Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə78/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   74   75   76   77   78   79   80   81   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

389



Şair-aşıq, Mirzə Bayramovun rəhbərlik etdiyi aşıqlar an-

samblının üzvü olmuş, vaxtaşırı  həm rayonun, həm də digər 

qonşu rayonların zəhmətkeşləri qarşısında çıxış etmişdir. 1940-

cı ildə Mirzə İbrahimov Tovuz seçki dairəsindən SSRİ Ali So-

vetinə

 

deputat



 

seçilmişdir.

 

Yazıçı


 

tovuzlu


 

seçicilərlə

 

görüşdə


 

olar-


kən Aşıq Nəcəflə yaxından söhbət etmişdir. Bu görüşü uzun za-

man xatirində yaşadan aşıq, deputatın şəninə yazdığı “Yaşasın” 

rədifli şeirlə əbədiləşdirmişdir. 

Böyük Vətən Müharibəsi başlananda aşığın telli sazı odlu 

silahla əvəz olunub köksündə dərqərar olmuşdur. O, 1942-ci il 

yanvar ayının 1-də 38-ci ehtiyat briqadasının tərkibində Tovuz 

rayon Hərbi Komissarlığından Gürcüstanın Kutaisi şəhərinə 

göndərilmişdir. Bir aylıq təlim məşqindən sonra briqada Oryol 

və Kursk ətrafında yerləşən 26-cı atıcı polkun tərkibinə daxil 

olmuşdur. Bu şəhərlərin düşməndən azad olunması uğrunda ge-

dən döyüşlərdə  Nəcəf Hüseynov fədakarlıqla vuruşmuş, dəfə-

lərlə polk komandirinin təşəkkürünü almışdır. 

Aşığın bir neçə döyüş yoldaşı ilə görüşüb söhbət etmişik. 

Onlardan Tovuz rayonu Əlimərdanlı  kəndində yaşayan Kamal 

Kərimov deyir: – “1943-cü ilin əvvəllərində hissəmiz Kursk şə-

hərinin 30 kilometrliyində yerləşirdi. Hər tərəf qar idi. Ayaz qı-

lınc kimi kəsirdi. Bizə düşmənin yaxında yerləşən müdafiə-siq-

nal xətlərini kəsmək və faşist minalarını çıxartmaq tapşırılmış-

dı. Əməliyyatı yerinə yetirməyə dörd həmyerli: Nəsir Nəsirov, 

Nəcəf Hüseynov, Baba Qədirli və  mən gedirdik. Hamımız ağ 

geyimdə,  əlimizdə minaçıxardan sürünə-sürünə irəliləyirdik. 

Məftillərə xeyli qalmış Nəcəf işarə ilə bizi dayandırıb, tək irəli-

lədi. Vəziyyət çox çətin idi. Son dərəcə ehtiyatlı və dəqiq olmaq 

lazım idi. O, çox çətinliklə axırıncı məftili kəsəndə düşmən tə-

rəf duyuq düşdü. Lakin, artıq gec idi. Bizim II eşalon özünü ye-

tirmişdi.

 

Vuruşma


 

başlandı.

 

Faşist ordusunu geri çəkilməyə məc-




Aydın Çobanoğlu 

 

 



390

bur etdik. Bu döyüşdə Nəcəf yüngül yaralandı. Az vaxtda sağa-

lıb yenidən ön cəbhəyə qayıtdı. 

Nəcəf Alı oğlu 1944-cü ilin iyul-avqust aylarında Oljansk 

rayonunda gedən qızğın döyüşlərin birində ağır yaralanmış, ar-

xaya – Ufa şəhərinə, oradan da Bakıya hərbi qospitala göndəril-

mişdir. O, bir neçə ay burada müalicə olunmuşdur. Bu dövrdə 

Xalq şairi Səməd Vurğun və Osman Sarıvəlli bir neçə dəfə aşı-

ğa baş çəkmişlər. 

1944-cü il oktyabr ayının 7-də  aşığın sağ gözündə  cərra-

hiyyə əməliyyatı aparılsa da, ona həyat işığı bəxş etmək müm-

kün olmamışdır. Beləliklə, Nəcəf Hüseynov sağ gözünü itirmiş-

dir. Aşıq Nəcəf müalicə müddətində xəstələrin, tibb işçilərinin 

dərin hörmətini qazanmışdır. Bunu tibb bacısı Sara Həsənova-

nın aşığın qohumu mərhum Həmid Rəhimova yazdığı  məktub 

bir daha təsdiq edir. 

Qospitaldan çıxdıqdan sonra Aşıq Nəcəf yenə kolxozda 

çalışmış, aşıqlığına davam etmişdir. Lakin çox qəribə  də olsa 

müharibədən əvvəl olmadığı kəndlərə, rayonlara nə qədər xahiş 

etsələr də toy məclisinə getməmişdir. Onun müasiri aşıq Qədir 

İsmayılov deyir: – Həmişə bu hərəkətinin səbəbini soruşanda 

deyərdi ki, o yerdə əvvəllər olmamışam, məni görməyiblər, is-

təmirəm məni bir gözü yox görsünlər. Hər halda onların hafizə-

sində Nəcəf Nəcəf kimi qalsa yaxşıdır. 

Aşıq bu barədə, hətta, şeirlərinin birində belə yazırdı: 

 

 



 

 

– Vətənimdə çoxdu ilqar, 



 Payız gəlcək toy-şan olar. 

  Nəcəf deyər, ismətim var

 Ellərimə çıxammıram. 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

391



Nəcəf həm də gözəl ailə başçısı, qayğıkeş ata idi. Hazırda 

üç oğlu, bir qızı, iyirmidən çox nəvə, nəticəsi var. Böyük oğlu 

Şahniyar dülgərdir, Əlimərdanlı kəndində yaşayır, doqquz uşaq 

atasıdır. Digər oğlanları – Bəxtiyar Bakı  şəhərində, Abbasəli 

Tovuz rayonunda sürücü işləyir. Qızı Tünzalə Frunze adına 

sovxozda çalışır. Hamısı ailə qurub. Qardaşları  aşıq Məhəm-

məd, Həsən və Mirzə, bacısı Mərmər Əlimərdanlı kənd sakinlə-

ridir. Bacısı oğlu Alay Səmədov və nəvəsi Məzahir şeir həvəs-

karlarıdırlar. 

Nəcəf Alı oğlu Hüseynov ağır xəstələndikdən sonra 1946-

cı il sentyabr ayının 20-də vəfat etmiş və Əilimərdanlı kəndinin 

qəbiristanlığında dəfn olunmuşdur. 

“... Azərbaycan Sovet ədəbiyyatı və aşıqları Aşıq Nəcəfin 

simasında  Ələsgər və Hüseyn Bozalqanlı  ənənəsinin bacarıqlı 

bir davamçısını, alovlu bir vətənpərvəri, təvazökar yoldaşı itir-

di...” Bu sətirlər bir qrup görkəmli şair, yazıçı və aşığın imzala-

dığı nekroloqdan götürülmüşdür.

*

 



Aşıq Nəcəfdən yadigar qalan saz, papağı və pasportu bö-

yük oğlunun evində mühafizə olunur. 

Aşıq Nəcəf Hüseynovun ədəbi irsi heç də kifayət qədər 

toplanılıb nəşr olunmamışdır. Doğrudur, yuxarıda bir neçə yer-

də qeyd etdiyimiz kimi, Hümmət Əlizadə 1929, 1930, 1935 və 

1937-ci illərdə çap etdirdiyi “Azərbaycan aşıqları” və “Aşıqlar” 

kitablarına onun bir sıra şeirlərini daxil etmişdir. Lakin bu, aşı-

ğın yaradıclığının çox cüzi bir hissəsini təşkil edir. 

1937-ci ildə  Aşıq Nəcəfin daha bir şeiri – “Mövhümatı 

tərk edək” adlı divanisi çap olunmuşdur.

**

 

Bundan başqa müx-



təlif qəzet səhifələrində müxtəlif ictimai-siyasi hadisələrlə bağlı 

                                                 

*

 “Ədəbiyyat qəzeti”, 22 sentyabr 1946-cı il. 



**

 “Din və mövhumat əleyhinə el şeirləri”, Bakı, 1937-ci il, səh. 25. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə