Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə69/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   65   66   67   68   69   70   71   72   ...   92

Aydın Çobanoğlu 

 

 



356

Bənzətmə o qədər yerinə düşməsə  də  əsil xalq musiqisi

aşıq sənəti palıda bənzəyir. Palıd taxtasına mismarı çəkiclə zor-

la, çox çətinliklə çalırsan. Elə ki, çaldın, daha onu oradan çıxar-

maq qeyri-mümkün olur. Amma şam taxtasına asanlıqla vuru-

lan mismarı  əllə  də, hətta dişlə  də dartıb çıxarmaq olur. Bax, 

musiqi də, sənət də belədir. Bayağı musiqi, yüngül qazanc, ucuz 

şöhrət dalınca qaçanlar bu həqiqəti unutmamalıdırlar. 

Bir də  məclisin böyük-kiçikliyindən asılı olmayaraq aşıq 

məsuliyyət hiss etməlidir. Elə çalıb-oxumalıdır ki, bu musiqiyə 

ilk dəfə qulaq asanlar, aşıq sənəti barədə təsəvvürü olmayanlar 

belə ona vəcdlə qulaq assınlar. Yeri gəlmişkən bir əhvalatı danı-

şım: – Leninqraddan qardaşımın hərbçi qonağı gəlmişdi, rütbə-

cə polkovnik idi. Sazın quruluşumu, özümü qonağı və onun qa-

dınını maraqlandırdı. Çalmağı xahiş etdilər. Sözlərini sındırma-

dım. – “Yanıq Kərəmi”ni çalıb qurtaranda gördüm ki, qadın ağ-

layır. Səbəbini soruşdum, cavabı  məni təəccübləndirdi. Sazın 

səsini ilk dəfə eşidən, məhəbbət dastanlarımızdan heç bir məlu-

matı olmayan bu qadın “Əsli və Kərəm” dastanının süjetini təx-

minən danışıb hamımızı heyrətləndirdi. Musiqinin təsir gücünü, 

onun nəyə qadir olduğunu özlüyümdə hələ o vaxt bir daha yə-

qin etdim. 



– Aydın, bəs Şirvan aşıqları barədə nə deyə bilərsən? 

– Mahnıları oynaq və ritmik, tələffüzləri aydındır. Amma 

unutmaq olmaz ki, aşıq həmişə sazı ilə özü-özünü müşayiət et-

məlidir. Aşıq dəstəsində aparıcı alət saz olmalıdır, forma xarak-

teri daşımamalıdır! 

– Söhbət zamanı “qızlardan ibarət “İncəgülü” ilk aşıq-

lar ansamblı” ifadəsi işlətdin. Axı, Q.Hüseynlinin “Sazçı 

qızlar” ansamblı çox-çox əvvəl yaranıb. 



Ömrün etməyəcək vəfa dedilər 

 

357



Doğrudur, “İncəgülü”nün cəmi beş yaşı var. “Sazçı qız-

lar” ansamblı isə onun nənəsi yerindədir. Lakin məsələ ondadır 

ki, bu ansambl xeyli qabaq yaransa da haradasa mahiyyət etiba-

rilə  sırf aşıqlar ansamblı deyildir. “Sazçı  qızlar”la “İncəgü-

lü”nün ifa tərzlərində və repertuarlarında əsaslı fərqlər var. Əv-

vəla, “Sazçı  qızlar”ın repertuarında klassik aşıq mahnıları  tə-

kəmseyrək olub, əvəzində müasir bəstəkarlarımızın aşıqsayağı 

mahnıları üstünlük təşkil edib. “İncəgülü” isə  sırf aşıq ansam-

blıdır. 

– Eyni zamanda üç ansambla rəhbərlik etmək çətin 

deyil ki? 

– Əlbəttə, hər işin öz çətinliyi var. Amma mən saz-sözdən 

heç vaxt yorulmuram. Bircə vaxt azlığı məni sıxır, başqa işlərə, 

ailə qayğılarına vaxt çatdıra bilmirəm. Gecə-gündüz məşq et-

məkdən, bu sənəti gənclərə öyrətməkdən, yaymaqdan, öz imka-

nım daxilində onu urvatlandırmaqdan böyük həzz alıram. 



– Sazda, sözdə və ifada ustad sandığın, pərəstiş etdiyin 

sənətkarlardan kimlərin adını çəkmək istərdin? 

 

– Çobanoğlu sözün deyər bir kərə. 

Bir böyük məsləkə bağlıdı hərə. 

Sazda Ədalətə, səsdə Əkbərə, 

Şeirdə Bəhmənə itaətim var. 

 

– Milli aşıq geyiminə bu günkü laqeyd münasibət barə-



də nə deyə bilərsən? 

– Respublikamızın etnoqrafik milli geyimləri ilə  məşğul 

olan, ənənələrimizi dərindən bilən rəssamlarımız və digər sənət 

adamlarımız müxtəlif mətbuat orqanlarında diskusiya açmaq 

əvəzinə, qol çırmayıb hamının ürəyincə olan bu vacib işin qul-



Aydın Çobanoğlu 

 

 



358

pundan yapışsaydılar daha faydalı və gərəkli bir iş görmüş olar-

dılar. 

Aşıq Aydın Çobanoğlu qısa söhbətdən sonra mətləbə keç-



di. Sazını köynəkdən çıxarıb “Aşıq Hüseyni” havası üstə var-

gəl etməyə başladı: 

 

– Bir elin ədalət, divan oğlunun, 



Eşqi, məhəbbəti cavan oğlunun, 

Şaha baş əyməyən Çobanoğlunun 

“Şahın kənizi”nə işi düşübdür. 

 

Sonra saz “Aran gözəlləməsi”nə döndü, nə döndü: 



 

– Başına döndüyüm “Şahın kənizi”, 

Qulluğunda qul olmağa gəlmişəm! 

Yerişinlə tapdaq elə sinəmi, 

Qədəminə yol olmağa gəlmişəm. 

 

Sevənlərdən bir müqəddəs ad alıb, 



Şirin-şəkər dodağından dad alıb, 

Öz naləmdən, öz ahımdan od alıb, 

Kərəm kimi kül olmağa gəlmişəm... 

 

Saz havaları mirvari boyunbağıtək bir-birinin ardınca sıra-



landı. Qəlbimizi riqqətə, könlümüzü ehtizaza gətirdi. Aşıq Ay-

dın Çobanoğlunun telli sazı “Baş Sarıtel”dən “Urfani”yə, “Ur-

fani”dən isə  nəhayət, “Yanıq Kərəmi”yə keçdi. Sazın tellərin-

dən


 

sanki


 

səs-sədalar

 

yox,


 

sellər


 

kükrəyib çağlayır,

 

dolu


 

yağır, 


şimşəklər

 

çaxırdı.



 

Kərəm yanğısı

 

sazın yanğısına



 

qarışmışdı,

 

– 

qoşa



 

alovlanırdılar.

 

Özü də yanan təkcə Kərəmlə saz



 

deyildi, Ay-

dının özü də görünmürdü bu alovda. Bu alovun, bu atəşin qığıl-

cımları, yanar dilləri məni də qarsırdı, elə bil. Amma buna heç 




Ömrün etməyəcək vəfa dedilər 

 

359



heyfsilənmirdim

 

də.



 

Qəribədir,

 

özümə,


 

Aydına,


 

onun sazına yox, 

nədənsə

 

təkcə



 

Kərəmə,


 

Kərəm


 

yanğısına

 

ürəyim


 

göynəyirdi.

 

Qəl-


bimdən süzülən misralar dodaqlarımda əks-səda tapırdı: 

 

  



 

– Xan Əslinin həsrətindən 

   

 

Od tutub odlandı Kərəm. 



  

 

Yanğı keçdi telli saza, 



  

 

Yandı, yandı, yandı Kərəm. 



 

Nə sazından, nə onun tufanından, nə bizim çəkdiklərimiz-

dən, nə də özündən xəbəri vardı Aşıq Aydın Çobanoğlunun. Elə 

çalır, çalır, hey çalırdı... 

   

 

 



 

 

Qəşəm İLQAR 



   

 

 

 

“Mədəni-Maarif işi” jurnalı – 3, 

1988-ci il. 

 

Redaksiyadan. Jurnal çapa hazırlanarkən  şad xəbər eşit-

dik: “Azərbaycan gəncləri” qəzetinin 3 sentyabr 1988-ci il sa-

yında ədəbiyyat, incəsənət, arxitektura və jurnalistika sahəsində 

Azərbaycan Lenin komsomolu mükafatına təqdim olunan nami-

zədlər arasında “Aşıq folklor sənətinin saxlanmasına və yaşadıl-

masına böyük töhvə üçün” Aşıq Aydın Çobanoğlunun rəhbərlik 

etdiyi “İncəgülü” aşıqlar ansamblı da vardır. İnanırıq ki, “İncə-

gülü” bu yüksək mükafata layiq görüləcəkdir. 

  



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə