Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə52/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   48   49   50   51   52   53   54   55   ...   92

Aydın Çobanoğlu 

 

 



290

şəbbüsləri maraq oyadır. O, klassik saz havalarımızla ayaqlaşa 

bilən altı hava qoşmuşdur. Maraqlıdır ki, “Azaflı dübeytisi”, 

“Azaflı  gəraylısı”, “Azaflı sarıteli”, “Mehribani”, “Sənəti” və 

“Azaflı dağları” el şənliklərində, konsertlərdə aşıqlarımıza tez-

tez sifariş verilir. H.Hüseynzadə “Azaflı dübeytisi”nin klassik 

havalardan bolluca istifadə olunaraq “düzəldildiyini” deyir. Əv-

vəla, eyni kök və pərdələrdə çalınan havaların az və ya çox də-

rəcədə oxşarlığı var. Hətta “Ağır  şərili” ilə “Yüngül şərili” və 

“Göyçə gözəlləməsi” o qədər yaxındır ki, çox sənətkar ifa za-

manı özü də hiss

 

etmədən bu havaların birindən digərinə keçir.



 

Həmçinin çox incə xallarla bir-birindən seçilən bu havaların hər 

biri müstəqil adla həyata vəsiqə almışdır. Eləcə də ifa üslubuna 

görə çox az fərqlənən “Dübeyti” havaları da (“Mirzə dübeytisi”, 

Zülfüqar dübeytisi”, “Borçalı dübeytisi”) klassik musiqi xəzi-

nəmizə daxil olmuşdur. İnanırıq ki, “Azaflı dübeytisi”nə Azaflı 

Mikayılın ifasında qulaq asanlar onu başqa havalardan fərq-

ləndiyini etiraf edərlər. Çünki tam mənimsənilmədikdə bir neçə 

ifaçı tərəfindən çalınan və ya oxunan yeni musiqi əlif şəkil alır. 

Çox vaxt aşıq musiqisi həvəskarları arasında belə bir mü-

bahisə yaranır: - Görəsən, 

 

 



  

 

balaban lazımdırmı? 

 

Bəziləri iddia edirlər ki, əsil aşıq balabansız oxuyar. Bəzi-



lər isə əksinə, aşığı balabansız təsəvvür edə bilmirlər. Birincilər 

haqlı olaraq qeyd edirlər ki, qədim zamanlardan ta yaxın vaxtla-

radək aşıqlar tək sazla çıxış etmişlər. Lakin onu unudurlar ki, 

bütün başqa sənətlər kimi aşıq sənəti də inkişaf edir, yeni mə-

ziyyətlərlə  zənginləşir. Balabançı  aşığı müşayiət edərkən onun 



Ömrün etməyəcək vəfa dedilər 

 

291



və sazın səsini üstələməməli, sazla pərdə-pərdə enib qalxmalı-

dır. Belə olduqda, o sazla möhkəm uyuşur, artıq görünmür. Eti-

raf edək ki, balaban çalanlarımızın əksəriyyətində bu gözəl key-

fiyyət yoxdur, onlar sazın səsini balabanın mənasız hay-küyü 

ilə itirirlər. Öz növbəsində  aşıq isə balabanın bu cür müşa-

yiətinə aludəçilik göstərir, beləliklə, yaxşı saz çalmaq bacarı-

ğından məhrum olur, bir çox hallarda isə saz “aşığ”ın  əlində 

forma xarakteri daşıyır. Bu cür vəziyyətin yaranmasına səbəb 

aşıqların tez-tez müxtəlif balabançılarla çıxış etməsidir. Bir 

aşığın çalğısına, barmağına öyrənən balabançı başqasının 

ifasına uyuşmur. Bu baxımdan aşıq Əkbər Cəfərovla balabançı 

Müseyib


 

Abbasovun

 

birgə


 

çıxışı bütün

 

sənətkarlara



 

örnək


 

ola 


bilər. Onlar 25 ildir ki, el şənliklərində, konsertlərdə bərabər çı-

xış edirlər. 

 

Mətn melodiyaya uyğun olmalıdır 

 

 Melodiyaya uyğun mətn seçmək aşıq ifaçılığının mühüm 



xüsusiyyətlərindən biridir.

 

Bu



 

zaman


 

iki şeyi nəzərə

  

almaq


 

vacib-


dir.

 

Birincisi,



 

məzmununa görə mətn

 

melodiyanı



 

 

tamamlamalıdır. 



Belə ki, qəmli melodiya üzərində nikbin ruhlu və

 

ya



 

əksinə, şaq-

raq oynaq hava üstündə sızıltılı, qəmli bir şeiri oxumaq əks təsir 

bağışlayır. 

 İkincisi,  şeirin növlərinə görə hava seçilməlidir. Məlum 

olduğu kimi divanilər “Baş divani” və “Ayaq divani”, müxəm-

məslər “Baş müxəmməs” və “Orta müxəmməs”, təcnislər “Təc-

nis” havaları üstə oxunur. Lakin qoşma və gəraylılar çox hava 

üstə oxuna bilər. Sənətkar burada məzmunla yanaşı  şeirlərin 

misra qurumlarına görə mətn seçsə daha effektli olar. Məsələn, 

“Hüseyni” havasının motivi 6+5, “Naxçıvanı” havasının motivi 



Aydın Çobanoğlu 

 

 



292

isə 4+4+3 bölgüdə yazılmış qoşmalar tələb edir. Bunlardan əla-

və, aşıq ifa zamanı improvizə yolu ilə mətndən əlavə  

 

aşıq gülləri 

 

adlanan


 

əlavə


 

beyt


 

və bəndlərdən,

 

bayatılardan



 

istifadə edir. 

Bunlar mahiyyət etibarı ilə mahnının psixoloji təsir gücünü ar-

tırmaq üçündür. Həmin beyt və  bəndlər, bayatılar məzmunca 

seçilmiş  mətni tamamlamalı, qüvvətləndirməlidir. Təəssüf ki, 

çox vaxt buna əməl edilmir, hətta bəzən beytlərin özü belə məz-

munca qüsurlu olur. Məsələn, gəraylılar “Gəraylı”, “Baş Sarı-

tel”, “Orta Sarıtel” və başqa havalar üstə oxunarkən tez-tez aşa-

ğıdakı əlavə beytləri eşidirik: 

 

   



 

Mələmə, ceyran, mələmə, 

 Qaş-gözünü sürmələmə /?!/ 

 

Sual olunur: bu “ceyran” həqiqi ceyrandırmı, yoxsa məca-



zi mənada işlənmişdir? Maraqlıdır, əgər bu həqiqi ceyrandırsa, 

o qaş-gözünü nə üçün sürmələməlidir? Yox, əgər, məcazi mə-

nada, gözəl mənasında işlənmişdirsə, o niyə mələməlidir? 

Mətndən əlavə, bayatılarda da qüsurlara yol verilir. Dəfə-

lərlə şahidi olmuşuq ki, Kərəmin əzab-əziyyətlərindən, sızıltıla-

rından söhbət açan aşıq “Yanıq Kərəmi” havası üstə “göynəyə-

göynəyə” belə bir bayatı oxuyur: 

 

Gül əllər, 



Ağ biləklər, gül əllər. 

Dəryaca ağlın olsa, 

Yoxsul olsan, güləllər. 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə