Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə83/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   79   80   81   82   83   84   85   86   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

407



da bu şərtilikdən istafadə edilmiş, rədif “ısss...” şəklində yazıl-

mışdır. Lakin, heç bir qeyd verilmədiyi üçün oxucu, şübhəsiz, 

bu işarənin mənasını, nə demək olduğunu başa düşmür, nəticə-

də isə təcnis oxucu üçün mənasını itirir. Yaxşı olardı ki, toplayı-

cı bu işarələmədən sonra çıxarış verib rədifin oxunuş  tərzini 

aşağıdakı kimi izah edəydi: 

“Rədifin bu cür işarələnməsi şərtidir. Tənəffüz zamanı do-

daqlar aralanır, dişlər azacıq kipləşir, dilin ucu alt ön dişlərin ar-

xasına toxunmaqla orta hissəsi yuxarı (sərt) damağa tərəf qalxır, 

hava axını ağız boşluğundan ciyərlərə doğru çəkilir”. 

46-cı

 

səhifəyə belə bir başlıq yazılıb:



 

– “Divanələr”.

 

İlk 


baxışdan hiss edirsən ki, bu, şübhəsiz mexaniki səhvdir, “Diva-

nilər” yazılmalıdır. Çünki bu başlıq altında aşığın bir neçə diva-

nisi verilmişdir. Lakin, mündəricatda da həmin başlığın “Diva-

nələr”  şəklində getdiyini görəndə istər-istəməz  şübhələnirsən. 

Fikirləşirsən ki, görəsən, doğrudanmı, tərtibçi, redaktor və digər 

məsul  şəxslər aşıq  şeirinin mühüm bir növünün adını bildirən 

“Divani” sözü ilə dəli, ağılsız mənasında işlənən “divanə” sözü 

arasında olan fərqi duymamışlar?! 

Elə bu başlıq altında verilmiş ilk divani də oxuculara lazı-

mınca təqdim olunmamışdır. Məlum həqiqətdir ki, Qurbanidən 

başlamış, ta XX əsrin birinci yarısında yaşayıb yaratmış klassik 

aşıqlarımızın hamısı müxtəlif mövcud dini rəvayət və hekayət-

ləri çox gözəl bilmiş, onları yeri gəldikcə, müxtəlif şeirlərdə və 

dastanlarda işlətmişlər. O da gizli deyildir ki, ən məşhur aşıqlar, 

qüdrətli sənətkarlar belə, deyişmələr zamanı dini rəvayətlərdən 

heç də az istifadə etməmişlər. Əlbəttə, bunun müxtəlif səbəbləri 

var ki, onlardan biri də aşıqlarla din xadimləri və bu ad altında 

pərdələnənlərin əsrlər boyu davam edən münaqişələridir. Aşıq-

lar həmişə onlara həmin rəvayətləri onların özündən də  dəqiq 

və yaxşı bilməklə qalib gəlmişlər. Yuxarıda qeyd etdiyimiz ki-




Aydın Çobanoğlu 

 

 



408

mi, klassik sənətdən gələn bu irs XX əsrin birinci yarısında ya-

şayıb yaratmış aşıqlara, o cümlədən Aşıq Nəcəfə də siyarət et-

miş, o da bir neçə şeirində bu cür rəvayətlərdən istifadə etmişdir. 

“Getmir” rədifli divaninin də əsasında belə bir rəvayət du-

rur: – Rəvayətə görə Allahın məlaikələrindən biri olan cənab 

Cəbrayıl qanad bağlayıb göy aləmini səyahətə  çıxıb. Göyün 

yeddinci qatında bir şəxs onun qabağını kəsib soruşub: 

– Sən kimsən, mən kiməm? 

Cəbrayıl cavab verir: 

Sən sənsən, mən də mən! 

Elə bu vaxt onun qanadları alışır və yerə, dəryaya düşür, 

sönür. Yeddi ildən sonra yenidən qanadlanıb səmaya qalxır. Ye-

nə  də  həmin yerə çatanda həmin  şəxs onun qabağını  kəsir və 

eyni sualı verir. Cəbrayıl da eyni cavabı verir. Qanadlar alışır, 

dəryaya düşür. Üçüncü dəfə yenə yeddi ildən sonra səyahətə çı-

xır. Göyün yeddinci qatı. Həmin şəxs zühur olur, eyni sualı tək-

rar edir. Artıq bu dəfə cavab verməmişdən qabaq Cəbrayıl halı 

pərişan, çiyni üstdən dönüb qanadlarına baxır və fikirləşir ki, bu 

yenə  həmin adamdır, həmin sualı verdi. Mən də eyni cavabı 

təkrar edəcəyəm. Qanadlarım alışacaq, dəryaya düşəcəyəm, sə-

yahətim baş tutmayacaq. Elə bu vaxt Cənab Əmirdən (Əlidən) 

səda gəlir: 

– Ya Cəbrayıl, sənin qarşındakı şəxs səni yaradan Xaliqdir. 

Ona elə cavab vermək olmaz. Deyərlər ki, sən Xaliqsən, mən 

məxluqam; sən yaratmısan, mən yaranmışam; sən ruzi borclu-

san, mən də can. Dübarə soruşsa sənə kim öyrətdi, deyərsən, 

özüm bilirdim. 

Cəbrayıl beləcə də cavab verir. Lakin, bunu sənə kim öy-

rətdi?


 

– deyəndə  Əlinin adını verir. Ustada rəhmət o vaxtdan 

qalıb”. 



Ömrün etməyəcək vəfa dedilər 

 

409



Aşıq Nəcəf divaninin ikinci bəndində bu hadisəni  şərh 

edir: 


 

   


 

Bir bülbülün qönçə gülü 

   

 

Qəfil düşdü yadına. 



   

 

İki rükət əta qıldı 



  

 

Haqqın min bir adına. 



   

 

Şahım gördü: – pozğun baxır 



   

 

Cəbrayıl qanadına. 



   

 

Dedi: – Xudam, kərəm elə! 



   

 

Dərya ümman üstədi. 



 

Lakin, təəssüflər olsun ki, bu bənd tamam başqa  şəkildə, 

daha doğrusu, anlaşılmaz şəkildə getmişdir: 

 

   



 

Bir bülbülün qonça gülü 

   

 

Təzə düşdü yadına. 



   

 

İki sevda əda qıldı (?!) 



  

 

Haqqın min bir adına. 



  

 

Gördün şahin quzqun baxır 



  

 

Açılmış qanadına. 



  

 

Dedi: – Şahin, kərəm elə! 



   

 

Dərya ümman üstədi. 



   

 

 



 

 

səh.46. 



 

Qeyd edək ki, divaninin həmin bəndi H.Əlizadənin topla-

yıb nəşr etdirdiyi kitablarda da təhriflə getmişdir.

 Bu kitabda 



da birinci və üçüncü bəndlərin ilk misraları da qüsurla çap olun-

muşdur: 


 

 

                                                 



 Bax: 1.H.Əlizadə. “Aşıqlar”, Bakı, 1935-ci il. səh.319. 

  2. ...................., I hissə, II çap. Bakı, 1937-ci il. səh.484. 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə