Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə35/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   31   32   33   34   35   36   37   38   ...   92

Aydın Çobanoğlu 

 

 



214

 

19-20 YANVAR 1990 

 

ç il bundan əvvəl atam can üstə idi. Qohum-qonşu ba-

şına yığışıb ağlaşırdıq. Son nəfəsdə gözünü açıb dili 

tutar-tutmaz: 



 

– Mənim kimi köçsün hamı dünyadan, 

Nə ağla, ay oğul, nə kəs səbrini! 

Atalar görməsin oğul dağını, 

Kaş, nəvələr qazsın baba qəbrini! 

 

– dedi. Bu, 90 yaşlı atamın son sözü oldu. Amma 

görəcəkli günlərimiz varmış. Yüzlərlə igid oğul, qadın və uşaq 

bir gecənin içində namərd gülləsinə tuş gəldi. Tankın, BTR-in 

altında qaldı. Yaralılara köməyə  tələsən “Təcili yardım” da 

güllələndi. Hər  şey tərsinə döndü, – atalar oğul dağı gördü, 

babalar nəvə qəbri qazdılar, özü də yüzünü, yüzlərini birdən. Bu 

faciəli günlərdə təkcə şəhər və kəndlərimiz deyil, xalqımın sazı 

da qara geydi, sözü də, qarşıdan gələn yazı da, Novruzu da. 

Toyumuzda çalınan “Segah”ımız, “Dilqəmi”miz matəm 

havasına döndü. Şəhidlərimizi torpağa tapşıran gün o ağrıya, 

acıya biz idik, dözürdük. Xalq şairimiz Hüseyn Arif demişkən: 

 

 

– Günəş olsam, birdən-birə sönərdim, 



 

İnsan idim, yavaş-yavaş əridim. 

 

Dözə-dözə yanırıq, yana-yana dözürük. Lakin heç şübhəm 

yoxdur ki, belə getməz, nazilən haqq üzülməz. Qoyunu qoyun, 

keçini keçi ayağından asarlar. Öz adını bizə qoyanlar payını 

alar. Abbas Tufarqanlı vaxtında yaxşı deyib: 

Ü 



Ömrün etməyəcək vəfa dedilər 

 

215



  

– El bir olsa, dağ oynadar yerindən, 



  Söz bir olsa, zərbi kərən sındırar. 

 

Tarixdə görünməmiş alçaqlığın acı nəticəsi ilə üz-üzə qa-

larkən, Şəhidlər xiyabanında bu ağrılı, acılı misralar gözlərimin 

yaşına qarışıb süzülürdü: 

 

ŞƏHİDLƏR XİYABANI 

 

Matəm libasını geyindi elim, 



Ərşə bülənd oldu min ahım mənim. 

Soruşan olmadı, bilən olmadı, 

Görəsən, nə imiş günahım mənim?! 

 

Yer tutdu, yeridi fitnə-kələklər, 



Əsdi üstümüzdən acı küləklər. 

Sinəmə tuşlandı toplar, tüfənglər, 

Odlu ürək oldu silahım mənim. 

 

Kədər qılıncını çəkdi, dayandı, 



Sazım göy büründü, qara boyandı. 

İnlədi, gözümün yaşında yandı 

Toyumda çalınan “Segah”ım mənim. 

 

Varlığım cəm olub Vətən adında, 



Tarixin olmamış deyil yadımda. 

Özgə torpağında, özgə odunda 

Heç zaman olmayıb tamahım mənim. 

 

Alçaqlar, azğınlar susayıb qana, 



Qənim kəsilibdir insan insana. 

Xudanı çağırıb sığınnam ona, 

Yoxdu ondan qeyri pənahım mənim. 



Aydın Çobanoğlu 

 

 



216

Mən dağam, dözürəm belə sitəmə

Baxıb ah-naləmə, gözümdə nəmə, 

Yağı sevinməsin bu günkü qəmə, 

Yəqin borclu qalmaz sabahım mənim. 

 

Çobanoğlu, dolan bu xiyabanı, 



İndi düşmənini, dostunu tanı! 

Batmaz şəhidlərin günahsız qanı,  

Başımın üstədir Allahım mənim. 

 

26.01.1990 

“Odlar yurdu” qəzeti, 

fevral, 4 aprel 1990-cı il 



Ömrün etməyəcək vəfa dedilər 

 

217



 

SON QƏMİN OLSUN 

 

Qarabağ müharibəsində şəhid olmuş TV və qəzet 



müxbiri, şair Salatın Əsgərovaya 

 

Azərbaycan! Ana yurdum, sil gözünün yaşını! 



İslatmasın torpağının alov saçan daşını. 

Düzəlt qəddi-qamətini, uca saxla başını, 

Gözlərində gilələnən bu yaş son nəmin olsun, 

Salatının son şəhidin, bu qəm son qəmin olsun! 

 

Gələn qara xəbərlərin bəs deyilmi bu qədər, 



Yetməzdimi çəkdiyimiz belə qəm, belə kədər?! 

Hədər yerə qurban gedən yüzlərlə şəhid yetər! 

Sovuşub gedən ah-nalən, göyərən zəmin olsun

Salatının son şəhidin, bu qəm son qəmin olsun! 

 

Qardaş dağlı bacılar var, nə susur, nə kiriyir, 



Körpələrin gözlərinə baxdıqca can əriyir. 

Anaların naləsindən dağ da, daş da yeriyir, 

Nə belə ağır bir günün, nə də sitəmin olsun, 

Salatının son şəhidin, bu qəm son qəmin olsun! 

 

Varlığımız biləcəyik şöhrətini, şanını, 



Unutmarıq biz heç zaman müsibətli anını. 

Qoymarıq ki, yerdə qala şəhidlərin qanını, 

Qoymarıq ki, düşmənlərin ömrünə qənim olsun, 

Salatının son şəhidin, bu qəm son qəmin olsun! 

 

Çobanoğlu tək deyil ki, milyonlarıq, minlərik, 



Oğul kimi hər sözünü, öyüdünü dinlərik. 

Canımızı verərik ki, qarışını vermərik, 

Biz bu yolda and içmişik, ürəyin əmin olsun, 

Salatının son şəhidin, bu qəm son qəmin olsun! 




Aydın Çobanoğlu 

 

 



218

 

SƏXAVƏTSİZ QALDI 

   

 

 



 

Dostum Səxavət Məmmədovun əziz xatirəsinə 

 

Ulu Tanrı, bu nə zülm, bu nə sitəm, 



Yer sızıldar, bulud kişnər, göy inlər?! 

Yarıyolda niyə düşdük bu oda?! 

Hara uçdu cah-cəllallı o günlər?! 

Səxavətsiz qaldı toylar, düyünlər. 

 

Açılmamış bir gül idi, o soldu, 



Cəh-cəh vuran bülbül idi, lal oldu. 

Ağ bələndi, qara saçlar çal oldu. 

Səxavətli tabut gördü çiyinlər, 

Səxavətsiz qaldı toylar, düyünlər. 

 

Yar yarına ağı deyir: – Yar, oyan! 



Dünya olub Məstanəyə dar, oyan! 

Gözü yolda qalıb Şəhriyar, oyan! 

Nə söz qanar, nə kiriyər, nə dinlər, 

Səxavətsiz qaldı toylar, düyünlər. 

 

 

 



 

 

 



Bakı şəhəri, 

01.10.1991

 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə