Aydın Çobanoğlu
270
Kollektivləşmənin ilk illərində kolxoza birinci yazılanlar-
dan biri də Nəcəf olmuşdur. Bununla yanaşı, o, bir təbliğatçı ki-
mi hər yerdə: toyda, məclislərdə, telli sazı və şirin sözü ilə ha-
mını bu xeyirxah işə dəvət etmişdir:
– Yazıldıq kolxoza min bir həvəslə,
Bu şən növraq, yeni həyat gözəldir.
Zəhmətə qatlaşıb şövqlə-şəstlə,
Ellər quran bu xoş büsat gözəldir.
Aşığın yaradıcılığının tədqiqi ilə əlaqədar olaraq arxiv sə-
nədlərini axtararkən bizə bir həqiqət məlum oldu: onun şeirləri
yalnız toy-nişan məclislərində səslənməmişdir. O, eyni zaman-
da 1930-1945-ci illər arasında “Revolyusiya i kultura” jurnalın-
da, “Kommunist”, “Ədəbiyyat qəzeti”, “Yeni yol” və başqa
mətbuat səhifələrində Vətənə, partiyaya, xalqımızın qəhrəman
oğullarına həsr etdiyi “Sən oldun”, “Partiya”, “Qızıl Ordu”,
“Papaninçilərə” və bir sıra müxtəlif şeirləri ilə çıxış edərək xal-
qın mübariz ruhunu oxşamağa çalışmışdır.
Əgər müasirləri Nəcəf Hüseynovu istedadlı bir şair, məla-
hətli səsi olan bir aşıq kimi tanıyırdılarsa, indiki nəsil onu dö-
yüşçü-aşıq, alovlu vətənpərvər kimi sevir. 1941-ci ildə ölkəmi-
zin üstünü qara buludlar alanda partiyanın çağırışına silaha sa-
rılmaqla cavab verən Odlar diyarının mərd oğulları sırasında
Aşıq Nəcəf də var idi. Onun telli sazı silahla əvəz olunmuşdu.
Nəcəf Alı oğlu 1942-ci il yanvarın 1-də Tovuz rayon hərbi
komissarlığı tərəfindən Gürcüstana göndərilmişdir. Bir aylıq tə-
lim məşqindən sonra, briqada Oryol ətrafında yerləşən 26-cı atı-
cı polkun tərkibinə daxil olmuşdur.
Ömrün etməyəcək vəfa dedilər
271
Aşığın döyüş yollarını öyrənmək məqsədi ilə Tovuz və
Qazax hərbi komissarlıqlarında olduq, bir neçə döyüş yoldaşı
ilə görüşüb söhbət etdik. Öyrəndik ki, Oryol və Kursk ətrafın-
dakı döyüşlərdə mərdliklə vuruşub.
Aşığın
döyüş
yoldaşlarından
Kamal Kərimov deyir:
“1943-
cü ilin əvvəlləri idi. Hissəmiz Kursk şəhərinin 30 kilometrliyin-
də yerləşirdi. Hər tərəf qar idi. Şaxta qılınc kimi kəsirdi. Bizə
düşmənin yaxında yerləşən müdafiə-siqnal məftillərini kəsmək
və faşist minalarını çıxarmaq tapşırılmışdı. Əməliyyatı yerinə
yetirməyə dörd həmyerli – Nəsir Nəsirov, Nəcəf Hüseynov, Ba-
ba Qədirli və mən gedirdik. Hamımız ağ geyimdə, əlimizdə mi-
naçıxardan sürünə-sürünə irəliləyirdik. Məftillərə xeyli qalmış
Nəcəf işarə ilə bizi dayandırdı, tək irəlilədi. O, axırıncı məftili
kəsəndə düşmən duyuq düşmüşdü. Lakin gec idi. Artıq bizim
ikinci eşalon özünü yetirmişdi. Vuruşma başlandı. Faşist ordusu
geri çəkilməyə məcbur oldu. Nəcəf bu döyüşdə yüngül yaralan-
dı, tez də sağalıb yenidən ön cəbhəyə qayıtdı. Polk komandiri
ona təşəkkür elan etdi”.
Aşıq Nəcəfin müharibə dövrü yaradıcılığını səciyyələndi-
rən sənədlər əsasən cəbhədən gələn məktublardır. Hər məktu-
bunda ümid, təsəlli dolu, qələbə ruhlu şeirlər vardır:
Namə gəlib oxuyuram,
Güllələrin arasında.
Bir gözüm düşmən axtarır,
Biri kağız qarasında.
Qələbə gününü səbirsizliklə gözləyən aşıq bu günün gələ-
cəyinə inanır, qəlbi azad, dinc həyat eşqi ilə çırpınır. Toy-nişan
Aydın Çobanoğlu
272
məclislərində sədəfli sazı, xoş avazı ilə yenə xalqın ruhunu ox-
şamağı arzulayırdı:
İlhamla dindirər sədəfli sazı,
Nəcəf yenə məclis açar, əzizim!
Nəcəf
Alı oğlu
1944-cü ilin iyul-avqust
aylarında
Omçansk
rayonunda
gedən
döyüşlərin birində
ağır
yaralanmış,
Bakıya hər-
bi xəstəxanaya göndərilmişdir. Sağ gözünü itirən şair-aşıq bir
neçə ay burada müalicə olunub, 1944-cü ilin oktyabrın 7-də axı-
rıncı cərrahiyyə əməliyyatından sonra qismən sağalmışdır. Mü-
alicə müddətində xəstələrin, tibb işçilərinin dərin hörmətini qa-
zanmışdır. Bunu tibb bacısı Sara Həsənovanın aşığın qohumu,
Əlimərdanlı kəndində müəllim işləyən Həmid Rəhimova gön-
dərdiyi məktub bir daha təsdiq edir.
Aşığın müharibədən sonrakı həyatı uzun sürməmiş, 1946-
cı il sentyabr ayının 20-də, yaradıcılığının çiçəkləndiyi bir dövr-
də, müharibədən aldığı yaradan vəfat etmiş və Əlimərdanlı kən-
dində dəfn edilmişdir.
Böyük qələbəmizin 30 illiyi ilə el şairinin 75 illik yubileyi
bir vaxta düşmüşdür. Ötən ilin son günlərində Əlimərdanlıda
təntənəli ədəbi-bədii gecə keçirilmişdir. Aşığın həmyerlilərinin
– gənc şairlərin, Aşıq Əkbərin, balabançı Müseyib Abbasovun
və məktəblilərin çıxışları hərarətli alqışlarla qarşılanmışdır. Bu,
el şairinə dərin xalq məhəbbətinin ifadəsi idi.
“Sovet kəndi”
qəzeti, 20.03.1975
Ömrün etməyəcək vəfa dedilər
273
SAZLI, SÖZLÜ NƏĞMƏKARLAR
Respublikamızın Əməkdar mədəniyyət işçisi, Gənclərin
və tələbələrin VI Ümumdünya festivalının laureatı aşıq Əkbər
Cəfərov və onun rəhbərlik etdiyi “Aşıqlar” ansamblı tamaşaçı-
ların rəğbətini qazanmışdı.
Aşıq Əkbər Cəfərov 1961-ci ildən Tovuz rayon Mədəniy-
yət Evində “Aşıqlar” ansamblına rəhbərlik edir.
Ansamblın üzv-
ləri tez-tez Tovuz və qonşu rayonların kəndlərində, tarla və fer-
ma işçiləri qarşısında çıxış edir, oğlan və qızları əməkdə hünər
göstərməyə səsləyir.
Görkəmli saz və söz ustalarının Bakıda da pərəstişkarları
çoxdur. Bu günlərdə Əkbər Cəfərovun rəhbərlik etdiyi “Aşıq-
lar” ansamblının M.Maqomayev adına Azərbaycan Dövlət Fi-
larmoniyasında təşkil olunmuş konsert proqramında bunun bir
daha şahidi olduq. Ansamblın üzvləri elə ilk dəqiqələrdən ta-
maşaçıların qəlbini ələ ala bildilər.
Aşıq Əlixan Niftəliyev hələ gəncdir. Aşıqların dili ilə de-
sək, “bərkdən-boşdan” çıxmayıb, “qıfılbəndlər” açmayıb. An-
caq onun özünəməxsus ifaçılığı, saz və sözün ahəngdarlığı, qə-
dim el havalarının dürüst ifa tərzi tamaşaçıların xoşuna gəldi.
Deyirlər, hər aşıq öz ustadına görə tanınır, ustad barmaqla-
rının saza yatımı, havalara görə sözlərin seçilməsi bilavasitə şa-
girdlərinə də sirayət edir. Bütün bu xüsusiyyətləri özündə cəm-
ləşdirən aşıq Əlixan ustadı Aşıq Əkbəri kor-koranə təqlid etmir,
hər havada özünəməxsus çalarlar tapmağa müvəffəq olur.
Eyni xoş sözləri Aşıq Əkbərin başqa bir yetirməsi – Ələs-
gər Tağıyev haqqında da demək olar.
Dostları ilə paylaş: |