Ömrün etməyəcək vəfa dedilər
323
Aşıq Əkbər sazın yorulmaz təbliğatçılarındadır. Respublika-
mızın hüdudlarından kənarda “Özbəkistanda Azərbaycan günlə-
ri”ndə (1980), Leninqradda XVI Ümumittifaq elmi-praktik kon-
fransında (1988), Yurmalada (1988) ulu sənətimizin şöhrətini zir-
vələrə qaldırmışdır.
Azərbaycan televiziyası və radiosu el sənətkarını aşıqsevər-
lərlə vaxtaşırı görüşdürür. Səsi dönə-dönə
qrammofon
vallarına ya-
zılmışdır.
Ustad aşığın zəhməti partiya və hökumətimiz tərəfindən
yüksək qiymətləndirilib. “Şərəf nişanı” ordeninə (1959), Azər-
baycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına
(1960), “Respublikanın Əməkdar mədəniyyət işçisi” fəxri adına
(1967) layiq görülüb. Dəfələrlə Respublika və Ümumittifaq festi-
vallarının qalibi olub.
Bu günkü yaradıcılıq gecəsi də Aşıq Əkbər sənətinə yük-
sək münasibət və məhəbbətin təcəssümüdür.
03.04.1989
Aydın Çobanoğlu
324
“TELLİ SAZ
DÜNYANI GƏZİR”
Son illərdə fəaliyyət dairəsi genişlənən Azərbaycan Aşıq-
lar Birliyinin bu günlərdə keçirdiyi tədbirlərin bir neçəsinə ta-
maşaçılar “Telli saz dünyanı gəzir” adı ilə dəvət olunmuşlar. Bu
ad təsadüfi deyildir. İndi aşıqlarımızın məlahətli səsi, telli sazın
sorağı dünyanın hər yerindən gəlir.
Respublika Lenin Komsomolu mükafatı laureatı aşıq Ay-
dın Çobanoğlu PXR, ADR, Hindistan və İsveç, Solmaz Kosa-
yeva Avstriya və Nikaraquada, Əlixan Niftəliyev Fransada,
Mahmud Ələsgəroğlu və Ulduz Quliyeva AFR-də, Abbas Gül-
məliyev Çexoslavakiyada aşıq musiqimizi layiqincə təmsil et-
mişlər. Daha üç aşığımız – Murad Niyazlı, Zülfiyyə İbadova və
Qönçə Kərimova isə Türkiyədən – Ərzurum səfərindən yenicə
qayıtmışlar.
Ağstafa aşıqlar evində xarici səfərdə olmuş bir qrup aşıqla
sənətsevərlərin görüşü keçirilmişdir. Respublika Aşıqlar Birliyi-
nin sədri Hüseyn Arif görüş iştirakçılarına xarici səfərlərin zə-
ruriliyindən, onun milli musiqimizin, milli mədəniyyətimizin
təbliğindəki yüksək rolundan və gələcəkdə bu cür səfərlərin sa-
yının artırılacağından danışdı. Aşıqlarımızı bu münasibətlə təb-
rik edib onlara yeni yaradıcılıq uğurları arzuladı.
Tamaşaçılar
aşıq Murad
Niyazlının,
Zülfiyyə
İbadovanın
və
Aydın
Çobanoğlunun
ifasında
saz
havalarına,
deyişmələrə,
dastanlarımızdan parçalara, səfər təəssüratlarına maraqla qulaq
Ömrün etməyəcək vəfa dedilər
325
asmışlar. Ertəsi gün bu estafet Şamxor rayonunda davam etdi-
rildi.
Belə gecələrin gedişi bir daha sübut edir ki, xalq öz saz-
sözünü sevərək yaşatmış və yaşadacaqdır.
“Sovet kəndi”
qəzeti, 05.09.1989
Aydın Çobanoğlu
326
SAZIN ƏDALƏT DÜNYASI
Konsert salonlarında
Bir neçə gün bundan əvvəl M.Maqomayev adına Azərbay-
can Dövlət Filarmoniyasının qarşısında asılmış afişalardan biri
saz-söz həvəskarlarını “Ədəbi-musiqi məclislərimiz” silsiləsin-
dən “Aşıq Ədalət Nəsibovla görüş”ə çağırdı. Görkəmli sənətka-
rın pərəstişkarları bir-birini muştuluqlayırdı: “-Xəbərin var?
–
Oktyabrın
3-də
Filarmoniyada Ədalətin
yaradıcılığına
həsr
olun-
muş gecə keçiriləcək!” “Qardaş, ayın 3-nə bütün biletlər satılıb,
bəs biz neyləyək?!” “Ürəyini sıxma, biz də televiziya ilə ba-
xarıq”.
Eyni söhbətlər göstərirdi ki, həmin gün
Filarmoniyada anş-
laq olacaq. Burada qeyri-adi heç nə yox idi.
Görkəmli
saz ustası
Ədalət
Nəsibovun iştirak
etdiyi
bütün
məclislər
beləcə bayram
əhval-ruhiyyəsi ilə, qələbəliklə keçir.
Düz üç il bundan əvvəl 1986-cı il oktyabrın 2-də Filarmo-
niyada Ədalət Nəsibovun iştirakı ilə Qazax aşıqlarının konserti
keçirilirdi. Konsert iştirakçılarının sayı çox idi. Gecə saat 11-də
Ədalət səhnədə göründü. 15 ilə yaxın idi nəyə görəsə incik düş-
müşdü bu səhnədən. İllərin həsrətini çəkən tamaşaçılar, saz-söz
həvəskarları ayağa qalxaraq bu ecazkar sənətkarı uzun sürən sü-
rəkli alqışlarla qarşıladılar. Hələ öz sağlığında aşıq ifaçılığı sə-
nətində əlçaltmaz zirvəyə dönmüş Ədalət xalqın tükənməz mə-
həbbətinə və ehtiramına cavab olaraq telli sazını ürəyinə basdı
və... tamaşaçılar “ayılanda” gördü ki, gecə saat 1-ə az qalıb.
Ömrün etməyəcək vəfa dedilər
327
Bu gün də pərəstişkarları öz sevimli sənətkarını dinləmə-
yə, onun xoş gününə, sevincinə şərik olmağa axın-axın gəlmiş-
dilər.
Yaxın
vaxtlarda
tamam
olacaq
50
yaşını təbrik
etməyə,
onun
yenə də gənclik ehtirası ilə, əvvəlki çılğınlıqla çaldığı, təzə hə-
yat verdiyi ecazkar havaların qanadlarında öz xəyal dünyalarına
uçmağa yığışmışdılar.
Azərbaycan aşıq sənətinin tarixinə adını öz qızıl barmaq-
ları ilə yazmış Ədalət Nəsibov bu sənətin inkişafında müstəsna
rol oynamışdır. Uzun müddət müəyyən mənada əsarət halında
olan, inkişafdan qalan xalq ifaçılığımız onun füsunkar çalğısı
ilə yenidən vüsət almış, daha gözəl biçimdə xalqımızın tükən-
məz sərvətinə çevrilmişdir. Təsadüfi deyil ki, bu böyük sənətka-
rın məclisində onun haqqında söz demək üçün görkəmli ədiblə-
rimiz, musiqiçilərimiz də iştirak edirdilər – Xalq yazıçıları Mir-
zə İbrahimov, İsmayıl Şıxlı, Bayram Bayramov, Xalq şairi Bəx-
tiyar Vahabzadə, şairlərdən Vaqif Səmədoğlu, Sabir Rüstəm-
xanlı, Qabil, Abbas Abdulla, professor Qulu Xəlilov, Teymur
Bünyadov, aşığın sənət dostları Aşıq İmran, Hüseyn Xalaoğlu,
şagirdlərindən aşıq Kərəm İncəli və Hüseyn Əzizoğlu. Sevindi-
rici haldır ki, doğma Azərbaycanımızın əziz qonağı, Türkiyədə
Azərbaycan haqqında maraqlı kitab yazmış, özü demişkən, “bi-
zi, bizim sazımızı, sözümüzü bəlkə də bizdən çox sevən” və
təbliğ edən şair İbrahim Bozyel də bu gözəl axşamın qonağı idi.
Məclisi aşıq yaradıcılığına yaxşı bələd olan gənc şair Zəlimxan
Yaqub aparırdı.
Doğrusunu deyim ki, ustad sənətkarın ifaçılığı haqqında
ürəyimdən keçənlərin hamısı, elə bil, bu natiqlər arasında bölüş-
dürülmüşdü. Bu da təbiidir. Çünki, böyük sənət, böyük sənətkar
haqqında xalq həmişə yekdil fikirdədir. Sənətkar xalqın istəyini,
Dostları ilə paylaş: |