Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə76/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   72   73   74   75   76   77   78   79   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

383



 Bir çox folklorşünaslarımız, xüsusilə filologiya elmləri 

doktoru Mürsəl Həkimov aşıq yaradıcılığına ifaçılıq baxımından 

yanaşmışdır. O, aşıq havaları ilə aşıq şeir formalarının uyğunluqla-

rını, saz melodiyaları və aşıq mahnıları oxunarkən kök, pərdə və 

məqamları izləyib oxuculara çatdırmağa çalışmış, müəyyən dərə-

cədə buna nail olmuşdur. Alimin axtarışları davam edir. 

Ümumiyyətlə, çoxsahəli və çoxşaxəli aşıq yaradıcılığı müx-

təlif cəhətlərdən tədqiq olunur. Bu sahədə indiyə qədər onlarca na-

mizədlik və doktorluq dissertasiyaları, monoqrafiyalar yazılıb və 

yazılmaqdadır. Xüsusən, XIX və XX əsrin əvvəllərində yaşamış el 

aşıqlarının həyat və yaradıcılığının araşdırılıb bu günki oxuculara 

çatdırılmasında V.Vəliyev, A.Nəbiyev, M.Həkimov, O.Sarıvəlli, 

N.Həsənzadə, H.Hüseynzadə və başqa alim və yazıçılarımız diq-

qətəlayiq işlər görmüşlər. Realist aşıq poeziyasından danışarkən 

xalq yazıçısı M.İbrahimov və akademik H.Araslı, F.Qasımzadə və 

başqaları yada düşür. 

Aşıq sənəti, aşıq poeziyası bu gün də davam və inkişaf edir. 

Onun yeni istedadlı nümayəndələri meydana çıxır. Aşıq Mikayıl 

Azaflı, Aşıq Əkbər Cəfərov, Müseyib Abbasov, İmran Həsənov, 

Murad Niyazlı, Allahverdi Qəmkeş, Aşıq Pənah və başqaları iste-

dadlı yaradıcı və ifaçı aşıqlarımızdandır. 

Folklorumuzun bu aparıcı qolunun toplanılması, tədqiqi sa-

həsində nə qədər çox iş görülsə də, yenə həyat və yaradıcılığı təd-

qiq olunmalı sənətkarlarımız çoxdur. Onlardan biri də zəngin ədə-

bi irs qoyub getmiş tovuzlu aşıq Nəcəf Hüseynovdur ki, biz bu ya-

zımızda onun həyat və yaradıcılığını araşdırmağa çalışacağıq. 

   

 

   



 

 

 



 

 



Aydın Çobanoğlu 

 

 



384

 

 



I FƏSİL 

 

AŞIQ NƏCƏFİN HƏYATI VƏ  

ƏDƏBİ İRSİNİN TALEYİ 

 

XX əsrin birinci yarısında yaşayıb-yaratmış el sənətkarla-



rı, yaradıcı aşıqlar arasında öz dəsti-xətti, öz sənət cığırı, özünə-

məxsus yaradıcılıq üslubu ilə seçilən aşıqlar çoxdur. Aşıq Hü-

seyn Bozalqanlı, Aşıq  Əsəd, Aşıq Mirzə, Xəyyat Mirzə,  Şair 

Vəli, Aşıq Nəcəf və başqaları öz gözəlləmələri, ustadnamələri 

ilə  sənətsevər Azərbaycan xalqının ürəyində yurd salmış  aşıq-

lardandır. Bu sənətkarlar içərisində Aşıq Nəcəfin özünəməxsus 

yeri vardır. 

Nəcəf Alı  oğlu Hüseynov Tovuz rayonunun Əlimərdanlı 

kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Aşıq Nəcə-

fin anadan olduğu il müxtəlif mənbələrdə müxtəlif şəkildə qeyd 

olunmuşdur. Belə ki, Bəzi mənbələrdə aşığın 1899

*

, bəzilərində 



1900

**

, başqa bir mənbədə 1902



***

, bir ayrısında 1903

****

, bəzi 


yerdə isə 1905

*****


-ci ildə doğulduğu göstərilir. Bunlardan ən 

doğrusu aşığın rəsmi dövlət sənədi olan pasportunda

******

 

yazılan 1900-cü il tarixi hesab edirik. 



                                                 

*

 H.Quliyev. Tovuzda çıxan “Həqiqət” qəzeti, 3 dekabr 1974-cü il. 



**

 A. Musayev. “Döyüşçü aşığın mahnıları”, “Sovet kəndi”, 20 mart 1975-ci il. 

***

 H.Əlizadə. Azərbaycan aşıqları. Bakı, 1930-cu il, səh.188. 



****

 H.Əlizadə. Aşıqlar. Bakı, 1935-ci il, səh.311. 

H.Əlizadə. Aşıqlar, I hissə, II çapı, Bakı, 1937-ci il, səh.475. 

*****


 Tovuz rayon hərbi komissarlığının arxivi, “Aşıq Nəcəf” (nekroloq),  

   Ədəbiyyat” qəzeti, 22 sentyabr 1946-cı il. 

******

 Aşığın pasportu hazırda Əlimərdanlı kəndində böyük oğlu Şahniyarın evində 



saxlanılır. 


Ömrün etməyəcək vəfa dedilər 

 

385



Nəcəf 8-9 yaşlarında olarkən, atası Alı kişi onu bir savad 

sahibi etmək məqsədi ilə qonşu Qaraxanlı  kəndində Molla İs-

mayıl adlı bir nəfərin yanına qoyur. Lakin ailənin güzaranı ağır 

olduğundan kiçik Nəcəfin bu təhsili çox uzun sürmür. Bir qədər 

keçdikdən sonra 12 yaşlı  Nəcəfi  Şamxor rayonunun Qaraca-

əmirli kəndindən olan Məhəmməd kişiyə nökər verirlər. 

Binnət Məhəmməd oğlu Abdullayevin və onun həyat yol-

daşı Mülküxanım Alıqoca qızı Abdullayevanın

*

 dediklərinə gö-



rə  Nəcəf quzu çobanı olmuş, sürü sahibinin evinə gediş-gəlişi 

olmazmış. Binnət Məhəmməd oğlu xatirələrində qeyd edir ki

mən Nəcəfi cəmi iki dəfə gördüm. Onda atamla bərabər sürülə-

rə baş çəkməyə getmişdim. Axşamüstü quzuları arxaca gətirir-

di, nə barədəsə şirin-şirin oxuyurdu. Bizi, daha doğrusu, atamı 

görən kimi oxumağın arasını kəsdi və başını aşağı salıb, sakitcə 

yanımızdan keçdi. Nəcəf 1924-cü ilə  qədər çobanlıq etdi. Hə-

min il mən gimnaziyanı qurtarıb gəldim. Atam təzəcə vəfat et-

mişdi. Mən bir neçə qoyun-quzu, inək saxlayıb qalanını yeni 

təşkil olunan kolxoza verdim. Nəcəf və onunla birlikdə  gələn 

Qaraxanlı Musa, Süleyman, tütəkçalan Yusif daha lazım olma-

dıqlarına görə öz kəndlərinə qayıtdılar. 

1924-cü ilin axırlarında doğma Əlimərdanlı kəndinə qayı-

dan Nəcəf Alı oğlu bir sənət sahibi olmaq məqsədi ilə dəmirçi 

yanında şagird olur. Artıq həyat dəyişmiş, Azərbaycanda Sovet 

hakimiyyəti qurulmuşdu. Yeni quruluş  Nəcəfi hədsiz dərəcədə 

sevindirir. Bir yandan bu fərəh hissi, digər tərəfdən də iti zehni, 

                                                 

*

 Binnət Məhəmməd oğlu Abdullayev (1904) və onun həyat yoldaşı Mülküxanım 



Alıqoca qızı Abdullayeva (1906) hazırda Şamxor rayonunun Qaracaəmirli kəndin-

də yaşayır. Böyüyüb tərbiyə etdikləri 9 uşağın hamısı ali təhsil almışlar. Bir çoxu 

ali məktəblərdə müəllim işləyir. 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə