Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə61/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   57   58   59   60   61   62   63   64   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

323



Aşıq Əkbər sazın yorulmaz təbliğatçılarındadır. Respublika-

mızın hüdudlarından kənarda “Özbəkistanda Azərbaycan günlə-

ri”ndə (1980), Leninqradda XVI Ümumittifaq elmi-praktik kon-

fransında (1988), Yurmalada (1988) ulu sənətimizin şöhrətini zir-

vələrə qaldırmışdır. 

Azərbaycan televiziyası və radiosu el sənətkarını aşıqsevər-

lərlə vaxtaşırı görüşdürür. Səsi dönə-dönə

 

qrammofon



 

vallarına ya-

zılmışdır. 

Ustad aşığın zəhməti partiya və hökumətimiz tərəfindən 

yüksək qiymətləndirilib. “Şərəf nişanı” ordeninə (1959), Azər-

baycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına 

(1960), “Respublikanın Əməkdar mədəniyyət işçisi” fəxri adına 

(1967) layiq görülüb. Dəfələrlə Respublika və Ümumittifaq festi-

vallarının qalibi olub.  

Bu günkü yaradıcılıq gecəsi də Aşıq Əkbər sənətinə yük-

sək münasibət və məhəbbətin təcəssümüdür. 

 

03.04.1989 



Aydın Çobanoğlu 

 

 



324

 

 



 “TELLİ SAZ  

DÜNYANI GƏZİR” 

 

Son illərdə fəaliyyət dairəsi genişlənən Azərbaycan Aşıq-



lar Birliyinin bu günlərdə keçirdiyi tədbirlərin bir neçəsinə ta-

maşaçılar “Telli saz dünyanı gəzir” adı ilə dəvət olunmuşlar. Bu 

ad təsadüfi deyildir. İndi aşıqlarımızın məlahətli səsi, telli sazın 

sorağı dünyanın hər yerindən gəlir. 

Respublika Lenin Komsomolu mükafatı laureatı aşıq Ay-

dın Çobanoğlu PXR, ADR, Hindistan və  İsveç, Solmaz Kosa-

yeva Avstriya və Nikaraquada, Əlixan Niftəliyev Fransada, 

Mahmud Ələsgəroğlu və Ulduz Quliyeva AFR-də, Abbas Gül-

məliyev Çexoslavakiyada aşıq musiqimizi layiqincə  təmsil et-

mişlər. Daha üç aşığımız – Murad Niyazlı, Zülfiyyə İbadova və 

Qönçə Kərimova isə Türkiyədən – Ərzurum səfərindən yenicə 

qayıtmışlar. 

Ağstafa aşıqlar evində xarici səfərdə olmuş bir qrup aşıqla 

sənətsevərlərin görüşü keçirilmişdir. Respublika Aşıqlar Birliyi-

nin sədri Hüseyn Arif görüş iştirakçılarına xarici səfərlərin zə-

ruriliyindən, onun milli musiqimizin, milli mədəniyyətimizin 

təbliğindəki yüksək rolundan və gələcəkdə bu cür səfərlərin sa-

yının artırılacağından danışdı. Aşıqlarımızı bu münasibətlə təb-

rik edib onlara yeni yaradıcılıq uğurları arzuladı. 

Tamaşaçılar

 

aşıq Murad



 

Niyazlının,

 

Zülfiyyə


 

İbadovanın 

 

Aydın



 

Çobanoğlunun

 

ifasında


 

saz


 

havalarına,

 

deyişmələrə, 



dastanlarımızdan parçalara, səfər təəssüratlarına maraqla qulaq 


Ömrün etməyəcək vəfa dedilər 

 

325



asmışlar. Ertəsi gün bu estafet Şamxor rayonunda davam etdi-

rildi. 


Belə gecələrin gedişi bir daha sübut edir ki, xalq öz saz-

sözünü sevərək yaşatmış və yaşadacaqdır. 

 

   


 

 

 



 

 

“Sovet kəndi” 



qəzeti, 05.09.1989 


Aydın Çobanoğlu 

 

 



326

   


 

 

 



SAZIN ƏDALƏT DÜNYASI 

 

Konsert salonlarında 

 

Bir neçə gün bundan əvvəl M.Maqomayev adına Azərbay-

can Dövlət Filarmoniyasının qarşısında asılmış afişalardan biri 

saz-söz həvəskarlarını  “Ədəbi-musiqi məclislərimiz” silsiləsin-

dən “Aşıq Ədalət Nəsibovla görüş”ə çağırdı. Görkəmli sənətka-

rın pərəstişkarları bir-birini muştuluqlayırdı: “-Xəbərin var?

 

– 

Oktyabrın



 

3-də


 

Filarmoniyada Ədalətin

 

yaradıcılığına



 

həsr


 

olun-


muş gecə keçiriləcək!” “Qardaş, ayın 3-nə bütün biletlər satılıb, 

bəs biz neyləyək?!” “Ürəyini sıxma, biz də televiziya ilə ba-

xarıq”. 

Eyni söhbətlər göstərirdi ki, həmin gün

 

Filarmoniyada anş-



laq olacaq. Burada qeyri-adi heç nə yox idi.

 

Görkəmli



 

saz ustası

 

Ədalət


 

Nəsibovun iştirak

 

etdiyi


 

bütün


 

məclislər

 

beləcə bayram 



əhval-ruhiyyəsi ilə, qələbəliklə keçir. 

Düz üç il bundan əvvəl 1986-cı il oktyabrın 2-də Filarmo-

niyada Ədalət Nəsibovun iştirakı ilə Qazax aşıqlarının konserti 

keçirilirdi. Konsert iştirakçılarının sayı çox idi. Gecə saat 11-də 

Ədalət səhnədə göründü. 15 ilə yaxın idi nəyə görəsə incik düş-

müşdü bu səhnədən. İllərin həsrətini çəkən tamaşaçılar, saz-söz 

həvəskarları ayağa qalxaraq bu ecazkar sənətkarı uzun sürən sü-

rəkli alqışlarla qarşıladılar. Hələ öz sağlığında aşıq ifaçılığı sə-

nətində əlçaltmaz zirvəyə dönmüş Ədalət xalqın tükənməz mə-

həbbətinə və ehtiramına cavab olaraq telli sazını ürəyinə basdı 

və... tamaşaçılar “ayılanda” gördü ki, gecə saat 1-ə az qalıb. 



Ömrün etməyəcək vəfa dedilər 

 

327



Bu gün də pərəstişkarları öz sevimli sənətkarını dinləmə-

yə, onun xoş gününə, sevincinə şərik olmağa axın-axın gəlmiş-

dilər.

 

Yaxın



 

vaxtlarda

 

tamam


 

olacaq


 

50

 



yaşını təbrik

 

etməyə,



 

onun 


yenə də gənclik ehtirası ilə, əvvəlki çılğınlıqla çaldığı, təzə hə-

yat verdiyi ecazkar havaların qanadlarında öz xəyal dünyalarına 

uçmağa yığışmışdılar. 

Azərbaycan aşıq sənətinin tarixinə adını öz qızıl barmaq-

ları ilə yazmış Ədalət Nəsibov bu sənətin inkişafında müstəsna 

rol oynamışdır. Uzun müddət müəyyən mənada  əsarət halında 

olan, inkişafdan qalan xalq ifaçılığımız onun füsunkar çalğısı 

ilə yenidən vüsət almış, daha gözəl biçimdə xalqımızın tükən-

məz sərvətinə çevrilmişdir. Təsadüfi deyil ki, bu böyük sənətka-

rın məclisində onun haqqında söz demək üçün görkəmli ədiblə-

rimiz, musiqiçilərimiz də iştirak edirdilər – Xalq yazıçıları Mir-

zə İbrahimov, İsmayıl Şıxlı, Bayram Bayramov, Xalq şairi Bəx-

tiyar Vahabzadə,  şairlərdən Vaqif Səmədoğlu, Sabir Rüstəm-

xanlı, Qabil, Abbas Abdulla, professor Qulu Xəlilov, Teymur 

Bünyadov, aşığın sənət dostları Aşıq İmran, Hüseyn Xalaoğlu, 

şagirdlərindən aşıq Kərəm İncəli və Hüseyn Əzizoğlu. Sevindi-

rici haldır ki, doğma Azərbaycanımızın əziz qonağı, Türkiyədə 

Azərbaycan haqqında maraqlı kitab yazmış, özü demişkən, “bi-

zi, bizim sazımızı, sözümüzü bəlkə  də bizdən çox sevən” və 

təbliğ edən şair İbrahim Bozyel də bu gözəl axşamın qonağı idi. 

Məclisi aşıq yaradıcılığına yaxşı bələd olan gənc şair Zəlimxan 

Yaqub aparırdı. 

Doğrusunu deyim ki, ustad sənətkarın ifaçılığı haqqında 

ürəyimdən keçənlərin hamısı, elə bil, bu natiqlər arasında bölüş-

dürülmüşdü. Bu da təbiidir. Çünki, böyük sənət, böyük sənətkar 

haqqında xalq həmişə yekdil fikirdədir. Sənətkar xalqın istəyini, 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə