Ömrün etməyəcək vəfa dedilər
335
Yubiley təntənəsində
Azərbaycan
KP
Tovuz rayon
Komitə-
sinin birinci katibi Tahir Abbasov və büro üzvləri iştirak etdilər.
T.Abbasov Həsən Mülkülünü, onun ailə üzvlərini və qo-
humlarını təbrik etdi, şairə can sağlığı, yeni yaradıcılıq uğurları
arzuladı.
Yubilyara çiçək dəstələri və qiymətli hədiyyələr verildi.
Təntənəli yubiley gecəsinin sonunda H.Mülkülü yüksək
səviyyəli yubiley gecəsi üçün təşkilatçılara və iştirakçılara dərin
minnətdarlığını bildirdi, yeni şeirlərindən oxudu.
Tovuz rayonu,
1989-cu il.
Aydın Çobanoğlu
336
BƏŞİR SƏMƏDBƏYLİNİN KİTABINA ÖN SÖZ
Al-əlvan çiçəkləri ilə xalıdan seçilməyən bir çəməndə boy
göstərmək hər çiçəyin nəsibi olmadığı kimi, sazlı-sözlü aləmdə
özünəməxsus yeri olan Tovuz elində də şair kimi tanınmaq, hər
məclisdə adı anılmaq, ustad Hüseyn Bozalqanlı demişkən, şair
cərgəsində sana düşmək, əlbəttə, hər oğulun işi deyil. Bunun
üçün ən əvvəl ilahi vergi, gərgin zəhmət, el içində ədəb-ərkan,
hörmət sahibi olmaq gərəkdi.
Mən kəndimizdən çıxanda cəmi on beş yaşım var idi. Hələ
kiçik yaşlarımdan radioda səsini dinlədiyim, üzünü görəcəyimi
yuxu sandığım aşıqların çoxu sən demə bir addımlığımızda
yaşayırmış. Ağlıma gəlməzdi ki, onlarla Bakıda – Filarmo-
niyada və digər konsert salonlarında görüşüb tanış olacağam, bu
görüşlər, sənətin sehri, sazın-sözün beşiyində böyüsəm də məni
elə şəhər mühitindəcə yenidən əfsanəvi saz dünyasına qay-
taracaq və bir gün gözümü açıb görəcəyəm ki, artıq məni, Aşıq
Aydın, deyə çağırırlar.
İllər ötdükcə bu adın böyüklüyü qədər ağırlığını, şirinliyi
qədər çətinliyini duymuşam. Haqlı, haqsız sınaqlara, qınaqlara
çəkilmişəm. Ən çox da Tovuzda, Əlimərdanlıda yaxınlarım, qo-
humlarım, eloğlularım tərəfindən.
– Oğul, rəhmətlik Nəcəfdən oxu!
– ...
– Bəşir dayıdan bir şey bilirsənmi?
– ...
– Fətəlidən nə oxuya bilərsən?
– ...
Ömrün etməyəcək vəfa dedilər
337
– Onda ya Sadıx dayıdan, ya Alaydan bir yarpaq de.
– Vallah!..
– A bala, yadında saxla! Bu torpağın ad-sanını, adət-ən-
ənəsini şeirlərində yaşadan, nəsildən nəsilə yadigar verən bu ki-
şilərdən və onlarca onlar kimi sənətkarlardan əzbərində olmasa,
səndən aşıq deyirsən, heç bir şey olmaz, – dedi rəhmətlik atam.
Bu həmin vaxtlar idi ki, Universitetin filologiya fakültəsi-
nə qəbul olunmuşdum. O zamandan Aşıq Nəcəfin şeirlərini top-
ladım, diplom işimi onun həyat və yaradıcılığına həsr etdim.
Getdikcə maraq məni götürürdü. Rəflərdə toz basan kitablarda
tapmadığımı bu müdrik insanların bir bəndində və ya misrasın-
da tapırdım.
Yaşadığımız ağ-qaralı, acı-şirinli, qan-qadalı əsrimizdə
“bəxti üzünə gülən” belə müdriklərdən biri də el şairi Bəşir Sə-
mədbəylidir.
Bəşir Məmməd Hüseyn oğlu Məmmədov 1913-cü ildə
Tovuz bölgəsinin Səmədbəyli kəndində yoxsul kəndli ailəsində
anadan olmuşdu. Uşaqlıqdan zəhmətə alışan, zəhmətdə
bərkiyən
bu adam ömrünün sonunadək el-oba ilə, torpaqla bağlı olmuş,
ilhamını məhz ondan almışdı. Kolxozda fəhlə, briqadir, kadrlar
şöbəsinin müdiri, kolxoz sədri vəzifələrində işləmişdi.
El şairini xalqa sevdirən, məclislər bəzəyinə çevirən şeir-
lərindəki həyatilik, haqq-ədalət, həqiqət çağırışı, gözələ, gözəl-
liyə ülvi münasibət, məhəbbətə ali baxış olmuşdu.
Bəşir deyəndə ki:
– Bu amansız fələyin də
Ələnmişəm ələyində.
Aydın Çobanoğlu
338
Baxtım ana bələyində
Toxunubdur daşa, dostum!
İstər-istəməz başıbəlalı xalqımız və torpağımız zaman-za-
man göz önünə gəlir.
Yaşının və həyat təcrübəsinin imkanları ilə ilhamının bir-
gə məhsulu olan ustadnamələri, təcnis və divaniləri, eləcə də bir
çox el şairləri ilə deyişmələri oxunaqlı və yaddaqalandır:
– Bəşirəm, hər zaman yazıram dastan,
Namərdin tağında yetişməz bostan.
Özgələr sözündən incimə dostdan,
Eşidib dilindən bilənə kimi.
Elə bu yerdə qeyd etmək vacibdir ki, bu şeir və onunla ya-
naşı “Mən” rədifli başqa bir qoşma “Ələsgər ocağı” kitabında
Aşıq Ələsgərin oğlu Bəşirin adına verilmişdir. Əlbəttə xeyli
araşdırmalar, ustad aşıqlarla söhbətlər deyir ki, həmin şeirlər
Səmədbəyli Bəşirindi. Birinci şeir Rus-Alman müharibəsi illə-
rində kolxoz sədri işləyərkən Tovuzun həmin illərdə raykom
katibi olmuş Məmmədova yazılıb. İkinci şeir isə həmin illərdə
Cantəpə yaylağında yer üstündə mübahisə zamanı deyilib.
Nə isə, əziz oxucular, vaxtınızı çox almayıb Sizi Bəşir Sə-
mədbəylinin sənət dünyası ilə baş-başa buraxırıq!
Bəşirin şeirlərinin toplanılmasında köməyini əsirgəməyən
Rövşən Bəşir oğluna və Aşıq Əliyə minnətdarlığımızı bildirir,
çap olunmasına maddi yardım göstərən İman Bəşir oğluna tə-
şəkkür edirik.
Bakı şəhəri,
1992-ci il
Dostları ilə paylaş: |