Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə58/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   54   55   56   57   58   59   60   61   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

311



bölmə müdiri

 

V.A.Lapin



 

 



İ.İ.Zemtsovski

  

yoldaşlar qeyd etdilər 



ki,

 

Azərbaycan aşıqları



 

 



Aşıq  Əkbər

 

və Aydın Çobanoğlunun, 



Özbəkistanlı qicak (kamança) çalan Ölməz Rəsulovun və 

Ukraynadan gəlmiş Qutsul skripkaçalanlar triosunun çıxışları 

konfransın  ən yaddaqalan anları oldu. Konfrans bir daha xalq 

sənətinin inkişafında ayrı-ayrı  şəxsiyyətlərin rolunun öy-

rənilməsi probleminin vacibliyini göstərdi. Bu problem müxtə-

lif milli mədəniyyətlər

 

üzrə


 

tədqiq


 

olunmalıdır.

 

Çünki hər bir 



xalqın mədəniyyətində bu məsələ öz rəngarəng həllini tapır. 

Bu mülahizəni genişləndirərək Azərbaycan Aşıqlar Birli-

yinin metodisti Kamilə Dadaşzadənin bir fikrini qeyd etmək is-

tərdim. “Xalq sənətində ifaçının rolu məsələsi nəinki, müxtəlif 

milli mədəniyyətlər arasında, hətta bir milli mədəniyyətin ayrı-

ayrı növləri arasında belə eyni tərzdə həll olunmur. Misal üçün, 

Azərbaycan xalq sənətinə gəldikdə, demək lazımdır ki, aşıq sə-

nətində ayrı-ayrı ifaçıların rolu burada həddindən artıq çoxdur. 

Məlum olduğu kimi məhz ayrı-ayrı ifaçıların səyi, onların aşıq 

sənətinə  gətirdiyi yeniliklərin nəticəsində  və ustad-şagird  ən-

ənəsinin mövcudluğundan bizim mənəvi irsimiz nəsildən-nəsilə 

keçmiş, “Koroğlu”, “Əsli və Kərəm”, “Qurbani” və s. bu kimi 

möhtəşəm abidələrimiz yaranmışdır”. 

Beynəlmiləlçiliyin və dostluğun timsalı olan tələbkar ta-

maşaçılar Azərbaycan aşıq sənətinə və bizim çıxışlarımıza çox 

yüksək qiymət verdilər. Budur, mənim cib dəftərimə yazılan 

onlarca təəssüratdan bir neçəsi: 

LDTM və Kİ-nin folklor bölməsinin müdiri, sənətşünaslıq 

doktoru Viktor Arkadeviç Lapin: “Musiqi beynəlmiləl dildir, 

buna görə də dostluq dilidir. Azərbaycan aşıqları bunu Repində-




Aydın Çobanoğlu 

 

 



312

ki yaradıcılıq evində beynəlmiləl tamaşaçılar qarşısında parlaq 

şəkildə sübut etdilər. Sağ olun”. 

Viladivostok İncəsənət İnstitutunun dossenti Siskova Alla 

Viktorovna: “İlk dəfədir ki, ecazkar aşıq sənəti ilə qarşılaşıram. 

Qarşınızda baş əyir və Sizə çox sağ olun, deyirik, Azərbaycan 

aşıqları!” 

İvanova-Frankovsk Konservatoriyası “SSRİ Xalqları mu-

siqisi” kafedrasının baş müəllimi, musiqişünas A.M.Turyanska-

ya: “Ecazkar aşıq sənətindən çox böyük həzz aldım!!! Mənə elə 

gəlir ki, doğma mahnılara vurğunluğu aşıqlardan öyrənmək la-

zımdır. Sizə böyük yaradıcılıq uğurları arzu edirəm ki, Sizin gö-

zəl incəsənətinizlə bütün SSRİ xalqları tanış ola bilsinlər!” 

Konfransın işi artıq başa çatmışdır. Biz çox böyük təəssü-

ratlarla doğma Azərbaycana qayıtmışıq. Konfrans öz gedişi ilə 

mənim qarşımda aşıq musiqimizin təbliği və  tədrisi sahəsində 

yeni-yeni axtarışlar aparmaq tələbləri qoydu. Güman edirəm ki

bu sahədə yeni ruhla, daha həvəslə işə başlayacağam. 




Ömrün etməyəcək vəfa dedilər 

 

313



 

KOROĞLUNUN SORAĞINA GƏLMİŞƏM 

 

Naxçıvan  şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsi-



nin təntənəli açılışına dəvət olunanda hədsiz sevinc və iftixar 

hissi keçirdim. Bu sevincin müxtəlif səbəbləri var idi. Ən əvvəl 

SSRİ-də yaşayan türkdilli xalqlar içərisində  məhz Azərbaycan 

xalqı birinci olaraq telli sazla misri qılıncı qoşa silah edən əfsa-

nəvi bir igidə abidə ucaltmışdır. İkincisi, respublikamızın Anar, 

Yusif Səmədoğlu, Hüseyn Arif, Əkrəm  Əylisli kimi tanınmış 

yazıçı  və  şairləri ilə yanaşı  mən də bu böyük bayrama dəvət 

edilmişdim. Bu mənim qədim Naxçıvan torpağına üçüncü səfə-

rim idi. 1985-ci ildə Şərur düzünün aşıq qızı Aşıq Nabatın xati-

rə gününə, 1986-cı ildə isə dahi şairimiz S.Vurğunun anadan ol-

masının 80 illiyinə dəvət olunmuşdum. Ona görə saza, aşıq mu-

siqisinə yaxşı qiymət verən, onu layiqincə dinləməyi bacaran 

vətən övladlarının qulluğuna getmək mənim üçün xoş idi. 

Təyyarə meydanında Azərbaycan Aşıqlar Birliyinin sədri, 

hörmətli  şairimiz Hüseyn Ariflə  məni Naxçıvan MSSR Mədə-

niyyət naziri F.Heydərov və “Sovet Naxçıvanı” qəzetinin əmək-

daşı Ə.Şamilov

 

yoldaş



 

qarşıladılar.

 

Azacıq istirahətdən



 

sonra ma-

raqlı

 



 

əməli


 

söhbətlər başlandı.

 

H.Arif


 

Aşıqlar Birliyinə nax-

çıvanlı Aşıq Cəlil haqqında onlarca məktub daxil olduğunu bil-

dirdi. Aşıq Cəlil XIX əsrdə yaşayıb yaratmış, özündən sonra 

“Cəlili” və “Ayaq Cəlili” kimi məşhur saz havaları qoyub get-

miş  sənətkardır. Babək rayon partiya komitəsinin katibi Z.Şa-

milova yazır ki, onun qəbri həmin rayonun Yeni yol kəndində 

yol kənarında itib-batmaq üzrədir. Elə  həmin axşam F.Heydə-

rov, Z.Şamilova, H.Arif, Ə.Şamilov və mən həmin kəndə yol-



Aydın Çobanoğlu 

 

 



314

landıq. Kəndin ağsaqqallarının köməyi ilə Aşıq Cəlilin qəbrini 

müəyyən etdik. Mənim çaldığım “Cəlili” havasının sədasına 

toplaşan cavanlar, ağsaqqallar qərarlaşdılar ki, rayon rəhbərliyi-

nin azacıq köməyi ilə yaxın günlərdə heç bir dövlət vəsaiti xərc-

ləmədən burada Aşıq Cəlilin qəbirüstü abidəsini ucaltsın. 

Ertəsi gün iyunun 3-də Naxçıvan şəhərinin və ətraf rayon-

larının ziyalıları, zəhmətkeşləri, tələbə və gəncləri, şəhərin qo-

naqları Koroğlunun abidəsinin təntənəli açılışına həsr olunmuş 

“Xalq qəhrəmanları günü”ndə iştirak etmək üçün Koroğlu mey-

danına toplaşdılar. Onu da qeyd edim ki, ssenari müəllifi və qu-

ruluşçu rejissoru Abdulla Qurbani olan bu “Xalq qəhrəmanları 

günü” doğrudan da yaddaqalan bir bayrama çevrildi. 

 

Çıxışını: 



– Müjdələr paylayın elə, obaya, 

Dost dostun əlini fərəhlə sıxdı. 

Qorqud ocağında qoç Koroğluya 

Naxçıvan hamıdan vəfalı çıxdı! – 

 

misraları ilə yekunlaşdıran  şair H.Arif abidənin müəllifi, 



SSRİ Rəssamlar İttifaqının üzvü, Naxçıvan şəhər Rəsm Qaleri-

yasının fond müdiri Hüseynqulu Əliyevin və bütövlükdə abidə-

nin inşasında  əmək sərf etmiş Muxtar respublika ictimaiyyəti-

nin zəhmətini yüksək qiymətləndirdi.  Şairin son misraları de-

mək olar ki, bayramın leytmotivinə çevrilmişdi. 

Bədii hissədə

 

mənə


 

söz


 

verilərkən,

 

meydandakıları “Misri”-



nin harayına qonaq etdim. Qəlbimdən qopan misraları oxudum: 

 

 



 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə