Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə77/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   73   74   75   76   77   78   79   80   ...   92

Aydın Çobanoğlu 

 

 



386

bacarıqlı, qabiliyyətli  əllərinin köməyi ilə az zamanda dəmirçi 

peşəsinə yiyələnir və müstəqil işləməyə başlayır. 

Nəcəf gənc yaşlarından  şeirə, saza böyük maraq göstər-

mişdir. Hələ

 

1918-20-ci illərdə



 

dövrün mühüm ictimai-siyasi ha-

disələri onun gənc qəlbini riqqətə gətirmiş, qəhrəman XI Qızıl 

Ordu, yeni yaranan fəhlə-kəndli hökumətinin şəninə şeirlər de-

mişdir. 

Nəcəf işgüzarlığı, səmimi rəftarı ilə hamının hörmətini qa-

zanmışdı. Bununla yanaşı onu kənd camaatına sevdirən bir cə-

hət də var idi ki, o da cavan dəmirçinin saz çalmağı, yaxşı oxu-

mağı, yeri gəldikcə şeir deməyi idi. 

Duzlu şeirləri, şirin söhbətləri ilə el-obanın istəklisi, məc-

lislər yaraşığı olan ustad aşıq Hüseyn Bozalqanlı  Əlimərdanlı 

toylarında tez-tez olarmış. Hələ  uşaq yaşlarından qəlbini saza, 

sözə bağlamış Nəcəf belə məclislərdən qalmazmış. El sənətinin 

hədsiz vurğunu evdə, iş üstündə nə qədər astadan zümzümə etsə 

də, “qara sazı”nı nə qədər pünhan “dınqıldatsa” da kənd cama-

atı onun məlahətli səsə,  şirin avaza malik olduğunu çox yaxşı 

bilirdi. Hələ yeri gəldikcə gözəl şeirlər yazmağı bir yana! 

Belə məclislərin birində ağsaqqallardan kimsə, Bozalqanlı 

Hüseyndən sazını  Nəcəfə verməyi xahiş edir. Ustad sənətkar 

sazını məmnuniyyətlə Nəcəfə verir və zarafatla: 

– Ayə, a bala, gəl, bir bu sınaq meydanından sən də keç! – 

deyir. Nəcəf utana-utana qalxıb sazı alır, təmkinlə Qurbanidən, 

Ələsgərdən, bir qatar da Hüseyn Bozalqanlıdan oxuyur. Bu vaxt 

yerdən səslər ucalır:

 

– Nəcəf, öz sözlərindən də de! O, ağsaqqal-



ların sözünü yerə salmır və ən çox sevdiyi “Köhnə Naxçıvanı” 

havası üstündə oxuyur: 

 

– Təzə bir yol düşüb könlüm evinə, 



Teli hər cığalı sona, gəl, yeri! 


Ömrün etməyəcək vəfa dedilər 

 

387



Canım qurban qamətinə, boyuna, 

Baş əymə sultana, xana, gəl, yeri!- 

Bəndi ilə başlayan gözəlləməsini oxuyur. 

Aşıq Hüseyn onun alnından öpüb: – Afərin, oğul, – deyir, 

– gəlsənə mənə şəyird olasan! 

Nəcəf ustadın təklifini ehtiramla qəbul edir. Beləliklə, Nə-

cəf 1926-cı ildən Hüseyn Bozalqanlıya şagird olur. Sənətin sir-

lərini, incəliklərini ondan öyrənir. 

1928-ci ildə Azərbaycan aşıqlarının I qurultayında iştirak 

edən görkəmli aşıqlar içərisində  aşıq Nəcəf Hüseynov da var 

idi. Bu qurultayda iştirakı  aşıq Nəcəfin həyatında mühüm rol 

oynamışdır. 

Nəcəf burada Respublikanın bir çox görkəmli aşıqları ilə, 

şair və yazıçılarla, bəstəkarlarla tanış olur. Azərbaycan paytax-

tının görməli, gəzməli yerlərində olur. Şəhər həyatının qaynarlı-

ğı, müxtəlif millətlərdən olanların bir ailə üzvü kimi yeni yara-

dılmış dövlətin möhkəmlənməsi uğrunda mübarizəsi gənc aşığa 

çox gözəl təsir bağışlayır. Bundan əlavə o, özü də bir yaradıcı 

aşıq kimi folklor toplayıcılarının diqqətini cəlb etmişdir. Bunun 

nəticəsi idi ki, artıq bir ildən sonra gənc folklorşünas Hümmət 

Əlizadənin toplayıb nəşr etdirdiyi “Azərbaycan aşıqları”

 kita-



bında Aşıq Nəcəfin də üç şeiri çap olunmuşdur. 

1929-30-cu illərdə Nəcəf Hüseynov Kənd Şurasının sədri 

seçilir.

**

 Kolxoz quruluşunun ilk illərində böyük təşkilatçılıq fə-



aliyyəti

 

göstərir.



 

Kənd camaatını kolxoza

 

üzv


 

yazılmağa səsləyir. 

1930-cu ildə

 

H.Əlizadənin çap etdirdiyi “Azərbaycan aşıq-



ları”

***


 kitabında Nəcəfin 22 şeiri dərc olunur. Bu illərdən baş-

                                                 

 H.Əlizadə, “Azərbaycan aşıqları”, Bakı, 1929-cu il, səh.143-144.  



**

 H.Əlizadə. “Azərbaycan aşıqları, Bakı, 1930-cu il, səh.188. 

***

 Yenə orada, səh.188-200. 



 


Aydın Çobanoğlu 

 

 



388

layaraq “Ədəbiyyat qəzeti”, “Kommunist”, “Yeni yol” qəzetlə-

rində, “İnqilab və mədəniyyət”, jurnalında aşığın vaxtaşırı yeni 

şeirləri görünür. 

Aşıq ədəbiyyatının toplanılıb nəşr edilməsində əvəzsiz hü-

nər göstərmiş H.Əlizadənin təkrar səyi nəticəsində 1935

və 


1937

**

-ci illərdə “Aşıqlar” kitabında Nəcəfin bir neçə şeiri nəşr 



olunur. 

1937-ci il Nəcəf Hüseynovun həyatında daha əlamətdar-

dır. Həmin il o, Azərbaycan Sovet Yazıçıları İttifaqına üzv qə-

bul olunur

***

. Bu barədə “ Ədəbiyyat qəzeti”ndə “Aşıqlar qurul-



tayına hazırlıq” adlı məqalədə oxuyuruq: 

“Azərbaycan Sovet Yazıçıları  İttifaqına Aşıq Hüseyn, 

Aşıq Mirzə, Aşıq Əsəd və Aşıq Nəcəfin qəbul edilməsi alqışla-

nacaq bir hadisədir. Bu işi davam etdirmək üçün Yazıçılar İtti-

faqı təşkilati işlər görməlidir.” 

1938-ci ildə aşıq Nəcəf Hüseynov Azərbaycan aşıqlarının 

II qurultayında iştirak edir. Burada Xalq şairi Səməd Vurğun, 

Osman Sarıvəlli, Mir Cəlal, Məmməd Rahim, Mirzə İbrahimov, 

böyük bəstəkar Üzeyir Hacıbəyov, SSRİ xalq artisti Bülbüllə 

yaxından tanış olur. Bu görüşlər səmərəsiz qalmır,  şair-aşığın 

yaradıcılığına qüvvətli təsir göstərir və bundan sonra o, yeni ruh 

yüksəkliyi ilə yazıb yaradır. 

Aşıq Nəcəf dinc quruculuq illərində  şeirlə, sənətlə, aşıq-

lıqla yanaşı kolxoz işində  fəal çalışmış, qabaqcıl kolxozçular-

dan biri olmuşdur. O, ustad sənətkar kimi bir neçə şagird yetiş-

dirmişdir ki, onlardan aşıq Səməd və Qaraxanlı aşıq Vəli hazır-

da Tovuz rayonunda yaşayırlar. 

                                                 

 H.Əlizadə, “Aşıqlar”, Bakı, 1935-ci il, səh. 311-325. 



**

 H.Əlizadə. “Aşıqlar”, I hissə, II çapı, Bakı, 1937-ci il, səh. 475-494. 

***

Yenə orada, səh.475.  




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə