Aydın Çobanoğlu
352
ram Manafov), solistlərdən Qaryağdı Qəhrəmanov, Firdovsi
Rəhimov
və mən komandanlığın fəxri fərmanına layiq
görüldük.
Sonuncu gündə Berlindəki Mərkəzi Mədəniyyət Sarayının
foyesində vida görüşü oldu.
Xoş niyyətlə təşkil olunmuş səfər nikbin əhval-ruhiyyə ilə
başa çatdı.
S.BAYRAMOV
“Abşeron” qəzeti,
01.04.1988
Ömrün etməyəcək vəfa dedilər
353
KƏRƏM YANĞISI
Saz havası, yaz havası,
Hər bir telin öz havası...
Laylalarım tar olsa da,
İlkin mayam saz havası.
Ustadların yadigarları – əziz xələfləri, saz tutub, söz söylə-
yənlər, el-obanı dastan-nağıl, şeir-musiqi məclisləriylə bəzəyən-
lər ulu sənətkarların ad-sanını daim uca tutur, onların layiqli da-
vamçıları,
–
layiqli
şagirdləri
olduqlarını
sənət
deyimləri,
sənət
du-
yumları
ilə
təsdiqləyirlər.
Ustadların yolunu uca tutan, hər yerdə,
hər zaman
onların
şöhrət
çələngini
təzətər
güllərlə
daha
da
zinət-
ləndirən
cavan
aşıqlarımızdan
biri
də
Aşıq
Aydın
Çobanoğludur...
Tovuz ata-babadan aşıq sənətinin, saz-söz qaynağının be-
şiyidir. Zaman-zaman özünün ozanları ilə şöhrətlənən Tovuzu
bu gün də aşıq-ozansız təsəvvür etmək çətindir. Aşıq Aydın Ço-
banoğlu 1951-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində
dünyaya göz açıb. Həyatı hələ dərk etməmişdən, – ağı qaradan
seçməmişdən telli sazın sehrindən ovsunlanıb. Aydının atası
Çoban Musa oğlu ömrünün 60 ildən çoxunu saz-sözə həsr edib.
Dülgərliyi, xarratlığı gün-güzaran üçün özünə peşə seçən Çoban
kişi sədəfli sazı, şirin avazı ilə el şənliklərinin, toy-düyünlərin
bəzəyi olub. Bax, belə bir mühitdə pərvaz edən balaca Aydın
saz-sözün “biləyindən” nə vaxt yapışdığını heç özü də hiss et-
məyib. Həmin ilk addım, ilk sınaq Aydının yadında qalmayıb.
Bir də baxıb görüb ki, atasının telli sazı sinəsində Respublika-
nın Əməkdar mədəniyyət işçisi, Dədə Qorqud yadigarının bili-
cilərindən və fəal təbliğatçılarından biri olan Aşıq Əkbər Cəfə-
Aydın Çobanoğlu
354
rovu özünə ustad seçib, böyük-böyük məclislərdə ustadıyla bir-
gə saz çalıb, söz söyləyir.
Aşıq Aydın 1966-cı ildən Bakıda yaşayır. 1976-cı ildən
Abşeron rayon Mədəniyyət şöbəsində çalışır. Rayon Mədəniy-
yət Evindəki “Abşeron” və “Günay” ailə ansambllarının, “Ay-
gün” aşıq qızlar, eləcə də Respublikada Aşıqlar Birliyinin nəz-
dindəki qızlardan ibarət “İncəgülü” aşıqlar ansamblının təşkilat-
çısı və rəhbəridir. Göründüyü kimi, gənc aşığın işi çoxdur. Eyni
zamanda üç ansambla rəhbərlik etmək, hər bir görüşə – baxış-
müsabiqələrə, konsertlərə, tədbirlərə vaxt ayırmaq, ciddi hazır-
laşmaq üçün dəqiq iş cədvəli – vaxt bölgüsü olmalıdır. Aşıq
Aydının əgər Abşeron rayonunun və Respublika Aşıqlar Birli-
yinin bütün ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində fəal işti-
rakını da bura əlavə etsək, bütün bunlara onun necə vaxt çatdır-
ması, həm də özünün bilavasitə təzə proqramla yüksək səviyyə-
də çıxışları adamı heyrətə gətirir.
Aydın Çobanoğlunun uğurlu çıxışlarını, təltiflərini bir-bir
xatırlayıb təhlil etmək mümkün deyil. Ona görə də onların yal-
nız bəzilərini qeyd etməklə kifayətlənirik. 1972-ci ildən M.Ma-
qomayev adına Filarmoniyada çıxışları təşkil edilir. Təkcə
1982-ci ildə iki dəfə solo konserti – dastan axşamı olub. Gecə-
dən xeyli keçənədək tamaşaçılar “Alı xan və Pəri xanım” dasta-
nını sürəkli alqışlarla qarşılayıblar. İlk uğuru isə hələ 1975-
1977-ci illərə təsadüf edir. Gənc aşıq I Ümumittifaq Festivalı-
nın laureatı adını məhz onda qazanıb. Sonra... sonra isə uğurlar,
müvəffəqiyyətlər belə sıralanıb: 1977-79-cu illər – Gənc Aşıq-
ların Respublika Baxış Müsabiqələrinin qalibi, 1984-cü il – Pol-
şa Xalq Respublikasında keçirilən XI Beynəlxalq Folklor Festi-
valının
laureatı,
1985-ci
il
–
qələbənin
40
illiyinə
həsr
edilən
Ümumittifaq Festivalının laureatı, 1987-ci il – Böyük Oktyabr
Ömrün etməyəcək vəfa dedilər
355
Sosialist İnqilabının 70 illiyinə həsr edilən II Ümumittifaq Xalq
Yaradıcılığı festivalının laureatı, 1988-ci il – ADR-dəki çıxışla-
rına (fevral-mart) görə fəxri fərmanlar, təltiflər. Apreldə isə Le-
ninqradda keçirilən XVI “Folklor və gənclik” Ümumittifaq el-
mi-təcrübi konfransda “Aşıq sənətinin öyrədilməsi yolları”
mövzusunda məruzə ilə çıxışı... Gənc aşıq dərin məzmunlu bu
çıxışı ilə müxtəlif millətlərin nümayəndələrinin və sənətşünasla-
rının hafizəsində xalqımızın əvəzsiz incisi olan aşıq sənəti, aşıq
musiqisi barədə aydın təsəvvür yaratmışdır.
Aşıq sənəti, onun bu günkü vəziyyəti, mövqeyi və prob-
lemləri barədə Aşıq Aydın Çobanoğlunun fikirləri maraqlıdır:
– Əvvəlcə təhsil barədə. Yaradıcılığın digər sahələrində
olduğu kimi, aşıqlıqda da ali təhsil almaq vacibdən vacibdir. İlk
növbədə ona görə ki, aşıq sənətinə, onun təbliğinə və öyrədil-
məsinə elmi cəhətdən yanaşır, deyəcəyin mətləbləri elmi surət-
də şərh edə bilirsən. Ulu sənətin ulu köklərini dəlillərlə araşdıra
bilirsən. Bununla əlaqədar bir istəyimi bildirim – sazın tədrisi
problemi yaxın vaxtlarda həll olunmalıdır, heç olmasa musiqi
məktəblərində hələlik saz sinifləri açılmalıdır.
Sazın təbliğində ən yaxşı nəticələrə nail olmalıyıq; necə
gəldi yox, klassik ənənəyə xələl gətirmədən müasir tələblər ba-
xımından bu sənəti təbliğ etməliyik. Həm də aşıq sənəti deyən-
də saz, söz, hərəkət üçlüyü birlikdə təsəvvürə gəlməlidir. Bu üç-
bucağın əgər bir ayağı olmasa, o, ayaq üstə dayana bilməz. Ona
görə də onların hər birinin rolunu artırıb azaltmadan düzgün
qiymətləndirməliyik; çalğı, şeir və hərəkət aşığın timsalında bir-
birini tamamlamalıdır. Bunlar üçü birləşib bir zirvə yaradırlar.
Əgər onlardan biri zəif olsa həmin tərəf uçub-tökülər, zirvənin
həmin tərəfi yavaş-yavaş əriyib çökər. Nəticədə zirvənin yerin-
də təpə qalar.
Dostları ilə paylaş: |