Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə28/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   24   25   26   27   28   29   30   31   ...   92

Aydın Çobanoğlu 

 

 



168

Mən bilirəm, düşünürsən

Niyə buxovludur Araz?! 

Sinəsində sərhəd dağı, 

Niyə sərbəst deyil Araz?! 

İnanıram, gün gələcək, 

Xan Arazın sinəsində 

Məskən salan o sərhəddi, 

Araz özü yuyacaqdır. 

Ovacaqdır 

İçin-için, altdan-altdan. 

İnanıram, çünki onun, 

Mən bələdəm, sularının 

Təlatümlü anlarına. 

Qranitdən möhkəm olan, 

Qayalarla 

Bəhsə girən anlarına. 

İnanıram, gün gələcək, 

Sərhəd özü olacaqdır 

Xan Arazın sinəsində 

Yoxa çıxan, itən-batan! 

İnanıram... 

 

Bax o zaman bütövləşib



Sevinəcək, birləşəcək, 

Öz-özünü 

İkiləşən Vyetnamçün, 

Parçalanan Berlin üçün, 

Məlhəm edən, Təbriz oğlu! 

İnanıram, inanıram, 

İnanıram, sən də inan! 

 

 



 

 

Bakı şəhəri, 



26-27.05.1981 

 

 


Ömrün etməyəcək vəfa dedilər 

 

169



 

GÜLNARƏ 

 

Dostum Teymur müəllimin böyük qızı Gülnarənin 10 yaşına 



 

Evin bini, bərəkəti, 

Tavağı, sacı Gülnarə. 

Ocağın qızıl dirəyi, 

Məkkəsi, Hacı Gülnarə. 

 

Teymurun dini, imanı, 



Nərgizin damarda qanı. 

Qoşqarın şöhrəti, şanı, 

Aynura bacı Gülnarə. 

 

Aydın deyər: – ondu yaşın, 



Bundan belə düşün, daşın. 

Yaranıb Qoşqar qardaşın, 

Başının tacı, Gülnarə! 

 

  



 

 

Bakı şəhəri, 

19.05.1982 

 

 



 

 

 



 

 

 



 

 

 




Aydın Çobanoğlu 

 

 



170

 

AYNUR 

 

Dostum Teymurun əziz qızının 3 yaşına 

 

Aydan nur almısan, Günəşdən ziya, 



Mehriban, gülərüz, şirindil Aynur! 

Ana nəvazişli, ata kölgəli, 

Tez boy at, pərvazlan, danış, gül, Aynur! 

 

Sən dağlar qızısan, gəl, çıx dağlara, 



Dəysin qədəmlərin göy yaylaqlara! 

Toxunsun dodağın buz bulaqlara

Sevinsin səninlə oba, el, Aynur! 

 

Üç bahar keçibdir ömründən, üç yaz, 



Hüsnünə bir şeir deməsəm, olmaz. 

Aydınam, dil açır sinəm üstə saz, 

Sənə nəğmə deyir incə tel, Aynur! 

 

   



 

 

 



 

Bakı şəhəri, 

09.09.1980 

   

 

 

 

 

“Abşeron” qəzeti, 

01.07.1982 

 

 



 

 

 



 

 

 



 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

171



 

GƏLMİŞƏM 

 

Məlahət Yusifqızının “Gəlmişəm” şeirinə 

 

Başına döndüyüm “şahın kənizi”, 



Qulluğunda qul olmağa gəlmişəm. 

Lazım deyil özgə ocaq, özgə od, 

Bu ocaqdan qor almağa gəlmişəm. 

 

Sevənlərdən bir müqəddəs ad alıb, 



Şirin-şəkər dodaqlardan dad alıb, 

Öz naləmdən, öz ahımdan od alıb, 

Yanıb-yanıb qaralmağa gəlmişəm. 

 

Mən Çobanoğluyam, əhdi, sözü düz, 



İlqarı düz, peymanı düz, özü düz. 

Çək kösövü, sinəm üstə közü düz, 

Kərəm kimi kül olmağa gəlmişəm. 

 



Aydın Çobanoğlu 

 

 



172

 

DOYUNCA 



 

Şair dostum Məmməd İsmayıla 

 

Şair qardaş, gəl, bürünək dumana, 

Seyrə çıxaq bu dağlara doyunca! 

Məbəd kimi diz qatlayaq önündə

Səcdə qılaq bulaqlara doyunca. 

 

Gəzək çəmənini, tala-düzünü, 



Cilovlayaq gədiklərin özünü. 

Sinəmizin alov saçan sözünü, 

Gəl, köçürək varaqlara doyunca. 

 

Uca tutaq ana yurdun adını, 



Sevindirək yaxınını, yadını. 

Qəlbimizin atəşini, odunu 

Töhfə edək qonaqlara doyunca. 

 

Qoy, xoş keçsin ömrümüzün ay-günü, 



Gözəlliyə, xoşbəxtliyə tay günü! 

Əzizləyək İntizarı, Aygünü, 

Qurban olaq balalara doyunca. 

 

Dilimizdə bir əfsun var söz adlı, 



Sinəmizdə bir sehr var saz adlı. 

Aydın deyər, yar həsrətli, naz adlı  

Nəğmə verək dodaqlara doyunca. 



Ömrün etməyəcək vəfa dedilər 

 

173



* * * 

 “Səyyadı”nın xoş sədası, xoş ünü 

Yada saldı Səyyadımı, a Məmməd! 

Şirin sözlü, gülər üzlü balamı, 

Varlığımı, həyatımı, a Məmməd! 

 

İstisu, 22.07.1984 




Aydın Çobanoğlu 

 

 



174

 

KİMLƏR GƏLMİŞ 

 

Aşıq Hüseyn Saraclıya 

 

Ola bilməz bir kəlmə söz 



Sənətinə, amalına. 

Neçə şagird yetirmisən, 

Əhsən, ustad, kamalına! 

 

Saraclıdı təxəllüsün, 



Aləmi bürüyüb səsin. 

Rövnəq verir xoş nəfəsin 

O nurani camalına. 

 

Yaşasan da cəmi, yetmiş, 



Sanma ömür başa yetmiş. 

Kimlər gəlmiş, kimlər getmiş?! 

Çatmamış dünya malına. 

 

Qartaltək çatılar qaşın, 



Azmı olub boran, qışın?! 

Heyrandı Aydın qardaşın 

Bu günkü cəh-cəlalına. 

 

   



 

 

 



 

Saraclı kəndi, 01.06.1986 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə