Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə75/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   71   72   73   74   75   76   77   78   ...   92

Aydın Çobanoğlu 

 

 



380

 

G İ R İ Ş 

 

Azərbaycan şifahi xalq ədəbiyyatının ən mühüm və aparıcı 



qollarından biri aşıq yaradıcılığı, aşıq poeziyasıdır. Çox qədim və 

zəngin tarixə malik olan bu poeziya xalqın tarixi keçmişi ilə  sıx 

surətdə bağlı olmaqla yanaşı, demək olar ki, bütün adət-ənənələri, 

ən başlıcası, milli keyfiyyətləri özündə əks etdirmişdir. Aşıq po-

eziyasının hərəkətverici qüvvəsi aşıqlar, aşıq üslubunda yazıb-ya-

radan el şairləri olmuşlar. Onlar öz dövrlərində yaşamış insanların 

psixologiyasını, maddi həyatını, mənəvi dünyagörüşlərini tərən-

nüm etmişlər. Bəziləri bir qədər keçmişə meyl etmiş, digər istedad 

sahibləri isə uzaqgörənliklə gələcək günlərdən soraq vermişlər. 

Böyük rəhbərimiz V.İ.Leninin dediyi kimi, bu xalq yaradıcı-

ların təfəkkür məhsulları “... bizim dövrümüzdə xalqın psixologi-

yasını öyrənmək üçün vacib və lazım olan əsil folklor nümunə-

ləridir”.

 



Xalq şairi O.Sarıvəlli yazır: – “Alimlərimiz “Dədə Qorqud” 

boylarında olan şeirləri aşıq şeirlərinin qədimi, qopuzu indiki sa-

zın ibtidai forması, ozanı isə müasir aşıqlarımızın ulu babası və sə-

ləfi hesab edirlər”.

**

 Bu həqiqətən də belədir. Əlimizdə olan yazılı 



məlumatlar, yaddaşlardan yaddaşlara köçürülərək bizə  gəlib çıx-

mış materiallar, xalq sənəti nümunələri alimlərimizə bu fikrə, bu 

qənaətə gəlməyə əsas verir. Ola bilsin ki, aşıq sənətinin kökləri da-

ha qədimdir. 

X-XI əsrlərdən başlayaraq müxtəlif yaradıcılar tərəfindən in-

kişaf etdirilən aşıq poeziyası inkişaf edə-edə çoxlu ustad aşıqların, 

sinədəftər el şairlərinin püxtələşib meydana çıxmasına zəmin ya-

                                                 

 V.İ.Lenin. O literature i iskustve, M., 1967, səh.610 



**

 O.Sarıvəlli. Qüdrətli şair, ustad sənətkar, Bakı, Gənclik, 1971, səh.6. 




Ömrün etməyəcək vəfa dedilər 

 

381



ratmışdır. O.Sarıvəlli bu xüsusda yazır: “ – Güman etmək olarmı 

ki, günlərin bir günündə dünyaya bir Aşıq Qurbani, yaxud bir 

Aşıq Ələsgər gəlmiş və birdən-birə belə gözəl şeirlər demiş, belə 

klassik şeir formaları yaratmışdır?! – Əlbəttə, yox! Belə bədii tə-

fəkkürə, aydın və obrazlı dilə, vəznə, qafiyəyə hakim belə kamil 

sənətkar olmaq üçün, şübhəsiz ki, bunların hər birinə zəngin ədəbi 

irs, ədəbi-bədii zəmin lazım idi. Məhz belə bir ədəbi-bədii zəmin 

olmuşdur ki, böyük qurbanilər, abbas tufarqanlılar, daha sonra bö-

yük saz-söz ustası Ələsgər kimi sənətkarlar yetişə bilmişlər.

 



 

Böyük bir ədəbi-bədii zəmin əsasında püxtələşib şifahi ədə-

biyyatımız tarixində özünə layiqli yer tutan sənətkarlarımız çox-

dur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı  Aşıq, Molla 

Cümə, Aşıq Valeh, Dilqəm, Aşıq Alı, Aşıq Musa, Aşıq Hüseyn 

Saraclı, Aşıq Nəcəf və başqa onlarca saz-söz ustaları aşıq poeziya-

mızın, aşıq musiqimizin inkişafına qüvvətli təkan vermişlər. 

Aşıqlar və aşıq yaradıcılığı təkcə Azərbaycan alim və mütə-

fəkkirlərinin deyil, eyni zamanda sovet və dünya ədiblərinin diq-

qətini cəlb etmişdir. Aşıq  şeirləri, aşıq dastanları haqda müxtəlif 

fikir söyləyənlər içərisində M.Qorkinin mülahizələri maraqlıdır. 

Xalq sənətkarlarına böyük hörmət və  məhəbbətlə yanaşan Sovet 

yazıçılarının I Ümumittifaq qurultayında demişdir: “– Mən Qaf-

qaz və Orta Asiya millətləri nümayəndələrinə dostluq məsləhəti 

ilə, – bunu bir rica kimi də anlamaq olar, müraciət edirəm. Mən 

bilirəm ki, təkcə mənə deyil, hamıya aşıq Süleyman Stalski sarsı-

dıcı təsir bağışladı... XX əsrin Homeri olan bu qoca Süleyman ki-

mi şeir inciləri yaradan bacarıqlı adamları qoruyun!”.

**

 

                                                 



 O.Sarıvəlli. Qüdrətli şair, ustad sənətkar, Bakı, Gənclik, 1971, səh 5. 

**

 M.Qorki. Şura ədəbiyyatının vəzifələri, Bakı, 1935, səh.81. 



 


Aydın Çobanoğlu 

 

 



382

  Aşıq poeziyası nə qədər qədim tarixə malik olsa da onun 

yaddaşlardan, hafizələrdən kağıza köçürülməsi, ömrünün uzadıl-

ması  işinə bir o qədər gec başlanmışdır. Xalq incilərinin yazıya 

alınması ancaq Sovet hakimiyyəti illərində mümkün olmuş, geniş 

vüsət almışdır.  Şura hökumətinin ilk illərində yaradılmış “Azər-

baycanı  tədqiq və  tətəbbö” cəmiyyəti və onun folklor şöbəsində 

çalışan prof. A.Baqri, H.Zeynallı, V.Xuluflu, A.Sübhanverdixa-

nov, yazıçı-dramaturq C.Məmmədquluzadə bu sahədə xeyli iş 

görmüşlər.

 

Aşıq ədəbiyyatının toplanılıb nəşr edilməsində S.Müm-



taz, Ə.Axundov, H.Əlizadə, M.Təhmasib və digər folklorşünasla-

rın əməyini xüsusilə qeyd etmək lazımdır. Bu yoldaşlar böyük bir 

igidlik və qəhrəmanlıqla, səbr və təmkinlə çoxlu aşıq şeirlərinə və 

xalq dastanlarına, bayatılara ömürlük həyat vermişlər. 

Ötən illər ərzində aşıq yaradıcılığı bir ədəbi proses kimi qis-

mən də olsa izlənilmiş, müxtəlif cəhətlərdən tədqiq edilmişdir. İn-

diyə  qədər üç dəfə – 1928, 1938 və 1961-ci illərdə Azərbaycan 

aşıqlarının qurultayları çağrılmışdır. Göründüyü kimi qurultaylar 

arasında olan vaxt çox və sistemsiz olsa da, bu tədbirlər aşıqların 

ictimai-siyasi həyatına qüvvətli təsir etmiş, onların dünyagörüşlə-

rinin formalaşmasında böyük rol oynamışdır. Belə ki, burada aşıq-

lar bir çox musiqi xadimləri ilə,  şair və yazıçılarla, aşıq sənətini 

toplayan, tədqiq edən və araşdıran alimlərlə, həm də, aşıqlarla ta-

nış olurlar. Bu tanışlıq, bu söhbətlər, şübhəsiz, onların yaradıcılığı-

na müsbət təsir göstərir. Sonuncu III qurultaydan 19 il keçməsinə 

baxmayaraq, aşıqların yeni ali məclisi haqda əlaqədar təşkilatlar 

nədənsə susurlar. 

 Prof. M.H.Təhamasib Azərbaycan xalq dastanlarını müxtə-

lif baxımdan tədqiq və təhlil edib. İndi də bu işi davam etdirmək-

dədir. 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə