Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə79/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   75   76   77   78   79   80   81   82   ...   92

Aydın Çobanoğlu 

 

 



392

olan


 

bir


 

neçə şeiri dərc

 

olunub


 

ki,


 

bunlardan

 

“Haralı”


*

,

 



“Təzə il”

**



“Papaninçilərə”

***


. “Komsomola”

****


, “Puşkin”

*****


 rədifli qoş-

maları daha maraqlıdır. 

Müharibədə ağır yaralanıb qayıdan aşıq 1945-ci ildə Bakı-

da olarkən “Ədəbiyyat qəzeti”nin redaksiyasında olmuşdur. 

Mərhum şair Adil Babayev bu barədə xatirələrində yazmışdır: 

“1945-ci ilin yaz ayları idi. Müharibə hələ qurtarmamışdı. 

“Ədəbiyyat qəzeti” redaksiyasına getmişdim. Redaktor hörmətli 

tənqidçimiz Məmməd Cəfər Cəfərov idi. 

Birdən  əynində boz rəngli pencək, ayağında uzunboğaz 

çəkmə, başında əsgər papağı olan bir adam içəri girdi. Gözünün 

biri zədəli idi. Özünü təqdim elədi: Aşıq Nəcəf! Sonra qoşmala-

rını, gəraylılarını, qıfılbəndlərini söylədi. Orada olan Məmməd 

Cəfər Cəfərov, Mikayıl Rzaquluzadə, Zeynal Cabbarzadə, Ən-

vər Əlibəyli və mən bu xalq sənəti incilərinə heyranlıqla qulaq 

asdıq. Məmməd Cəfər xahiş etdi ki, həmin əsərləri redaksiyaya 

versin. 


Aşıq Nəcəf makina bürosuna gedib şeirlərini sinədən Sona 

xanıma diqtə elədi. 

Həftənin axırında həmin şeirlər “Ədəbiyyat qəzeti”ndə çap 

olundu. Bu əsərlər oxuculara çox xoş  gəldi. Mən Aşıq Nəcəfi 

yalnız bircə dəfə beləcə görmüşəm. Lakin ustad aşığın həm xoş 

siması, həm də gözəl qoşmaları hafizəmdə illərdən bəri qalır. 

 

   Adil 


Babayev. 

21.02.1975.”

******

 

                                                 



*

 “Ədəbiyyat qəzeti”, 27 avqust 1935-ci il, səh.4. 

**

 Yenə orada, 9 yanvar 1938-ci il, səh.4. 



***

 Yenə orada, 24 mart 1938-ci il, səh.3. 

****

 Yenə orada, 24 oktyabr 1938-ci il, səh.4. 



*****

 Yenə orada, aprel 1937-ci il. 

******

 Xatirə əlyazma şəklində diplomçunun özündədir. 




Ömrün etməyəcək vəfa dedilər 

 

393



Bəli, həmin vaxt Aşıq Nəcəfin “Ədəbiyyat qəzeti”ndə altı 

şeiri çap olunub.

*

 “Bakıda” rədifli qoşması isə “Aşığın səsi” 



adlı kitaba daxil edilib.

**

 



Acınacaqlı haldır ki, 1945-ci ildən sonra Aşıq Nəcəf unu-

dulmuş, onun şeirlərini toplayıb nəşr etdirən olmamışdır. Nəha-

yət, düz 30 ildən sonra “Sovet kəndi” qəzetində Böyük qələbə-

mizin 30 illiyi ilə əlaqədar olaraq aşığın şəkli, həyatı və mühari-

bə dövrü yaradıcılığından bəhs edən məqalə çap 

olunumuşdur.

***

 Üç il sonra Müzəffər  Şükür Aşıq Nəcəfi yad 



etmiş, onun yeddi qoşmasını tərtib etdiyi “Sazım, sözüm” adlı 

almanaxda buraxdırmışdır.

****

 Burada çap olunan şeirlərin ha-



mısı əvvəllər

 

çap



 

olunmuşdur.

 

Yaxşı olardı ki,



 

tərtibçi


 

aşığın çap

 

olunmamış  əsərlərindən nümunələr verəydi. “Gəlməsən”



*****

 

şeirinin rədifi “Gəlməsə” olmalıdır. “Gəl yeri”



******

 qoşmasının 

sonuncu

 

bəndində üçüncü misra da düzgün



 

verilməmişdir.

 

Ümu-


miyyətlə, bu cür xırda qüsurlara baxmayaraq tərtibçinin zəhməti 

diqqətəlayiqdir. 

Aşığın sağlığında onun şeirləri ayrıca kitab şəklində  nəşr 

olunmamışdır. 

Ustad aşıqların zəngin ədəbi irsinin toplanması, nəşr edilib 

bu günkü sovet oxucularına təqdim olunması sahəsində yeni bir 

addım atılmışdır. Xeyli vaxtdır başladığı xeyirxah ənənəni da-

vam etdirən “Gənclik” nəşriyyatı “Ustad aşıqlar” seriyasından 

aşıq Nəcəf Hüseynovun “Şeirlər” kitabını 1979-cu ildə çapdan 

buraxdırmışdır. 

                                                 

*

 “Ədəbiyyat qəzeti”, 20 mart 1945-ci il. 



**

 C.Aslanova. “Aşığın səsi”, EA Az.f–nəşri, Bakı, 1939-cu il, səh.20. 

***

 A.Musayev.



 

“Döyüşçü aşığın mahnıları”,

 

“Sovet


 

kəndi”


 

qəzeti,


 

20 mart


 

1975-ci il. 

****

 “Sazım, sözüm”, “Yazıçı” nəşriyyatı, Bakı, 1978-ci il, səh.90-94. 



*****

 Yenə orada, səh.91. 

******

 Yenə orada, səh.92. 




Aydın Çobanoğlu 

 

 



394

Aşıq Nəcəf ədəbi irsinin az bir hissəsini əhatə edən bu ki-

tabı filologiya elmləri namizədi Rüstəm Rüstəmzadə toplayıb 

tərtib etmişdir. Kitabın redaktoru şair Çingiz Əlioğludur. Müəl-

lif  şair-aşığın  şeirlərinin toplanmasında və  tərtib olunmasında, 

şübhəsiz, az zəhmət çəkməmişdir. Eyni zamanda üç səhifədən 

ibarət “Əlimərdanlı aşıq Nəcəf” adlı ön söz yazmışdır ki, bu da 

müəlliflə oxucuları tanış etmək məqsədi güdür. Ümumiyyətlə, 

Rüstəm Rüstəmzadə qarşıya qoyduğu məqsədi həyata keçirmə-

yə çalışmış, lakin, etiraf etməliyik ki, müəyyən səbəblər və ən 

başlıcası  tələsiklik və diqqətsizlik üzündən buna kifayət qədər 

nail ola bilməmişdir. Bu isə geniş oxucu kütləsinin, Aşıq Nəcə-

fin müasirlərinin, onun ədəbi irsinə bələd olanların haqlı narazı-

lığına, giley-güzarına səbəb olmuşdur. 

Biz də bu yazımızda həmin narazılıqları doğuran səbəblər-

dən danışacaq, onları araşdırmağa çalışacağıq. 

Məlum həqiqətdir ki, şifahi ədəbiyyatımızın mühüm, apa-

rıcı qollarından olan aşıq poeziyasının yaradıcıları – şair-aşıqlar, 

el şairləri əsasən savadsız olmuşlar. Onların yaratdıqları əvəzsiz 

sənət incilərini xalq öz hafizəsində qoruyub saxlamış, nəsildən-

nəsilə ötürmüşdür. Ona görə  həmin sənət nümunələrini topla-

yarkən, tədqiq edərkən, son dərəcə diqqətli olmaq, müəllifin ya-

radıcılıq yolunu, həyatını dəqiqliklə araşdırmaq lazımdır. Çalış-

maq lazımdır ki, ən xırda detallar belə nəzərdən qaçmasın. Yal-

nız belə olduqda müəlliflə oxucunun ilk tanışlığı möhkəm və 

uzunömürlü olar. 

Aşıq Nəcəf Alı oğlu Hüseynov Tovuz rayonunun Əlimər-

danlı  kəndində doğulub boya-başa çatmasına baxmayaraq, heç 

vaxt, heç bir şeirində kəndinin adını təxəllüs kimi işlətməmişdir. 

El arasında aşığa həmişə “Şair Nəcəf” deyə müraciət etmişlər. 

Belə olduqda kitabın üz qabığında, titul səhifəsində və ön sözdə 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə