Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə37/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   33   34   35   36   37   38   39   40   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

227



 

 

 



 

 

 



 

 

 



 

 

SßFßR 



TßßSSÖRATLARI 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Aydın Çobanoğlu 

 

 



228

 



Ömrün etməyəcək vəfa dedilər 

 

229



 

40 GÜN HİNDİSTANDA 

 

1988-ci ilin payızında Sovet mədəniyyət və incəsənət us-

talarının

 

böyük



 

bir


 

qrupu


 

Hindistana

 

hazırlaşırdı. Nümayəndə



 

he-


yətinin tərkibinə daxil olmaq xəbərini eşidəndə  hədsiz sevin-

dim. Hindistanı gəzmək, onun qədim abidələrinə tamaşa etmək

milli adət və ənənələri ilə yaxından tanış olmaq, həzin musiqisi 

ilə qəlbimizi riqqətə gətirən sənətkarlarla, qara xallı hind gözəl-

ləri ilə üzbəüz əyləşib söhbət etmək, Azərbaycan musiqisi barə-

də onlarda təəssürat yaratmaq mənim çoxdankı arzum idi. Bu 

səfərimizi, bir növ SSRİ xalqlarının folklor bayramı da adlan-

dırmaq olardı. Dörd yüz nəfərlik nümayəndə heyətinin tərkibinə 

SSRİ-nin ən populyar folklor ansamblları daxil edilmişdi. Azər-

baycan milli musiqisini başda bəstəkar Həsən Adıgözəlzadə ol-

maqla on üç nəfər təmsil edirdi. 

“İl-86”- da Moskvadan Daşkəndə, oradan da Dehliyə uç-

duq. Yol boyu şirin söhbət edə-edə vaxtın necə gəlib keçdiyini 

hiss etmədik. Bir də onda eşitdik ki, təyyarəmiz Dehlidəki Bey-

nəlxalq aeroporta enir.  

Aeroportda bizi çox səmimi qarşıladılar. Avtobusa əyləşib 

yeni Dehlidəki “Samrat” otelinə getdik. Üç gün sonra bizi 

“Aşok” otelinə köçürdülər. SSRİ-dən gələn bütün folklor qrup-

larını burada yerləşdirmişdilər. 

Hindistanla ilk tanışlığımız “Qırmızı ford”a (Qırmızı qala) 

ekskursiyadan başladı. Oktyabrın 6-da Hindistan televiziyası, 

oktyabrın 7-də isə  Mərkəzi televiziyanın “Zaman” xəbərlər 

proqramı üçün çəkiliş oldu. Oktyabrın 8-dən etibarən Hindistan 

musiqisevərləri qarşısında müntəzəm çıxış etməyə başladıq. 




Aydın Çobanoğlu 

 

 



230

Folklor bayramının açılışı olduqca təntənəli keçdi. Mey-

danda “iynə atsan yerə düşməzdi”. Ayağı yer tutan konsertə 

gəlmişdi. Həmin gün ilk dəfə konsert verdik. Qeyd edim ki, bizi 

yeddi qrupa bölmüşdülər və hər qrupun ayrıca marşrutu, təsdiq 

olunmuş konsert proqramı vardı. Bizim “Odlar yurdu” “Siver-

ko” (Arxangelsk), “Daşkənd ritmləri” (Əndican vilayəti), “İzva-

raş”


 

(Moldaviya SSR),

 

“Orlovskiye suvenirı”



 

(Oryol  şəhəri)

 

və 


“Rotali”

 

(Latviya SSR)



 

folklor


 

kollektivləri

 

ilə birgə



 

çıxış


 

edirdik. 

“Odlar yurdu”nun tanınmış muğam ustaları Səxavət Məm-

mədov və  Ağaxan Abdullyev, tarzən Möhlət Müslümov, ka-

mançaçalan Fəxrəddin Dadaşov, zurnaçalan Nurağa Rəhmanov 

(Dəvəçi rayonu “Çıraqqala” folklor ansamblının solisti), rəq-

qaslar Xoşqədəm Qasımova, Ramiz Eynullayev və başqaları 

təmsil edirdilər. 

Hind xalqı musiqini hədsiz sevir. Bəlkə elə buna görə də 

onlarda tamaşaçı mədəniyyəti çox yüksək səviyyədədir. Ən bö-

yük konsert salonlarında biz bunun dəfələrlə şahidi olduq. Ələl-

xüsus da bizim musiqiçilərin ifasında hind melodiyalarını  eşi-

dəndə ayağa qalxıb bizə o ki, var əl çalırdılar. Azərbaycan mu-

siqisi harada ifa olunurdusa, ürəkləri ovsunlayırdı. Mübaliğəsiz 

deyə bilərəm ki, bizə böyük həvəslə qulaq asırdılar. Musiqimiz-

lə hind musiqisi arasındakı bənzərlik, yaxınlıq bizə böyük mü-

vəffəqiyyət qazandırdı. 

Bir dəfə Aqra şəhərinin mədəniyyət sarayında Səxavətlə 

Ağaxan “Heyratı” ritmik muğamını ifa edirdilər. “Heyratı” hə-

qiqi mənada salonda əyləşənləri heyrətə gətirmişdi. Sanki onlar 

haraya gəldiklərini unutmuşdular. Muğam ifa olunub qurtaran 

kimi salonda qəribə bir canlanma əmələ gəldi. Hamı fikirləşir-

miş ki, yəqin “Heyratı” bu günkü konsertin son akkordudur. 



Ömrün etməyəcək vəfa dedilər 

 

231



Konfransın elanından sonra salonu tərk edənlər də təzədən dala 

qayıtdılar. 

Xaricdə uzun müddətli səfərdə olmamışdım. Hindistanda 

keçirdiyim qırx gün mənə  qırx il qədər uzun göründü. Vətənə 

qayıtmaq həsrəti ürəyimdə qövr edirdi. O biri yoldaşlarımın hə-

rəkətlərində, söz-söhbətlərində də nəsə bir nisgil hiss olunurdu. 

Darıxırdıq Vətən üçün. 

Kəlküttə şəhərində səhər yeməyi zamanı həmyerlimiz Ta-

riyellə (heyf ki, familiyasını dəftərçəmdə qeyd etməmişəm) tə-

sadüfən tanış olduq. O, Mədrəsdə Sovet səfirliyində tərcüməçi 

işləyir, on bir aydır ki, buradadır. Xoş-beşdən sonra “Eloğlu,” – 

dedim, – Azərbaycan üçün darıxmırsan ki?!” “Eh, Aydın, – de-

di, – Vətəndə olanda, vallah, “pirimizə təpik atırıq”. Elə ki, bir-

cə addım uzaqlaşdıq, başlayırıq qəribsəməyə. Vətən üçün, qo-

hum-qardaş üçün, Azərbaycan üçün burnumun ucu göynəyir. 

Nə yaxşı ki, sizinlə rastlaşdım”. 

Sonra Tariyellə birgə şəkil çəkdirdik, musiqi afişalarımız-

dan birini ona bağışladıq. 

Hindistanda olduğumuz günlərdə iyirmi üç dəfə konsert 

verdik, həmişə  də bolluca dinləyici alqışı qazandıq. Hindistan 

televiziyası və radiosunun reportyorları, qəzet və jurnal müxbir-

ləri bizdən tez-tez müsahibə götürürdülər. Bir dəfə fasilə zama-

nı Hindistan Radiosunun müxbiri Pradin Misara bizə yaxınlaşıb 

müsahibə verməyi və bir musiqi parçası səsləndirməyi xahiş et-

di. Mənim ingiliscə cavabım müxbirin xoşuna gəldi. Ertəsi gün 

efirdə (2 noyabr)

 

Azərbaycan



 

musiqisi


 

səsləndiriləndə

 

qəlbimiz


 

ehtizaza


 

gəldi. Yerli qəzetlərdə dəfələrlə haqqımızda məqalə və 

fotoşəkillər dərc edildi. 

Boş vaxt tapan kimi Hindistanın qədim və görməli yerləri-

nə səyahətə çıxırdıq. Aqra, Trivandrum, Bubenaşvara, Kəlküttə, 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə