Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə50/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   46   47   48   49   50   51   52   53   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

283



“Səhər nəğmələri” adlanan birinci başlıqda aşığı “Azad 

günlər növrağına vüsət verən” doğma Kommunist partiyamızı, 

“Dağları vüqarlı, keçmişi Nigarlı, hər zaman baharlı” odlar di-

yarı Azərbaycanı, xalqlarımıza ağ gün, azad həyat bəxş edən 

şanlı Oktyabrı ülvi səmimiyyətlə tərənnüm edən şeirləri toplan-

mışdır. Kommunist partiyamızın müdrik rəhbərliyi altında xarü-

qələr yaradan əmək adamları, Sovet hakimiyyəti illərində uca-

lan yeni şəhərlər,

 

qəsəbələr aşığın



 

ilham


 

mənbəyinə

 

çevrilmişdir: 



 

Kürü döndərmişik Milə, Muğana, 

Sumqayıt, Daşkəsən sığmır dastana. 

Əkbərəm, gedirəm toya, nişana, 

Məni sevindirir zamana, deyim! 

 

Doğma Azərbaycanımızın füsunkar təbiətini, misilsiz gö-



zəlliyini, şırıl-şırıl axan nəğməli bulaqlarını, başı qarlı, əyilməz-

lik,


 

ucalıq


 

mücəssəməsi

 

olan


 

dağlarını

 

tərənnüm


 

edən


 

şeirlər “Gö-

zəllik qoynunda” adı altında verilmişdir: 

 

Min bir dərdin dərmanıdır 



Dağlarından axan bulaq. 

Gecələr Ayı döşünə 

Nişan kimi taxan bulaq. 

 

Aşıq, telli saz döşündə günəşli diyarımızı oba-oba, oy-



maq-oymaq gəzmiş, insan əlləri ilə yaranmış gözəllikləri, yur-

dumuzun bağ-bağatlı, bar-bəhrəli çöllərini vəsf etməkdən doy-

mamışdır: 

 

– Əkbərəm, yadımdan çıxarmı, haşa, 



Sazımla elləri gəzdiyim qoşa! 


Aydın Çobanoğlu 

 

 



284

Ceyranbatan, Göy göl, Hacıkənd, Şuşa... 

Bu yerləri tala-tala gəzmişəm... 

 

Bütün yaradıcı  aşıqlarımız kimi, məhəbbət mövzusu Ək-



bər Cəfərovun yaradıcılığında da xüsusi yer tutur. Saf məhəb-

bət, əhdə vəfa, sevənlərin səmimi ürək çırpıntıları, dözüm, mə-

tanət, mübarizə aşığın şeirlərinin mayasıdır. 

 

Xoş günüm, saatım onsuz hədərdir, 



Sevirəm, atəşim dünya qədərdir. 

Deməsin, məhəbbət gəldi-gedərdir –  

Sevgilim Əkbəri naşı sanmasın. 

 

Bu cür istəklə dolu, təravətli şeirlər kitabda “Məhəbbət çə-



ləngi” başlığı altında toplanmışdır. Aşığın özünəməxsus yaradı-

cılıq yolu onun şeirlərini daha oxunaqlı edir, poeziya həvəskar-

larına sevdirir: 

 

Mən Əkbərəm, od salıbsan canıma, 



Yaraşıq ol şöhrətimə, şanıma. 

Bir də məni qardaşınla yanıma, 

A qohumlu, a qardaşlı bəxtəvər! 

 

Şair-aşığın müxtəlif mövzulara həsr etdiyi qoşma, gəraylı, 



müxəmməs, təcnis və divanilər “hər çinardan bir yarpaq” 

başlığında verilmişdir. 

 

Sənət məclisində, ey böyük ustad, 



Yerin baş tərəfdə görünər sənin! –  

 



Ömrün etməyəcək vəfa dedilər 

 

285



Misraları ilə başlayan  şeirdə  şifahi xalq ədəbiyyatımızın 

nəhəng olması ustad Ələsgərə  dərin məhəbbətini ifadə edən 

aşıq, S.Vurğunun həmişə, hər yerdə, hər ürəkdə məskən saldı-

ğından ürəkdolusu, səmimiyyətlə söz açır: 

 

Keçdim Dilicandan, aşdım Sevana, 



Söz qoşdum çonqura, neyə, kamana. 

Oxudu Gülbəniz, Şuşik, Manana: 

- Qafqazlı nəğməkar, Vurğun burdadır. 

 

El nəğməkarı mütaliəni çox sevir. İstər yazılı, istərsə də şi-



fahi  ədəbiyyatımızın klassik nümayəndələrini dönə-dönə oxu-

yur, təbliğ edir. Bunun nəticəsidir ki, onun yaradıcılığında klas-

siklərimizin təsiri hiss olunur. Aşığın bahar küləyinə müraciətlə 

yazdığı “De gəlsin” rədifli qoşmasını oxuyarkən istər-istəməz 

Nəbatini, Qasım bəy Zakiri yada salırıq: 

 

– Xahişim var səndən, bahar küləyi



Gözləyirəm, o canana de, gəlsin! 

Qanadlandı, qartal uçdu qayadan, 

Tərlan qalxdı asimana, de, gəlsin! 

 

Bu cür misraları çox göstərmək olar. Xalq şairi Osman Sa-



rıvəlliyə yazdığı  nəzirə, Ustad Ələsgər, Hüseyn Bozalqanlı, 

Qurbani, Aşıq Nəcəf çeşməsindən qidalanan fikrimizi sübut et-

məyə imkan verir. Bütün bunlara baxmayaraq Əkbər Cəfərovun 

ifaçılığı kimi, şeir yaradıcılığı da təqlidçilikdən çox uzaqdır. 

Aşıq öz şeirlərinə tələbkar yanaşır və bunu başqalarından da tə-

ləb edir: 




Aydın Çobanoğlu 

 

 



286

– Sözün də polada bənzəri vardır, 

Əridib mum kimi, əyən istərəm. 

Dərin kəlamları, sərt kəlmələri 

Şeir zindanında döyən istərəm. 

 

Əkbər Cəfərov öz sənətinə qəlbən bağlanan, onu ürəkdən 



sevən bir sənətkardır. “Dostunam, deyənin ona hörmətini ancaq 

sənətin qədrini bilməsində” görən aşıq, sənətə yüngül münasi-

bət bəsləyənləri “sənət bulağını bulandıranları”, ən başlıcası isə 

sənəti gəlir və  şöhrət mənbəyinə çevirənləri, sazı ancaq forma 

xatirinə əlinə götürüb özünü “aşıq” adlandıranları lənətlə dam-

ğalayır, onları imtahana çağırır: 

 

Sənətkar ağırdır, qız deyil süzə, 



Bacarır bircə yol saz çalsın bizə. 

Aşıqsa, mənimlə dursun üz-üzə, 

“Cəngi” də, “Misri” də cövlana gəlsin. 

 

Daldada yayxanıb bığın burmasın, 



Əkbər, çağır onu, gendə durmasın! 

Sənət bulağını bulandırmasın, –  

Kişidir, qoy, sənin qovğana gəlsin! 

 

Və ya 



 

Əkbər çox sevər ki, o sənətkarı –  

Şöhrətə uymasın, sənətkar olsun. 

 

Kitaba



 

aşığın kəlbəcərli

 

Əli Qurbanov



 

ilə


 

deyişməsi

 



 



daxil

 

edilmişdir. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə