Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə72/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   68   69   70   71   72   73   74   75   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

367



bayram

 

şənliklərində



 

aşıq


 

musiqisinə

 

yer


 

verilmir,

 

desək


 

yanı-


larıq. 

Onu


 

da unutmayaq ki, biz özümüzü sazda tapmalıyıq. Mən 

sazı Azərbaycan milliliyinin şəriksiz əlaməti hesab edirəm. Və

 

bununla



 

bərabər muğamlarımız, xalq mahnılarımız var. Bunların 

heç birini unutmaq olmaz. 

– Saz sənətinin təbliğində televiziya və radio öz imkan-

larından kifayət qədər istifadə edirmi? 

– Şəxsən mən televiziyada baş verən dəyişiklikləri müsbət 

qiymətləndirirəm. Təklifim budur ki, xalqımıza ruh verən aşıq 

sənətçilərinə vaxtaşırı efirə çıxmaq imkanı verilsin. 



– Aşıqlarımızın bir qrupu keçən il Türkiyədə qastrolda 

olmuşdu. Həmin səfərin iştirakçıları arasında siz də var idi-

niz. Qədim Türk torpağında Azərbaycan aşıqları necə qar-

şılandı? 

– Türkiyədə aşıq sənətinin təbliği ilə məşğul olan alimlər 

etiraf edirdilər ki, saz sənəti türk dünyasında  ən çox Azərbay-

canda inkişaf etmişdir. 



– Aşıq ifaçılarımızı  həmişə müəyyən bölgələrə görə 

ayırmışıq: Borçalı aşığı, Qazax aşığı, Salyan aşığı və s. Saz 

sənətinin belə bölünməsi xalqımızın mənəvi parçalanması 

deyilmi? 

– Azərbaycan aşıqları bölgələrdə yox, məktəblərdə qrup-

laşmışlar.

 

Bizdə



 

üç

 



qrup

 

aşıq məktəbi var:



 

Göyçə-Borçalı,

 

Gəncə-


Tovuz, Şirvan-Quba. Hər məktəbin özünə xas gözəl xüsusiyyət-

ləri olmaqla bərabər vahid məna çalarları var. Bu məktəbləri 

bir-birinə qarşı qoymaq böyük səhvdir. 

– Gənc aşıqlara sözünüz... 

– Səs Tanrı  tərəfindən verilmiş xoşbəxtlikdir, xəzinədir. 

Mənə

 

elə gəlir ki, səs müəyyən adamlara xidmət



 

üçün


 

deyil, xalq 




Aydın Çobanoğlu 

 

 



368

üçün


 

verilib.


 

O

 



səsi

 

korlamaq



 

xalq


 

qarşısında cinayət işlətmək de-

məkdir. Səsdən məqsədyönlü istifadə etmək lazımdır. 



 

Ənənəvi

 

sual:

 



 

Övladlarınızdan

 

sizin

 

yolu

 

davam etdi-

rən varmı? 

– Mənim dörd qızım, bir oğlum var. Onların saza olan 

meylini görüb, ailə ansamblı yaratmışıq. Ansambl kiçik qızım 

Günayın adını daşıyır. 





 

Ansamblınıza və sizə yaradıcılıq uğurları arzulayırıq. 

 

   



 

 

Akif AŞIRLI 



 

 

“7 gün” qəzeti. 

 

 

 

 

 

 


Ömrün etməyəcək vəfa dedilər 

 

369



  

TELLİ SAZLA TƏKLİKDƏ 

 

1987-ci ilin aprelində təqribən eyni vaxtda həyatdan köçmüş 

iki görkəmli Borçalı aşığının, – məşhur saz-söz ustaları Əmrah Gül-

məmmədovun və Hüseyn Saraclının vətəni Gürcüstanda ənənəvi 

xatirə gecəsi keçirilmişdir. Artıq üçüncü ildir ki, aprel ayında Mar-

neuli rayonunun Axlı Mahmudlu kəndində  və Bolnisi rayonunun 

Saraclı kəndində bu saz ustalarının xatirə günləri keçirilir. Borçalı 

aşıq məktəbi onların sayəsində daha da inkişaf etmiş, yeni məz-

munla zənginləşmişdir. 

Azərbaycanlıların Gürcüstanda yığcam halda yaşadığı Marne-

uli, Bolnisi, Dmanisi

 

və Qardabani rayonlarını əhatə edən Borçalı 



aşıq məktəbi keçmişdə və elə indinin özündə də bu xalq sənətinə 

çoxlu məşhur şəxsiyyətlər vermişdir. Onların arasında yaxın keçmi-

şin və indinin tanınmış ustadları şair Nəbi, aşıqlardan Ağacan, İbra-

him, Sadıq Sultanov, Xındı Məmməd və başqaları vardır. Bu mək-

təbin ən əlamətdar cəhəti odur ki, dastanlar və aşıq mahnıları yalnız 

sazın müşayiəti ilə, nağara-balabansız icra olunur. 

Bu günlərdə öz yaradıcılıqlarında əmin-amanlığa və xeyirxah-

lığa çağırmış xalq sənətkarlarının xatirəsini yad etməyə Azərbayca-

nın bütün guşələrindən, Gürcüstandan onların istedadının pərəstiş-

karları axışıb gəlmişlər. Onların arasında şairlər və aşıqlar, folklorçu 

alimlər, aşıq yaradıcılığının tədqiqatçıları da vardır. 

Azərbaycan Aşıqlar Birliyi sədrinin müavini Aydın Çobanoğ-

lu Azərinformun müxbiri ilə söhbətdə demişdir: 

– Bu ilki xatirə günlərində görkəmli aşıqların qəbirləri yanın-

da keçirilmiş  məclislərdən, çıxışlardan savayı saz-söz ustalarının 

məktəblilərlə, kənd sakinləri ilə görüşləri də olmuşdur. Azərbaycan 

Aşıqlar Birliyinin Gürcüstanda Borçalı bölməsini yaratmaq niyyə-



Aydın Çobanoğlu 

 

 



370

tindəyik. Bu, hər şeydən əvvəl, Borçalı aşıqlarının zəngin irsini top-

layıb ayrıca kitab halında nəşr etdirmək arzusundan irəli gəlmişdir. 

Bu xalq sənətkarlarının çıxışlarının radio və video lent yazıları, ha-

belə onların  əlyazmaları qorunub saxlanılır. Gürcüstanda belə bir 

bölmənin yaradılması Azərbaycan aşıq yaradıcılığının ənənələrinin 

davam etdirilməsinə kömək göstərəcəkdir. 

 

   



 

 

 



“Azərbaycan gəncləri” qəzeti, 

   

 

 

 

 

 

(Azərinform). 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə