Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə32/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   28   29   30   31   32   33   34   35   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

193



 

MANAF BƏY 

 

Haqverdi Manaf oğlunun 



nəvəsinin ad gününə 

 

Deməyin ki, nə yaşı var, nələr görüb Manaf bəy, 

Hansı bağa bağban olub, barın dərib Manaf bəy. 

Sinə gərib, çəpər çəkib qəm-qüssənin önünə, 

İki ildi, neçə evdə sevinc görüb Manaf bəy. 

 

Bir tərəfi Qazax eli, bir tərəfi Tovuzdu, 



Dədəm Qorqud nəvəsidi, Oğuz oğlu oğuzdu. 

Əlində bir telli sazdı, bir də qələm-kağızdı, 

Sazla, sözlə çox adamın dərsin verib Manaf bəy. 

 

Babasının atasıdı, atasının babası, 



Uzaq olsun qalmaqalı, uzaq olsun xatası. 

Qoy, tökülsün nadanların ürəyinə qadası, 

Çobanoğlu toyun edər, olmaz qərib Manaf bəy! 

 

   



 

04.01.1991 


Aydın Çobanoğlu 

 

 



194

 

AYDIN GƏLİBDİ 

 

Dostum Aydına 

 

Ad gününü təbrik üçün bu sabah 



Tər gülləri dənə-dənə yığmışıq. 

Könlümüzə bal süzüldü havadan, 

Bu dağları birnəfəsə çıxmışıq. 

 

İlqar ömrü məhəbbətə sürüyüb



Duman keçib, yağış yağıb, kiriyib. 

Hərdən qəm də ayaq tutub, yeriyib, 

Sinəsindən itələyib yıxmışıq. 

 

Dilimizdə əziz adın gəlibdi, 



Qohum-yaxın, ögey-yadın gəlibdi. 

Aydın, məclisinə Aydın gəlibdi, 

Əlli yaşın əllərini sıxmışıq! 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

195



   

QARDAŞIM 

 

Qarslı dostum aşıq 



Murad Çobanoğluna 

 

Mübarək məktubun gəldi, yetişdi, 



İşıqlandı könlüm, gözüm, qardaşım! 

Elə bildim, bağda bülbül ötüşdü, 

Dilə gəldi sazım, sözüm, qardaşım! 

 

İlqarlı dost imanımdı, dinimdi, 



Xoş günümdü, xoş sədamdı, ünümdü. 

Elə bildim, bütün dünya mənimdi

Alovlandı odum, közüm, qardaşım! 

 

Sən Çobanoğlusan, mən Çobanoğlu, 



Sən də od oğlusan, mən də od oğlu. 

Biz görüşsək, fərəhlənər yad oğlu?! 

Gəl, görüşək, gülsün üzüm, qardaşım! 

 

   



 

 

Bakı şəhəri, 

1990-cı il 

 

 



 

 

 



 

 

 



 

 

 




Aydın Çobanoğlu 

 

 



196

 

NƏ YAMAN DÜŞMÜSƏN 

 

Aşıq Ulduza 

 

Başına döndüyüm, Maqsud əfəndi



Nə yaman düşmüsən seyrinə sazın?! 

Rəssam təxəyyülü, qələm qeyrəti 

Nə gözəl çəkibdi rəsmini qızın. 

 

Başındadı o dağların havası, 



Yerli-yerindədir zəri, zibası. 

Anadan gəlmədi gülü, butası, 

Ulduzdan gözəldi özü Ulduzun. 

 

Sərrafam, seçirəm səhvi, doğrunu, 



Mən olmuşam bu yolların yorğunu. 

Çobanoğlu inci, mərcan vurğunu, 

Elə bil, bələnib ətrinə yazın. 

 

   



 

 

 



 

07.09.1992 


Ömrün etməyəcək vəfa dedilər 

 

197



 

İLYAS TAPDIQ 

 

Şair İlyas Tapdığa 



 

Yoldaş olduq, bələd oldum halına, 

Nəşədi, ələmdi bu İlyas Tapdıq! 

Bu dağların sinəsində göyərən 

Ahımdı, naləmdi bu İlyas Tapdıq! 

 

Arzusu çox, marağı çox, sözü çox



Qəlbi təmiz, könlü ayna, gözü tox. 

Bu dünyadan təmənnası zərrə yox, 

Özgə bir aləmdi bu İlyas Tapdıq! 

 

Hüseyn Arif qonaq gəlib elinə, 



Məruz qalıb yurdu yazın selinə. 

Yaman düşüb Aşıq Aydın dilinə, 

Sehrli kəlamdı bu İlyas Tapdıq! 

 

 




Aydın Çobanoğlu 

 

 



198

   


 

 

 



DEYƏCƏKLƏR 

 

Şair Sücaətə 

 

Ay Sücaət, açıq desəm dərdimi, 



Düşüb ürəyinə xal, deyəcəklər! 

Deyib-danışmasam gördüklərimi, 

Deyəsən, olubdu lal, deyəcəklər. 

 

Bəxtinə yazılan boransa, qarsa, 



Xeyri yox, yaz gəzib özünü yorsa. 

Qismətin yeyinsə, hörmətin varsa, 

Zəhər kəlmənə də bal deyəcəklər. 

 

Aydınam, haqqım yox, həyatdan bezim. 



Niyə gül açmasın cığırım, izim?! 

Yatsa ürəklərə söhbətim, sözüm, 

Aşıq, bir gecə də qal, deyəcəklər! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Ömrün etməyəcək vəfa dedilər 

 

199



 

ARİF SEGAH OXUYANDA 

 

Xalq artisti Arif Babayevə 

 

Gah çağlayan, gah ahəstə, 



Min hikmət var bu nəfəsdə. 

Bülbül mat qalar qəfəsdə, 

Arif “Segah” oxuyanda. 

 

Leyli cilvələnər bir də, 



Məcnun yenə düşər dərdə. 

Kərəm yanar pərdə-pərdə

Arif “Segah” oxuyanda. 

 

Fizulinin söz dünyası, 



Od dünyası, köz dünyası. 

Heyran qalar saz dünyası, 

Arif “Segah” oxuyanda. 

 

Dil açar Aydının sazı, 



Gözəllər eləyər nazı. 

Məclis əhli qalar razı, 

Arif “Segah” oxuyanda. 

 

 



 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə