona görə də 

“Yanıq Kərəmi” ürək dağlayır, “Misri” döyüşə haraylayır, 

“Müxəmməs” həsrətliləri qovuşdurur. 

Gecədə çıxış edənlərin çoxu Ədalətə layiq olduğu fikri, – 

fəxri adlardan birinin verilməsi barədə məsələni qaldırırdı. Onu 

da qeyd edim ki, Azərbaycan Aşıqlar Birliyinin bu yaxınlarda 

keçirilmiş konfransı “Xalq aşığı” və “Əməkdar aşıq” fəxri adla-

rının təchiz olunması barədə qətnamə qəbul etdi. Heç şübhə et-

mirik ki, “Xalq aşığı” adına layiq görülənlərdən biri Aşıq Əda-

lət olacaqdır.  

Söhbətimin sonunda hamımızın bir arzusunu da ifadə et-

mək istəyirəm. Qoy bu cür sazlı-sözlü məclislərimiz daha bö-

yük auditoriyalara qədəm açsın! 

   


 

 

 



 

 

“Bakı” qəzeti, 



04.10.1989 


Ömrün etməyəcək vəfa dedilər 

 

329



   

 

 

SAZLI-SÖZLÜ İKİ DÜNYA 

 

Çoxdan bəri səbirsizliklə gözlədiyimiz şad xəbər – hər iki 



saz və söz ustalarına xalqın çoxdan verdiyi adın dövlət tərəfin-

dən rəsmiləşdirilməsi – görkəmli ustad sənətkarlar; Aşıq Mika-

yıl Azaflı  və  Aşıq Kamandar Əfəndiyevə “Azərbaycan SSR 

Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi nəinki bi-

zim, eləcə də bütün saz-söz pərəstişkarlarının, aşıq sevərlərin və 

bütövlükdə Azərbaycan xalqının böyük sevincinə səbəb olmuş-

dur. Bu da təsadüfi deyildir. Bu adlar halal zəhmətə, layiqli şöh-

rətə verilən düzgün qiymətdir. Bir il öncə gənc aşıq Hacı Abdı-

yev də həmin ada layiq görülüb. 

Biz bu nailiyyəti bütövlükdə  aşıq sənətinə, ulu sazımıza, 

Azərbaycan Aşıqlar Birliyinin fəaliyyətinə partiya və hökuməti-

mizin yüksək qayğısı hesab edir və ümid edirik ki, yaxın gələ-

cəkdə sazın  şöhrətini az qala dünyaya yaymış  Ədalət Nəsibov 

və bir çox digər ustad sənətkarlarımız da diqqətdən yayınmaya-

caqdır. Yeri gəlmişkən qeyd edək ki, artıq “Respublikanın 

Əməkdar aşığı” və “Xalq aşığı” fəxri adlarının da təsis olunma-

sı vaxtı çatmışdır. Elimizdə bu ada layiq aşıqlarımız az deyil. 

Mikayıl Azaflı  və Kamandar Əfəndiyev. Xalq arasında 

çox qürur və iftixar hissi ilə bu adları mən 50-ci illərin sonların-

da hələ ağlım yenicə kəsəndə eşitmişəm. O vaxtlar mənə elə gə-

lirdi ki, bu sənətkarlar, eləcə  də, radioda səslərinin, sazlarının 

sehrinə dönə-dönə düşdüyüm aşıq Əkbər Cəfərov, Ədalət Nəsi-

bov, mərhum ustadlarımız  Əmrah Gülməmmədov və Hüseyn 

Saraclı hansı əsrlərdəsə yaşamış klassiklərdir. İllər ötdükcə bir-

bir bu aşıqlarımızla  şəxsən tanış oldum. Gördüm ki, onlar elə 



Aydın Çobanoğlu 

 

 



330

bizim bir qədər yaşlı müasirlərimizdir. Lakin uşaq təxəyyülüm 

məni aldatmamışdı: Bizim bu “yaşlı müasirlərimiz” elə sağlı-

ğında klassiklər səviyyəsinə yüksəlmiş ustadlardı. 

Qəribədir ki, eyni gündə fəxri ada layiq görülmüş hər iki 

ustadın həyat və yaradıcılıq talelərində müəyyən oxşarlıq, qoşa-

lıq var. Hər ikisinin laylasını zirvəsi buludlara söykənən qarlı 

dağlardan baş alıb gələn dəli-dolu çaylar çalmışdı. Fərq bircə 

ondadır ki, Mikayıl Zeynalov Tovuz rayonunun Azaflı kəndin-

də  şıltaq  Əsrik çayının, Kamandar Əfəndiyev isə Gürcüstan 

SSR Marneuli rayonunun Kəpənəkçi kəndində ana Kürün mah-

nıları ilə böyümüşdü. 

Hər ikisinin uşaqlığı və erkən gəncliyi vaxtın, zamanın çə-

tinliyində, qanlı-qadalı müharibə illərində (xalq demişkən, o 

günlər getsin, gəlməsin!) keçmişdir. 

Yuxarıda adlarını çəkdiyimiz coğrafi mühitin hər biri öz-

özlüyündə sazlı-sözlü bir eldir. Borçalı və Tovuz aşıq məktəblə-

ri bu ellərdə formalaşmış və bu məktəblər aşıq sənətimizə neçə-

neçə görkəmli, istedadlı  sənət korifeyləri bəxş etmişdir;  Şair 

Nəbi, Ağacan, Aşıq Sadıq, Hüseyn Bozalqanlı, Xəyyat Mirzə, 

Aşıq Nəcəf Əlimərdanlı, Aşıq Mirzə Bayramov, Aşıq Əsəd və 

b. Hazırda mövcud olan, dildə, ağızda gəzən bir neçə dastan və 

hekayətlər bu adlı-sanlı ustadların görüşlərindən, sənət yarışla-

rından xəbər verir. Göründüyü kimi çox dərin köklərdən qida-

lanmış güclü özül üstdə  bərqərar olmuş qoşa taleli bu müdrik 

insanlar haqqın bəxş etdiyi istedad və qabiliyyətin köməyi ilə, 

gərgin zəhmət sayəsində ustad aşıq səviyyəsinə yüksəlmiş, hər 

biri özünün təkrarolunmaz sənət dünyasını yaratmışdır. 

Mikayıl Azaflı məşhur aşıq Əsəd Rzayevdən, sonra isə öz 

həmkəndlisi, gözəl ifaçı, ustad aşıqlarımızdan olan Yusif Yusi-




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə