Aydın Çobanoğlu
244
ÖZBƏKİSTAN SƏFƏRİ
XARƏZM VİLAYƏTİ, XİVA şəhəri
27.05.1989
Görkəmli özbək baxşısı Bala-Baxşı Abdullayevin 90 illi-
yini elliklə bayram edirlər. Dəvət olunmuşam. Təyyarə elə vaxt
yerə endi ki, təntənəli yubiley görüşünə iki saat gecikdim. Buna
baxmayaraq, daha iki saat iştirak edə bildim. Elə səhnədəcə ilk
görüşdüyüm ikinci katib Nadirbəy Atacanov, professor Məlik
Muradov, Gövhərxanım Rəhimova, professor Ağanəzər Mədfə-
ximov, Xivanın demək olar ki, bütün ağsaqqalları, Türkmənis-
tan və Tacikistandan gələn qonaqlar öz sözlərini demişdilər.
Mən el ağsaqqalı, gözəl sənətkar Bala-Baxşını Azərbaycan xal-
qı, Azərbaycan aşıqları, Xalq şairi Hüseyn Arifin adından təbrik
edib, Daşhavuz–Xiva yolunda yazdığım şeiri söylədim. İrəlicə-
dən planlaşdırdığımız kimi onu Birliyimizin fəxri üzvlüyünə
qəbul edib, döş nişanını və hədiyyəni verdim.
Azəri elindən 90 yaşına
Gəlmişəm deməyə söz, Bala-Baxşı!
Çox şükür, görürəm, sənət mülkünə
Qoyubsan əbədi iz, Bala-Baxşı!
İstəmə bir özgə dövləti, varı,
İgid oğlanlardı ömrünün barı.
Narbiynən Yetmişboy çalanda tarı,
Gözəl qarşıladıq biz, Bala-Baxşı!
Çobanoğlu bu ellərə vuruldu,
Telli sazı sinəsində quruldu.
Ömrün etməyəcək vəfa dedilər
245
Dost yolunda, demək olmaz, yoruldu,
90 azdı, görək 100, Bala-Baxşı!
Daha sonra şənlik Bala-Baxşının evində gecə 1-ə qədər
davam etdi.
28.05.1989
Ertəsi gün Xiva şəhərində Bala-Baxşının 90 illiyinə həsr
olunmuş folklor bayramına gəldik. “İçən-kala” (İçərişəhər)
önündə folklor bayramının açılışı oldu. Eyni ilə bizim “İçərişə-
hər”i xatırladır. Xalqlar arasında doğmalıq, dildəki oxşarlıq, gö-
rünür, memarlığa da sirayət edib. “İçən-kala”da beş yerdə səs-
gücləndiricilər qurulub. Müxtəlif özfəaliyyət kollektivləri iste-
dadlarını nümayiş etdirirlər. Maraqlıdır ki, bu kollektivlərdə 90-
100 yaşlı qocalar da cavanlıq həvəsi ilə oynayırlar. Könül açan
kollektivlədən biri də Urqenç rayon Mədəniyyət Evinin “Şahsə-
nəm” xalq etnoqrafik folklor mahnı və rəqs ansamblıdı. Bədii
rəhbəri Roza Adambayevadır. Özbəkistan SSR Xalq artisti
Gövhər xanım Rəhimova özünü saxlaya bilmir, həvəslə rəqslərə
qoşulur. “Arazbam” və “Dastan” folklor-etnoqrofik ansamblları
öz məharətlərini göstərirlər.
Bayramda çıxışlarım xoşlanılır və məni “Şahsənəm” kol-
lektivi Yanşarıx rayonunun “Moskva” kolxozuna (Çıkarçı qışla-
ğı) toya dəvət edirlər. Etiraz etmirəm. Hər elin bir adəti olar,
görmək, eşitmək pis olmaz.
Bir xeyli dincəldik (dəm aldıq). Axşam saat 7-də toy baş-
lanır. Başkaruçu (toy bəyi) bəylə gəlinə öz xeyir-duasını verir.
150-200 metrlik bir ərazidə stollar düzülüb. Qışlağın əsas yolu
bağlanıb. Həyətə bu qədər adamı sığışdırmaq olmaz. Bəylə gəli-
Aydın Çobanoğlu
246
ni dörd nəfər kəlağayı altında gətirir. Hamının yanından keçirir-
lər. Sanki qonaqlara, – sağ olun, xoş gəlmisiniz, – deyirlər.
Başqa toylardan fərqli olaraq bura bir neçə dəstə çalğıçı da
dəvət olunub. Bizim Bakı toyları kimi növbə ilə hamı oxuyur.
Mənə də söz verilir. Təbrik edib onları Azərbaycan mahnı çə-
ləngi ilə salamlayıram. Çox sakit və səssiz qulaq asırlar. Həd-
dən artıq bizim mahnılara vurğundurlar.
Gecə saat 12-də meydana pəhləvanlar gəlir. Əsil güləş ge-
dir. Çətin mübarizədə pəhləvanlardan biri qalib gəlir və ona ev
sahibi bir qara qoç bağışlayır. 1500-dən artıq adam bu toyda iş-
tirak edir.
Meydana ikinci pəhləvan dəstəsi çıxır. Güləşənlər əsil id-
man ustasıdırlar. Yenə qalibə hədiyyə verilir. Qonaqlar pul ve-
rirlər.
Toyun musiqiçiləri ilə ünvanlaşırıq.
29.05.1989
Gecəni Ulu bəyin evində qalıb, səhər tezdən Xivaya qayı-
dıram. Usta Baxşı ilə, onun oğulları ilə birlikdə Xivadan 260
km. aralıda yerləşən “Aşıq Aydın” pirinə ziyarətə getməliyik.
“Xarəzm” mehmanxanasında mənim üçün ayrılmış otaqda
dincəlirəm.
Axşam saat 10.20-də məni oyadırlar. Prof. M.Muradov,
şəhər mədəniyyət bölümünün rəisi Dövlətnəzər Yusupov, Xiva
kolxozunun rəisi Mətmuradov gəlmişlər. Şam yeməyini
Mətmu-
radovun evində yeyib,
bir qədər söhbətləşdikdən sonra
mehman-
xanaya gəlib dincəlirəm.
Ömrün etməyəcək vəfa dedilər
247
30.05.1989
“Aşıq Aydın” pirinə ziyarətə yollanırıq. Məni çəkib apa-
ran aşığın pirə çevrilməsi, belə bir ulu ziyarətgaha dönməsidir.
Əvvəllər Xarəzm respublikasına baxan bu yerlər indi bölünüb,
yarı
Türkmənistana,
yarı
da
Xarəzm
vilayətinə
çevrilib.
Pir
də köh-
nə Urqenq rayonunun (Türk.
SSR) ərazisidir.
Qoşkopur,
Taşauz,
Taxta və Leninsk rayon və şəhərlərindən ötüb getmək lazım gə-
lir. Maşın sahibi Məşrəb bəy, Bala-Baxşı ata, Narbəy, onun hə-
yat yoldaşı Məhəbbət xanım, oğlu Nadirbəy və
Maşranbəyin oğ-
lu dörd yaşlı Cövlanbəy söhbətləşə-söhbətləşə
gedirik.
Leninski-
də Baxşı atanın göstərişi ilə maşını bir evin qarşısında saxlayı-
rıq. Zarafatla soruşuram: – Pir buramı? Baxşı ata gülüb deyir ki,
dost evi də pir kimidir. Düz 80 il dönmədən bu yerləri at belin-
də dolanıb avaz vermişəm (çalıb-oxumuşam).
Xudahafizləşib qalxırıq. İndi maşını mən sürürəm.
Bəxtim-
dən yol çox xarabdı. Maşının isə amartizatorları yoxdur. Birdən
maşın
çalaya
düşür,
Baxşı ata
“of”
deyib inildəyir.
Utanıram əziy-
yət verdiyim üçün. Lakin mənim günahım azdı bu işdə. Ona gö-
rə günahımı yumaq üçün maşındaca aşağıdakı şeiri söyləyirəm.
Yarı özbək, yarı azəricə:
– Halınızı düşünəmiz,
Əziyyətin çoxdu, ata!
Yollar yaman, maşın nasaz,
Məndə günah yoxdu, ata!
Xoş bir uğura varamız,
Əcaib yerlər görəmiz.
Şu “Aşıq Aydın” pirimiz,
Yaman gözə oxdu, ata!
Dostları ilə paylaş: |