Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə36/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   32   33   34   35   36   37   38   39   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

219



   

AY XİTAB 

 

Həkim dostum, nakam ömürlü, 



professor Xitab İsmayılovun əziz xatirəsinə 

 

Getdi bir gərəkli oğlu dağların, 

Qıydı, dedi, dil bu qəmi, ay Xitab! 

Getdi dağ ürəkli oğlu dağların 

Gözləməzdi el bu qəmi, ay Xitab! 

 

Dağ vüqarlı şirin canı itirən, 



Sənin kimi mehribanı itirən, 

Bir vücudda üç insanı itirən 

Silərmi gözündən nəmi, ay Xitab! 

 

Şəfalı əllərin şəfası yoxdu, 



Sənsiz bu dağların səfası yoxdu. 

Demə dostlarının vəfası yoxdu, 

Yığılıb gəlibdi cəmi, ay Xitab! 

 

Gül ömrünə döndü ömrün bağçada, 



Nəyə lazım, pul da, mal da, bağça da, 

Sənsiz qalan ev də, bağ da, bağça da, 

Oldu biçilməmiş zəmi, ay Xitab! 

 

Çobanoğlu, nurlu ömür az oldu! 



Əməllərin bir çiçəkli yaz oldu. 

Həmdəmin sevdiyin telli saz oldu

Qoy, ağlasın bir “Dilqəmi”, ay Xitab! 

    



Aydın Çobanoğlu 

 

 



220

 

GƏLDİ 



 

Yunis Qəhrəman oğlu Rzayevin 

əziz xatirəsinə 

   

 

 



 

 

 



Nə bəd xəbər idi, ay Yunis qağa! 

Ömrün zəmanənın nəfsinə gəldi. 

Vaxtından tez gələn bu səs, bu nalə 

Cümlə dost-tanışın dəstinə gəldi. 

 

Dost ölümü canda yara bağladı, 



Qövr elədi, ürəyimi dağladı. 

Qohum-qardaş ağı deyib, ağladı, 

El yığıldı, şivən səsinə gəldi. 

 

Ah çəkdi yaxının, vay dedi yadın, 



Olmadı hesabı, sayı fəryadın. 

Gün kimi aləmi bürüyən adın, 

Yoxsa, nəzərlərin nəhsinə gəldi?! 

 

Arzuları yel qanadlı oğullar, 



Ər qeyrətli, ər inadlı oğullar. 

Elcanlı, şöhrətli, adlı oğullar, 

Bu namərd ölümün bəhsinə gəldi. 

 

Ellərin çiçəkli, yaz məclisində, 



Oğul məclisində, qız məclisində. 

Görüşməli idik söz məclisində

Əfsus, Aşıq Aydın yasına gəldi! 



Ömrün etməyəcək vəfa dedilər 

 

221



 

 

 

 

 

 

   

 

 

 

 

   



   

 

 

NßÜMßLßR 



 

 

 



 

 

 



 

 



Aydın Çobanoğlu 

 

 



222

 



Ömrün etməyəcək vəfa dedilər 

 

223



 

AYGÜNÜM 

 

İlk övlad sevinci Aygünümün titrək əlləri ilə yazdığı 



 məktubuna səpələnən göz yaşlarına 

 

Anan hər axşam-səhər, 

Yolunu gözlər, Aygün! 

Dilavər qızım, deyə, 

Səni əzizlər, Aygün! 

 

  Nəqarət 

 

Gəl, şirinim, Aygünüm, 



Gəl, şəkərim, Aygünüm! 

Şəfəqlərə bürünmüş 

Al səhərim, Aygünüm! 

 

Oxu, Səyyad qardaşın 



Səsinə versin haray. 

Gen açsın qol-qanadın 

Aytəkin, Aytən, Günay. 

 

Aydının əziz qızı,  



Nərgizin balasısan. 

Bağların gül-çiçəyi,  

Dağların lalasısan. 

 

   



 

 

Bakı şəhəri, 



1982-ci il 

 



Aydın Çobanoğlu 

 

 



224

   


 

AYTƏN, ORXAN VƏ ZEYNƏB 

 

Bağçada çiçəkdilər 



Aytən, Orxan və Zeynəb. 

Nə gözəl, göyçəkdilər 

Aytən, Orxan və Zeynəb. 

 

Zəmilərdə laladır, 



Dağ başında qaladır. 

Şirin-şəkər baladır 

Aytən, Orxan və Zeynəb. 

 

Gah küsər, boynun burar



Gah uçunar, gah durar. 

Nəğməylə yatıb durar 

Aytən, Orxan və Zeynəb. 

 

Bir yol görüb cəmisi, 



Aşıq Aydın əmisi. 

Sanki buğda zəmisi 

Aytən, Orxan və Zeynəb. 

 

 



 

 

 



Bakı şəhəri, 

30.01.1988 


Ömrün etməyəcək vəfa dedilər 

 

225



 

 

 



GÖZƏLLƏR OLMASAYDI 

 

Qəddini əyərdi dünya, 



Qara geyərdi dünya. 

Quru müqəvva kimi 

Nəyə dəyərdi dünya, 

Gözəllər olmasaydı?! 

 

Ah-aman ərşə çatar, 



Naləsi yeri tutar. 

Aşıqlar yasa batar

Sazlar qan ağlayardı, 

Gözəllər olmasaydı. 

 

Ocaq közdən düşərdi, 



Dodaq sözdən düşərdi. 

Varlığı heçə dönüb, 

Həyat gözdən düşərdi, 

Gözəllər olmasaydı. 

 

Gözümüzdə qəm-kədər, 



Ömür keçərdi hədər. 

Laylamız itib gedər, 

Sinəmiz dağlanardı, 

Gözəllər olmasaydı. 




Aydın Çobanoğlu 

 

 



226

Kim olardı anamız? 

Kim olardı sonamız? 

Qırılıb inamımız, 

Qapımız bağlanardı, 

Gözəllər olmasaydı. 

   

 

 



 

 

 



 

26.09.1988 

 

 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə